BÖYÜK DÖVLƏTLƏRİN QARŞIDURMASI – “Çin və Rusiya beynəlxalq nizamı içəridən dağıdır”

Ötən həftə ABŞ-ın yeni nüvə doktrinası təqdim olundu. Ondan iki həftə öncə isə, Amerikan administrasiyasının təhlükəsizlik siyasətinin başlıca xüsusiyyətləri qeyd edilmişdi. Hər iki strategiya ümumi vektorun prinsipial şəkildə dəyişilməsini göstərir.

Strateji sənəddə deyilir: “Amerikanın rifahı və təhlükəsizliyi üçün öndə duran məsələ - milli təhlükəsizlik strategiyasında təhdidçi kimi qeyd olunan güclərə qarşı uzunmüddətli strategiyanın bərpa edilməsidir”. Müəlliflərin fikrinə görə, Çin və Rusiya ”avtoritar idarəetmə modelinin daima hökm sürdüyü” dünya yaratmağa can atmaqla yanaşı, həm də gələcəkdə digər ölkələrin iqtisadi, diplomatik və təhlükəsizlik sferalarında əngəl törətmək imkanına malik olmağa ümid bəsləyirlər.

Amerikanların fikrincə, Çin hərbi modernləşmənin və həmçinin də özünün aqressiv siyasətinin köməyi ilə qonşu ölkələri Pekinin maraqlarına uyğun şəkildə davranmağa məcbur etmək istəyir. Belə ki, Çin nəhəng-hegemon dövlət ola bilər. Öz növbəsində Rusiya isə NATO-nu dağıtmağa və öz maraqları naminə Avropa və Aralıq dənizindəki iqtisadi və təhlükəsizlik strukturunu dəyişməyə səy göstərir.

11 sentyabr 2001-ci ildəki terror aktından sonrakı 17 il ərzində Qərb tamamilə terrorla mübarizəyə yönəldiyi halda, xüsusən Rusiya kimi avtoritar rejimlər öz güclərini yenidən qruplaşdırblar. Bu illər ərzində Çin silahlanma məsələsində böyük tərəqqiyə nail olub. Beləliklə, azad Qərb yeni avtoritar çağırışlarla qarşı-qarşıyadaır. “Freedom House” bütün dünyadakı azadlıqların tənəzzülə uğramasını və hal-hazırda bunun müxtəlif ictimai sistemlər arasında yeni rəqabət yaratdığını sübut edən məruzə hazırlayıb.

Bu reallıqlar ABŞ-ın yeni hərbi-siyasi strategiyasında öz əksini tapıb. Terrorla mübarizə arxada qalıb. Daha doğru söyləsək, o davam edir, ancaq əsl təhlükə ayrı yerdədir. Böyük dövlətlər arasındakı qarşıdurma dövrü geri qayıdır. Realistlər söyləyirlər ki, bu təhlükə heç yerə getməmişdi -sadəcə Qərb indiyədək başqa işlərlə məşğul idi.

Yuxarıda qeyd olunan analizdən aydın olur ki, Amerika öz nüvə strategiyası barəsində yenidən düşünür. Əgər gələcəkdə Çin və Rusiya ilə ciddi münaqişə yaşanarsa, onda amerikanlar Barak Obamanın irəliyə sürdüyü kimi, öz nüvə silahının azaldılması məqsədləri üzərində dayanmayaraq, bundan vaz keçməlidirlər. Amma əslində bu cür ideyalar hələ Obama dövründə də meydana gəlmişdi, lakin bu yalnız kağız üzərində formalaşdırılmışdı. Onda eks-prezidet köhnə nüvə güclərinin modernləşdirilməsi ilə bağlı xeyli maliyyə tələb edən proqramı təsdiqləmişdi.

Tramp hökuməti bu yolda bir addım irəli gedərək yeni növ silahları real şəkildə inkişaf etdirmək istəyir. Vaşintqon daha çox “məhdud münaqişlər”in gedişində istifadə ediləcək taktiki nüvə silahları əldə etmək niyyətindədir. Uzunmüddətli perspektivdə sualtı qayıqlardan buraxıla biləcək qanadlı raketlərin hazırlanması nəzərdə tutulur. Bu silahlar vasitəsilə Rusiyaya təzyiq olunması ehtimal edilir. Amerikalılar rusları orta və qısa mənzilli raketlərin ləğv olunması müqaviləsini pozmaqda ittiham edirlər. Yeni sənəddə deyilir: ”Bu əlavə silahlar rəqiblərin ABŞ və onun müttəfiqləri üzərində üstünlükləri illüziyasına heç bir yer qoymur. Yeni silahlar yeni önləyici element olmaldır”.

Tramp komandasındakı təhlükəsizlik üzrə ekspertlərin ağlında bu və ya digər ideyaların meydana gəlməsi belə bir sual yaradır: prezident doğrudanmı onlarla eyni fikirdədir?

Amerikan xalqının vəziyyəti barədə özünün çıxışı zamanı prezident Tramp Rusiya və Çin ilə mübarizəyə dair məsələlərə çox az vaxt ayırıb. Amma o, terrorizmə qarşı mübarizə haqqında daha çox danışıb. ABŞ-dakı seçkilərin gedişinə Rusiyanın geniş şəkildə müdaxilə etməsinə Tramp qətiyyən inanmır və bu fikri heç cür yaxına buraxmır. Elə bu səbəbdən də, o, Rusiyanın hərəkətlərinə qarşı adekvat cavab verilməsi imkanlarını ciddi şəkildə məhdudlaşdırır.

Əksər ekspertlər gözləyirlər ki, Moskva noyabr ayında ABŞ-da keçirilən ara seçkilərinə də müdaxilə edəcək. Ona görə də, onlar Tramp administrasiyasını Rusiya metodlarına qarşı kifayət qədər aqressiv davranmamaqda ittiham edirlər. Bunu yeni müdafiə strategiyasının ünvanına tənqid kimi başa düşmək olar. Yəni tənqidi belə başa düşmək olar ki, bu strategiya amerikalı hərbiçilərə yeni bahalı oyuncaq hədiyyə etmək deməkdir.

Lakin böyük dövlətlərin yeni rəqabəti, sadəcə olaraq silahlanma üzrə iri layihələrin reallaşması sayəsində qalib gəlinə biləcək soyuq müharibənin “yeni nəşri” deyil. Əslində bu münaqişə terrorçuluqla mübarizədə olduğu kimi, asimmetrik xarakter daşıyır.

Amerikanın rəqibləri kiber silahların köməyi ilə, onun iqtisadiyyatına, hakimiyyət institutlarına effektiv zərbə vura bilməklə yanaşı, həmçinin də, ordu ilə mübarizə aparmaq imkanı əldə edə bilər. Həm də ki, kiber silahlar klassik hərbi layihələrdən fərqli olaraq, daha az maliyyə tələb edir. Digər tərəfdən isə, kiber silahlar hərdən klassik silahlara nisbətən daha böyük ziyanlar vurur.

pentaqon-main

ABŞ müdafiə nazirliyindəki planlaşdırıcılar Amerikanın öz müttəfiqləri ilə əlaqələrinin böyük əhəmiyyətini vurğulayaraq, dünya nizamının tədricən dağılmasından şikayətlənirlər. Pentaqon hesab edir ki, Çin və Rusiya öz sistemlərinin üstünlüklərindən istifadə etməklə, beynəlxalq nizamı içəridən dağıdır, eyni zamanda da, ”yol hərəkət qaydasındakı” qaydaları pozurlar.

Sənəddə deyilir ki, dünya Tramp hökumətinin həqiqətən də Amerikan resurslarını və siyasi kapitalını bu qaydaları dəstəkləməyə yönəldəcəyinə və burada real aparıcı rol oynamaq istəyinə şübhə ilə yanaşır. Həmin şübhələr hələ Obama zamanı meydana gəlmişdi və bu Trampın Vaşinqtonun müttəfiqlərinin ünvanına söylədiyi sözlərlə və həmçinin də onun “İlk öncə Amerika” şüarı ilə daha da güclənib.

Əksər siyasətçi və ekspertlər ehtiyat edirlər ki, ABŞ-ın NATO-dan olan öz müttəfiqlərinə münasibətdəki etibarlılığına qarşı Trampın səpdiyi şübhə toxumları Moskvanı Avropada avantüraya sövq edə bilər. ABŞ prezidenti Sakit okean azad ticarət zonasının yaradılması barəsində gedən danışıqları “baltamaqala”, hətta hegemonluğa can atan Çinə yardım etmiş oldu. Həmin müqavilə ilk növbədə Sakit okean regionunda Çinin ticarət siyasətinə qarşı ABŞ-ın mövqeyini möhkəmlədirmək məqsədi güdürdü.

(“Die Welt” - Almaniya)

Tərcümə “AzPolitika”nındır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar