ZİYA MƏMMƏDOV VASİF TALIBOVA MİNNƏTÇİ DÜŞÜB! - "Qudası generaldan xahiş edib ki..."

Sabiq Nəqliyyat naziri Ziya Məmmədov Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovu ölkə rəhbərliyinə minnətçi salmağa təşəbbüs göstərib.

AFN-nin məlumatına görə, sabiq nazirin sürücüsü Bəhruz Xəlilov qudası, Naxçıvan Əlahiddə Ordusunun komandanı, general-leytenant Kərəm Mustafayevdən Z.Məmmədovun xahişini edib.

Məlumata görə, bu yaxın günlərdə Bakıdakı böyük restoranlardan birində Kərəm Mustafayevin qohumunun toyu olub. Həmin toyda iştirak edən Bəhruz Xəlilov qudasından Ziya Məmmədovun xahişini edib. Onun istəyi bundan ibarət olub ki, Vasif Talıbov ölkə rəhbərliyinə Ziya Məmmədovla bağlı ağız açsın, onun var-dövlətinin əlindən alınması prosesi dayandırılsın. Kərəm Mustafayevin qudasının bu xahişinə necə reaksiya verdiyi məlum deyil.

635x100

Şərhlər

Azər 2018-02-09 18:16:36

Ziyanın qoçuları haradadır. .....?

Rüstəm 2018-02-09 18:16:36

Niyə belə yazılarnan özünü gözdən salırsınız?

vəkil 2018-02-09 18:16:36

hardasan ay Kərbalay Qəmlonun cavabin verəsən ğör Ziya kimə mohtac qaldi surucusunəə...

Narod 2018-02-09 18:16:36

Gop da olsa maraqlıdır.

ilqar 2018-02-09 18:16:36

salam dostum bunlarin deyen sozu yoxdu

G.M 2018-02-09 18:16:36

Ay qardaşlar Z.Məmmədovun var-dövləti deyəndə nəyi düşünürsüz bilmirəm..onun haqqında cilid-cilid şikayət Albomları var.

Son yazılar