"AZƏRBAYCANDA ORQAN ALVERİNƏ İCAZƏ VERİLSİN" - Nazirlikdən şok təklif

“Orqan transplantasiyası sahəsində məsələlərin araşdırılması və təkliflərin hazırlanması üçün İşçi Qrupunun yaradılması vacibdir”.

APA-nın məlumatına görə, bunu bu gün Milli Məclisin Səhiyyə komitəsinin “İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında” qanunun təkmilləşdirilməsinə dair təşkil etdiyi dinləmədə Səhiyyə Nazirliyinin Hüquq və daxili nəzarət sektorunun müdiri Elxan Əzizov bildirib.

E. Əzizov deyib ki, donorların qohumluq məsələsi müzakirə olunmalıdır: “Qanunda qohum olmayan insanların donor olmasına qadağa yoxdur. Sadəcə, Səhiyyə Nazirliyinin belə bir tövsiyəsi var. Vətəndaşlar klinikalara gedirlər, donor qohum olmayanda klinikalar imtina edir. Bu halda Səhiyyə Nazirliyinə müraciət olunur. Elə insanlar var ki, qohumları donor olmaq istəmir. Biz bəlkə də orqanların alqı-satqısı ilə bağlı qanundakı məhdudiyyətləri götürməliyik. Biz kriminal əməl kimi qanunda saxlayırıq ki, orqan alqı-satqısı olmasın. Ancaq reallıqda belədir ki, insanlar öz aralarında razılaşırlar ki, donor olacaq şəxs orqanını verir. Biz hardasa bunu bir çərçivəyə salmalıyıq. Burada şəxsin iradəsi əsas olmalıdır. Kiminsə öz orqanını kiməsə bağışlamağını gözləmək absurddur. Kriminal yolların isə qarşısı qətiyyətlə alınmalıdır”.

635x100

Şərhlər

Müfəttiş 2018-02-09 13:31:46

Əminəm ki, bu sövdələşmədə dövlətə rüsum ödəniləcəksə problem olmayacaq. Necə deyərlər bazar olsun...

seymur 2018-02-09 13:31:46

bashlayaq ela sanin yaxin qohumunnan vicdan qahramanlarindan....

G.M 2018-02-09 13:31:46

Azərbaycanda ``Orqan alverinə icazə verildi`` başlığı başdan zəifləri çaşdırmasın..Orqan baqa şeydir ...Vicdan tam başqa)).Siyasətçilər söz alveri,İH Başçıları da bunu torpaq alveri kimi anlamasınlar.

seymur 2018-02-09 13:31:46

sahiyya mafiyasina yiqilan rushvat azdiq edir indida kecinlar adamlara .iyranc kriminal sahiyya o ki qaldi donora xastanin qohumlari konullu olaraq vera bilarlar buna qanun icaze verir

xəstə 2018-02-09 13:31:46

Səhiyyədə alverin çoxdan təşəkkül tapdığından buna icazə niyə istənilməlidir?Onsuz da dövlət xstəxanaları,gjkbrkbnikalar elə alverlə məşğuldur.Pulsuz xidmət var?

seymur 2018-02-09 13:31:46

alverin adi ela alverdi vassalam ela heladi banklara borcu olanlar orqanlarin satacaqlar.lazim olsa adamlari oqurlayib ameliyat edacaklar kutlavi cinayata qatirib cixaracaq

Son yazılar