22 İLDƏN SONRA YENİ BAŞ NAZİR GƏLİR! - 10 illik marafonu kim qazanacaq?

Dövlət başçısı İlham Əliyevin sərəncami ilə 2018-ci il aprelin 11-nə Azərbaycanda növbədənkənar prezident seçkilərinin təyin olunması, təbii olaraq, gündəmin əsas mövzusudur. Nəinki geniş ictimaiyyət, hətta siyasi-diplomatik dairələr, xarici qüvvələr üçün də böyük ölçüdə gözlənilməz olan bu qərarın verilməsinin səbəbləri ilə bağlı müxtəlif fikirlər, mülahizələr irəli sürülməkdə, ehtimallar səsləndirilməkdədir. Hər bir fikri arqumentləşdirmək üçün müəyyən əsaslar olduğundan, konkret bir nəticəyə gəlmək, məhz buna görə hakimiyyətin növbədənkənar prezident seçkilərinə getdi, söyləmək, çətindir.

Ancaq prezident seçkilərinin tarixinin, təxminən, 7 ay irəli çəkilməsi yalnız müəyyən suallar doğurmayıb, həm də bəzi qeyri-müəyyənliklərin aradan qalxmasına şərait yaradıb. Əvvala, hakimiyyətin namizədinin kim olacağı ilə bağlı yalnız siyasi elitanı deyil, həm də geniş ictimaiyyəti, eləcə də Azərbaycanda marağı olan xarici dairələri yaxından maraqlandıran suala aydınlıq gətirilib. YAP-ın yenidən prezidentliyə İlham Əliyevin namizədliyini irəli sürməsi bu istiqamətdəki müzakirələrə son qoyub.

İkincisi, Azərbaycanda prezidentin dəyişməyəcəyi, qarşıdakı 7 ildə də ölkəyə İlham Əliyevin rəhbərlik edəcəyi yəqinləşib. Əlbəttə, seçkinin rəsmi qalibi səsvermədən sonra elan olunacaq. Ancaq razılaşaq ki, nə hazırlıqsız yaxalanan müxalifət, nə də Azərbaycanda dəyişiklik istəyən bəzi xarici dairələr qarşıdakı 2 ayda İlham Əliyevə rəqib olacaq bir qüvvə kimi meydana çıxa bilər. Təsadüfi deyil ki, müxalifətin böyük hissəsi seçkidə iştirakdan imtina edib. Qatılanlar da, qalib gəlmək üçün deyil, müəyyən korporativ maraqlarını təmin etmək üçün seçkidə iştirak edəcəklər. Yəni, seçkinin nəticəsi artıq məlum olduğundan, bu istiqamətdə hansısa müzakirə açmaq mənasızdır.

Sadalanan bu səbəblərə görə, fikrimizcə, hazırda seçkinin nəticələri deyil, seçkidən sonra istefaya göndəriləcək hökumətin yenidən formalaşdırılması, yəni gözlənilən dəyişikliklər ətrafında müzakirələr açılması daha doğru olardı. Hətta bəzi ekspertlər seçkilərin, təxminən, 7 ay irəli çəkilməsini hakim komandada planlaşdırılan ciddi dəyişiklikləri sürətləndirmək niyyəti ilə bağlayırlar. Bu versiyanın tərəfdarlarının fikrincə, seçkidən əvvəl ciddi kadr dəyişikliklərinə getmək müəyyən qədər özündə risk daşıdığından, mümkün təxribat ehtimalını aradan qaldırmaq üçün dəyişikliklər seçkidən sonraya planlaşdırılıb. Ancaq islahatları ləngitmək də artıq mümkün olmadığından, seçkilərin tarixi irəli çəkilib.

Xatırladaq ki, Prezident and içdikdən dərhal sonra bütün hökumət üzvləri avtomatik istefaya getmiş hesab olunacaqlar. Bu, planlaşdırılan kadr islahatlarını daha ağrısız şəkildə reallaşdırmaq imkanı yaradır.

Bu ehtimalı Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi Novruz Məmmədov da təsdiqləyərək bildirib ki, gündəlikdə olan islahatların səmərəsinin artırılması, kadr və struktur islahatlarının aparılması məqsədilə Prezident seçkilərinin aprel ayına təyin edilməsi məqsədəuyğun hesab edilib. Bunu seçkidən sonra hakim komanda daxilində ciddi dəyişikliklərin olacağına dair rəsmi anons da hesab etmək olar. Kimlərin gedəcəyini, hansı nazirlərin dəyişdiriləcəyini, hökumətdə hansı struktur dəyişikliklərinin olacağını isə proqnozlaşdırmaq çətindir. Lakin bir məsələdə qəti əminlik var - APRELDƏN SONRA AZƏRBAYCANDA YENİ BAŞ NAZİR OLACAQ! Başqa sözlə, Artir Rəsizadənin daha bu posta təyin olunmayacağına heç kimdə şübhə qalmayıb!

Hər halda seçkiyə qədər (fevralın 26-da-müəl.) 83 yaşı tamam olacaq, səhhətində problemlər olan, əmək qabiliyyətini böyük ölçüdə itirmiş Artur Rəsizadənin yenidən baş nazir olacağını düşünmək mümkün deyil. Əslində, A.Rəsizadənin istefaya göndərilməsi azı 5 il yubanmış hadisədir. Özünün də hələ ötən prezident seçkilərindən sonra getmək istədiyi, çox zaman işə çıxmadığı məlumdur. Sadəcə, hakimiyyətdaxili konyuktura indiyədək buna imkan verməyib. Məsələ ondadır ki, son Konstitusiya dəyişikliyinə qədər hakim komanda daxilindəki qruplaşmaların hər biri, sözün əsl mənasında baş nazir postu uğrunda ölüm-qalım savaşı aparırdı. Bu mübarizədə tərəflərdən hansısa biri qəti qələbə qazana bilmədiyindən, yaşlı və yorğun Rəsizadəni istirahətə göndərmirdilər. Ancaq bu vəziyyət artıq dəyişib.

Əvvəla, son 3-4 ildə hakim komanda daxilində baş verənlər nəticəsində baş nazirliyə iddialıların sayı əhəmiyyətli dərəcədə azalıb. Hələ də iddia edənlər isə əvvəlki gücünü itirib.

İkincisi və ən əsası, Konstitusiya dəyişikliyindən sonra baş nazir postu əvvəlki əhəmiyyətini itirdiyindən, klanların bu posta marağı da nisbətən azalıb. Məlum olduğu kimi, vitse-prezidentik institutunun tətbiqindən sonra baş nazir postu hakimiyyət iyerarxiyasında 2-ci pillədən azı 4–cü pilləyədək geriləyib (Prezident hansısa səbəbdən öz səlahiyyətlərini icra edə bilmədikdə onun səlahiyyətləri Birinci vitse-prezidentə, o da icra edə bilmədikdə vitse-prezidentlərdən birinə keçir). Belə olduqda Artur Rəsizadənin kiminləsə əvəzlənməsi, bu posta gənc, enerjili, hətta bir qədər iddialı şəxsin oturdulması, əvvəlki qədər ciddi risk daşımamaqdadır. Qısası, şərait artıq yetişib və AZƏRBAYCAN 22 İLDƏN SONRA ÖZÜNÜN YENİ BAŞ NAZİRİ İLƏ TANIŞ OLA BİLƏR!

KİMLƏRİN ŞANSI DAHA ÇOXDUR?

Prezidentin inauqurasiyasından sonra baş nazir postuna kimin əyləşəcəyi haqda proqnoz vermək mənasız işdir. Azərbaycanda kadr təyinatlarını proqnozlaşdırmaq ən qeyri-ciddi məşğuliyyətlərdən biridir. Çox nadir halda tutdurmaq olur. Mümkündür ki, baş nazir seçimində də belə olacaq - iddialılar, illərdir adı çəkilənlər kənarda qalacaq, heç kimin ağlına belə gəlməyən bir şəxs Nazirlər Kabinetinin başına keçəcək.

İndiyədək baş nazirliyə iddialı kimi onlarla şəxsin adı keçib. Həbsdəki Cahangir Hacıyevdən başlayaraq, qudası Eldar Mahmudova, Fazil Məmmədovdan klassik YAP-çılar Vasif Talıbova və Əli Əhmədova kimi... Lakin hazırda siyasi çevrələrdə, hakimiyyət dəhlizlərində 3 şəxsin adı daha çox hallandırılır. Bunlar Vergilər naziri Mikayıl Cabbarov, Fövqəladə hallar naziri Kəmaləddin Heydərov və “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovdur. K.Heydərovun və ya "Köhnə qvardiya"dan bir başqasının olması hakimiyyətdaxili status-kvonun müəyyən qədər qorunması, digər ikisinin və ya o çevrədən bir başqasının təyinatı isə balansın pozulması anlamına gələcək...

Kim daha şanslıdır, baş nazirlik uğrunda azı 10 illik marafonu kim qazanacaq, sayılı günlərdən sonra görəcəyik.

Elnur MƏHƏRRƏMLİ

AzPolitika.info

635x100

Şərhlər

ZAUR 2018-02-10 16:19:09

AZƏFBAYCANDA TƏMİZ TÜRK QANI OLAN BİR NAMİZƏD TAPILMIR BƏYƏM?

Ziko_78 2018-02-10 16:19:09

Məncə ən layiqlisi Kəmaləddin müəllimdir.Ancaq ən az ehtimal da odur.Baş nazir sürpriz adam olacaq.

Valeh 2018-02-10 16:19:09

Siz saydıgnızı sayın görün moskva ne sayır beli beli böyük qardaş ne dese oda olacAq belkede ella panfilovanın müavini mezahir penahov olacaq cox gözel söze baxan kadırdı nece secki ustasıdı elede müavinlerni secer

duzgun 2018-02-10 16:19:09

ilyas ismayilov baş nazir ola biler. cox təmiz insandir. H.Əliyevin kadrıdir.

aqil 2018-02-10 16:19:09

azerbaycan adlanan bu teatr sehnesinde kim menfi rolu yaxwi oynayacaqsa baw nazir o olacaq.

Alı-ya 2018-02-10 16:19:09

Bu hahakimiyyıtdə öz fikri əqidəsi ya prinsipi olan varmı. Onlar işə götürüləndə ancaq minus kriteriyalar əsas götürülür. Pilyusu olan insanlara bu məmləkətdə yer iş yoxdur.

seymur 2018-02-10 16:19:09

bash nazir olana kimi orda oturub olmamish ayinin darisini bolmayin

ARİF 2018-02-10 16:19:09

İLHAM ƏLİYEVƏ ƏN SƏDAQƏTLİ İNSAN KƏMALƏDDİN HEYDƏROVDUR.

miri 2018-02-10 16:19:09

Boş nazir kim olmağından asılı olmayaraq bir iki ay davam edən şouda qazanan beş on nəfərdən sonra,ən çox qazanan Artur müəllim olacaq.O nəinki dünyadan köçmüşlərinə, hətta diriykən özünə də rəhmət oxutduracaq.p.s.Səndə belə qazandın Artur müəllim!

miri 2018-02-10 16:19:09

Heç bir marağı yoxdur kim olacaq! Bu strategiya, bu siyasətlə kim olur-olsun heçnə dəyişməz. Sözsüz bir iki ay yeniliklər göstərmək adlı şoular olacaq, sonra isə "həmən tas, həmən tabag".

t.ədalətə 2018-02-10 16:19:09

Əhməd Əhmədzadə olunca elə Artur Rəsizadə qalsa yaxşıdır.Heç olmasa onun adı korrupsiyada hallanmır.Əhməd Əhmədzadə həm Melorasiyanı həm də Qaxı viran qoyub.Gedin görün Qaxda bir dənə də olsa istehsal sahəsi və ya başqa iş yeri tapırsızmı.Otellərdir ordada ancaq Əhmədzadələrə yaxın insanlar işləyir.

Putinin REKET MUQAVILESI ????? 2018-02-10 16:19:09

Sərdar Cəlaloğlu : "...Elə ki, Rusiya gəldi seçkidən əvvəl Azərbaycan hökuməti ilə lazım olan müqaviləni imzaladı, həmin müqaviləyə görə Azərbaycandan 20 milyard dollar pul alandan sonra Rüstəm İbrahimbəyov da, “ Milyarderlər İttifaqı” məsələsi də, Putinin müşavirinin müdafiəsi də yox oldu... "

Vətəndaş 2018-02-10 16:19:09

Belə halda seşkiyə nə üzum var.Artıq vəsait xərci heyf deyil?

Alı 2018-02-10 16:19:09

Baş nazir Arturdan cavan ancaq ancaq butun parametrlərdə Artur ola bilən biri yəni öz fikri iradəsi prinsipi olmayan biri olacaq.İndi tapın bu kimdir.

Togrul 2018-02-10 16:19:09

Baş nazirmizide moskva secekek ...

SUAL 2018-02-10 16:19:09

CAVİD QURBANOVLA YANASİ ADDİMLAYAN AZƏRYOLUN SƏDRİ SALEH MƏMMDOVUN BA. NAZİR POSTUNA NAMİZƏDLİYİ NDƏN MUZAKİRƏ OLUNMASİN? AXİ BU CUTLİYİ AYİRAN NƏ VARKİ? YAXUD HƏR İKİSİNİ YETİRƏN ZİYA MƏMMDOVU NİYƏ BU QARİZONTDA GOREN YOX? MƏGƏR HƏR AY ONA BU TƏŞKİLATLARDAN YUZ MİNLƏRLƏ PUL OTURULURMUNMU? YAXUD ZİYANİN KADRLARİNA HƏLƏ DƏ HİMAYƏ OLUNMURMU?

seçməyici 2018-02-10 16:19:09

seçkilərin taleyi həll olunubsa yəni nəticə bubaşdan bəllidirsə nədən zəhmət çəkib apreldə özümüzə əziyyət verək ki? nə də olmasa işimizdən-güjümüzdən 1 saatlığa ayrılmaq nəyə lazım?İ.Əliyev ömürlük (Allah ona qəni-qəni ömür versin) prezident elan olunsun, vəssalam. büdcəyə də qənaət olardı bütün seçki komissiyaları ləğv olunsun getsinlər məktəbə dərs versinlər. Maaşları da artıb müəllimlərin.

Yeni baş nazir 2018-02-10 16:19:09

Yaş vacib deyil. Ən azı 15 il müəssisə və ya digər istehsal texnologiyası və hesablarını aparmamış mütəxəssisdən Baş nazir olmaz. Nə vaxtacan insan kapitalı şüarı ilə hardasa mafiyalaşmış bir şef digər quruma təyin ediləcək? Nazirlər Kabineti(NK) özü bu iş üçün ən yüksək və səriştəli insan kapitalına malikdir. İddiaçıların NK və MM-də müsabiqəsi də keçirilə bilər. Göstərilən "xaric namizədlərdən" ən böyüyü A.Rasizadə isə son nəfəsinədək Baş Nazir qalmalıdır.

G.M 2018-02-10 16:19:09

Azərbaycanda Baş Nazir məsələsi ciddi məsələ deyil.Uşaq baxçaları,Qocalar evləri səviyəsinə enmiş bir Sahəni dirçəltmək heç maraqlı da deyil..Vacib işlər üçün plan və tapşırıqlar PA-da verilir.Pul PA -dan ayrılır.Nazirlər də müşahidəçi qismində ,Podratçı rolunda.

Fuad 2018-02-10 16:19:09

Yeni Baş nazir Astan Şahverdiyev olacaq.

t.ədalət 2018-02-10 16:19:09

Baş nazir olmağa hələlik ən şanslısı Yaqub Eyubovdur.Ondan sonra isə Əhməd Əhmədzadə gəlir.Bu vəzifəyə gələnlər Moskvanın da rəğbətini qazanmalıdır.

pıs-pısa 2018-02-10 16:19:09

İndidən özünüzü yormayın, yeni baş nazir olmayacaqdır.

zeke 2018-02-10 16:19:09

Bu namized Milli Meclisin deputati olacaq

Son yazılar