«ABŞ Suriyanın iqtisadi aktivlərini ələ keçirir...» - Rusiya Müdafiə Nazirliyi

abs-rusiya_qarshi-chixdi«AzPolitika.info»-nun Rusiya KİV-ə istinadla verdiyi xəbərə görə, Rusiya Federasiyasının Müdafiə Nazirliyi (RF MN) Amerika Birləşmiş Ştatlarını (ABŞ) Suriyanın «iqtisadi aktivləri»ni ələ keçirməyə cəhd göstərməkdə ittiham edib. Hərbi idarədə izah ediblər ki, bu niyyət iki gün əvvəl Suriya hökumət qüvvələrinin atəşə tutulması ilə nümayiş etdirilimiş olub.

«Baş vermiş insident nöbvbəti dəfə onu nümayiş etdirir ki, ABŞ-n Suriyada qeyri-qanui iştirakının davam etməsinin gerçək məqsədi artıq «İslam dövləti» (İD) qruplaşması ilə mübarizə aparmaq yox, Suriyaya məxsus iqtisadi aktivləri ələ keçirmək və onları öz nəzarəti altında saxlamaqdan ibarətdir» - deyə, nazirlikdə qeyd ediblər.

Xəbər verildiyi kimi, ABŞ kolalisiyası Suriya hökumət qüvvələrinin guya, «Suriya demokratik qüvvələri»nin (SDQ) qərargahına (ABŞ-n kürd silahlılarından ibarət «müştəri»ləri) hücum etdiyini bəhanə gətirərək, Suriya ordusuna «cavab zərbəsi» endirib.

Bir sıra KİV-n məlumatına görə, zərbə nəticəsində onlarla Suriya hərbçisi həlak olub.

ABŞ koalisiyasının bu zərbəsi Türkiyənin Mənbic xəbərdarlığına bir cavab kimi də dəyərləndirilə bilər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar