«ABŞ -ın aviazərbəsi nəticəsində 100-ə yaxın Rusiya vətəndaşı həlak olub!» - Suriyada

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Suriyada ABŞ kolalisiyasının aviazərbəsi nəticəsində, bəzi məlumatlara görə, 100 nəfərə yaxın Rusiya vətəndaşı - «Vaqnerin özəl hərbi şirkəti»nin əməkdaşı həlak olub. Müdafiə Nazirliyii rəsmi məlumatından isə ümumiyyətlə, belə nəticə çıxır ki, zərbə qurbanlarının arasında Rusiya vətəndaşı olmayıb.

«ABŞ aviasiyasının zərbəsi heç də Suriya hökumət qüvvələrinə endirilməyib. Koalisiya təyyfrələri birdəfəyə, Vaqnerin «Özəl hərbi şirkəti»nin iki bölməsinə zərbə endirilib» - deyə, «DXR» qruplaşmasının sabiq komandirləindən olan İqor Girkin sosial şəbəkə vasitəsilə xəbər verib. Bu zaman Girkin özünün «etibarlı mənbəyi»nə istinad edib. Onun məlumatına görə, aviazərbə endirilən bölgədə Rusiya Nüdafiə Nairlyinin hərbi qulluqçusu ümumiyyətlə olmayıb və ya az sayda olub. Raket zərbəsinə özəl hərbi şirkətin 5-ci hücum dəstəsi, zirehli qrupu və artilleyriya bölməsi məruz qalıb. Bütün bunlar Deyr-əz-Zor məntəqəsinin yaxınlığında baş verib. Girkinin məlumatına görə, şirkət qüvvələrinin bir qismi tamamilə məhv edilib, digər hissəsi isə darmadağın olub.

«Vaqner şirkətinin itkiləri 100 - nəfərdən artıq olub, mənim hesabıma görə, ərazidən «iki KAMAZ» meyit çıxarılıb» - Girkin məlumat verib.

Rusiya Müdafiə Nazirliyində isə hələ də təsdiqləyirlər ki, ABŞ koalisiyasının zərbəsi altına Bəşər Əsəd tərafdarları düşüb.

Bu ərəfədə, Suriyanın xarici işlər nazirliyi (XİN) Birləşmiş Millətlər Təşkilatını (BMT) ABŞ koalisiyasını bu zərbəsini pisləməyə və hərbi cinayət kimi tanımağa çağırıb.

635x100

Şərhlər

Abit 2018-02-09 22:27:55

Gizletmek qorxmaq elametidi

Son yazılar