"O, yaxşı prezidentdir..." - Duterte Tramp haqqında...

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Filippinin Prezidenti Rodriqo Duterte bəyan edib ki, Amerikalı həmkarı Donald Trampı, fəaliyyəti anlaşıqla qarşılanmayan «yaxşı prezident» hesab edir.

«Sizi inandırıram ki, mən Trampı dəstəkləyirəm. O, yaxşı prezidentdir. Tramp bütün bunları öz ölkəsi üçün edir. Onlar sadəcə, bunu başa düşmürlər» - deyə, Duterte «CNN Philippines  telekanalının yayımladığı mətbuat konfransında bəyan edib.

Duterte ötən illərdə Trampın sələfi Barak Obamanı kəskin tənqid edib, hətta bir dəfə onu «it oğlu» da adlandırıb.

Filippin Prezidenti həm də bəyan edib ki, ABŞ Filippinlə «itlə olduğu kimi» davranır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar