GENERALIN MÜƏMMALI QƏTLİNDƏN 9 İL ÖTÜR – Rzayev niyə öldürüldü?

Dərc olunub: 09/02/2018 - 22:51

53ae5d75a9dd86ee845b4f50f3badd80Rail Rzayevin öldürülməsindən sonra Azərbaycanda nələr dəyişdi?

Fevralın 11-də müdafiə nazirinin müavini, Hərbi-Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının (HHQ HHMQ) keçmiş komandanı olmuş general-leytenant Rail Rzayevin qətlə yetirilməsinin 9-cu ildönümüdür. İllərlə Azərbaycanın hava məkanına, hərbi yük daşımalarına nəzarət edən general-leytenantın qətlinin üstü bu günə qədər açılmayıb.

İddialara görə isə onun ölümündən sonra üzə çıxan faktlar Rail Rzayevin qətlinin üstünün açılması üçün yetərincə upucları verirdi. Onu öldürməmişdən 1 həftə əvvəldən izləyiblər. Bunu Rail Rzayev raportla o dövrdə müdafiə naziri və birbaşa tabe olduğu Səfər Əbiyevə, həmin vaxt milli təhlükəsizlik naziri postunu tutan Eldar Mahmudova bildirib. Amma tədbir görməyiblər. Hər 2 nazir raportu alıb oxuyub bir kənara tulayıblar və ölkədən gediblər. Bir də Rail Rzayevin qətlindən sonra geri qayıdıblar. Bu gedişlər təsadüfi olub?
Səfər Əbiyev sonradan müavininin qətlinin üstünün açılması istiqamətində də hər hansı bir addım atmadı.

Картинки по запросу Rail Rzayev

Rail Rzayev 2009-cu il fevralın 11-də səhər saatlarında Yasamal rayonunun İsmayıl bəy Qutqaşınlı 125 ünvanında yerləşən evinin yaxınlığında başından güllələnib. General-leytanıntın olduğu maşının sürücüsü həmin küçənin başındakı zibil qutularının yanında saxlayıb və düşüb zibil torbasını qutuya atıb. Sürücü qayıdıb maşına əyləşənə qədər maşına yaxınlaşan killer arxa sağ oturacada əyləşən Rail Rzayevə səsboğucusu olan silahdan atəş açıb. Digər gülləni isə maşının arxa təkərinə vurub. Maşının arxa şüşəsini dəlib keçən güllə Rail Rzayevin təpə nahiyəsinə dəyərək həyatına son qoyub. Sürücü maşına əyləşəndə Rail Rzayevin ağzından qan töküldüyünü görüb. Ağlına belə gəlməyib ki, general-leytenantı güllə ilə vurublar, onun infarkt keçirdiyini zənn edib. General Müdafiə Nazirliyinin Mərkəzi Klinik Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Qətl hadisəsi o dövrdə milli təhlükəsizlik naziri postunu tutan Eldar Mahmudovun yaşadığı evin eyvanının altında törədilmişdi. Eldar Mahmudov evinin pəncərəsindən baxsaydı, killerin Rail Rzayevin maşınına necə yaxınlaşması, 2 atəş açıb zibil qutularının yaxınlığındakı üzüaşağı – “Sovetski” məhləsinə enən pilləkənlərlə qaçmasının şahidi ola bilərdi. Həmin gün Eldar Mahmudov ölkədə olmadığından qətlə şahidlik edə bilməmişdi. Onun yaşadığı bina qudası Cahangir Hacıyevin o dövrdə rəhbərlik etdiyi “Beynəlxalq Bank”ın əsas ofisinin 2-ci mərtəbəsində yerləşdirdi. Qətl bankın dörd bir tərəfində quraşdırılan müşahidə kameralarının əhatə dairəsində törədilmişdi.

Картинки по запросу

Qətl baş verən gün prezident Küveytdə səfərdə idi. Olay baş verəndən dərhal sonra ölkəyə qayıdıb təcili olaraq Təhlükəsizlik Şurasının iclasını keçirdi. Həmin iclasa da Eldar Mahmudov qatılmadı. Onu müavini Hilal Əsədov əvəzləyirdi. Sonradan Eldar Mahmudov bu qətl işi haqda bir neçə dəfə mətbuata açıqlamalar vermişdi. General-leytenantın qətlini 2 ailəsi arasında mülk üstündə yaranmış mübahisəyə görə baş verə biləcəyini dilə gətirmişdi. Rail Rzayevin 2-ci həyat yoldaşı Eldar Mahmudovun bu açıqlamalarını özlərinə təhqir hesab edərək məhkəməyə sənədlər hazırlamışdı. Bu haqda general-leytenantın qızı Rahilə Rzayeva “Yeni Müsavat”a müsahibəsində də demişdi.
Həmin müsahibədən sitat:Eldar Mahmudov vaxtı ilə Rail Rzayevin qətli ilə bağlı belə bir versiya səsləndirmişdi ki, guya anamın qohumları mülk üstündə onu qətlə yetiriblər. Bu çox gülünc versiya idi. O dövrdə anam Eldar Mahmudovu məhkəməyə vermək istəyirdi. Sonradan məsləhət görülmədi. İstintaqda o vaxt məsələ qalxmışdı ki, işdə zərərçəkən kimi mənim anamı tanısınlar. Bunun qarşısını Rüstəm Usubov aldı. Deyirdilər ki, Rail Rzayevin 2-ci həyat yoldaşı həddən artıq ağıllıdır, onu istintaqa buraxmaq olmaz.

Həmin vaxt anam deyirdi ki, mənim Eldar Mahmudova yazığım gəlir. Deməli, onun həyat yoldaşı mülk üstündə onu öldürtdürə bilər. Eldar Mahmudov yerində olan kadr deyildi. Yoxlanılmamış bir versiyanı sadəcə nəsə deməyin xətrinə ortaya atırdı. Əsl çekist, kəşfiyyatçı elə bir gülünc versiyanı dilinə gətirməzdi.

Картинки по запросу eldar mahmudov rail rzayev

Eldar Mahmudov həmin versiyanı deyəndən sonra anam güc nazirlərindən birinin yanına getdi. Dedi ki, versiyanız varsa qoyun ortaya. Yoxdursa, onun versiyaları olan məqaləni ləğv edin. Jurnalist deyilən versiyanı yazır, amma həmin versiyanın arxasında bizim həyatımızın olduğu nəzərə alınmır. Qətldən sonra elə qüvvələr ortaya çıxdı ki, 1-ci ailəsi ilə 2-ci ailəsinin arasını yalanları ilə qatıb-qarışdırmaq istədilər. O qədər primitiv söhbətlər ortaya atırlar ki… Mal-mülk…
Amma həyat göstərdi ki, anam çox müdrik, gözütox qadındır. Anama dəfələrlə deyiblər, o da deyib ki, mən heç kəslə mal-mülk davası etməyəcəyəm. Nə verilir verilir, verilmirsə, verilmir”.
Bundan başqa Rahilə Rzayeva atasının qətlindən 1 həftə əvvəl izlənməsi haqda raportla o dövrdə müdafiə naziri olan Səfər Əbiyevə, sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudova müraciət etdiyini də açıqlamışdı.

Sitat: “Rail Rzayev izlənirdisə, bu barədə rəhbərliyi, xüsusi xidmət orqanlarını məlumatlandırmışdı. Niyə onlar tədbir görməyiblər, hərəkətə keçməyiblər? MTN-ə, öz nazirinə müraciət etmişdisə, bunlar hara baxırdılar?”

Bu sualların cavabı bu günə qədər verilməyib. Rail Rzayevin qətlindən sonra Cinayət Məcəlləsinin 120.2.5-ci (tamah məqsədilə və ya sifarişlə qəsdən adam öldürmə) və 228-ci (qanunsuz silah saxlama) maddələri ilə cinayət başlanan cinayət işi nəticəsizdir.
İstintaq Rail Rzayevin yavəri Anar Haşımovu, köməkçisi Aydın Rəfiyevi və onun oğlu Anar Rəfiyevi də həbs etmişdi. Bu adamların həbsi qətlə birbaşa bağlı deyildi. Tutulanlar Rail Rzayev qətlə yetiriləndən dərhal sonra onun iş otağına qanunsuz müdaxilə edərək oradan külli miqdarda qızıl-zinət əşyaları, xeyli sayda dərman preparatı, DVD-lər və generala məxsus seyfdən 200 min avro məbləğində pul oğurlamaqda ittiham olunurdular.

Картинки по запросу Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmənin hökmü ilə Aydın Rəfiyev

2010-cu ilin noyabrında Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmənin hökmü ilə Aydın Rəfiyev 9, Anar Rəfiyev 7 il 6 ay, A.Həşimov isə 7 il müddətinə azadlıqdan məhrum ediliblər. Artıq hər 3 şəxs azadlıqdadır. 2016-cı ildə Qaradağ rayon Məhkəməsi Aydın Rəfiyev cəzasının çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad etdi. Mərhum generalın qızı Rahilə Rzayeva Aydın Rəfiyev haqda isə bu sözləri demişdi.

Sitat: “Bu adamlar hər ikisi hərbçilər idi. Qətl törədilən an orada, yanında sürücüsü olub. Hadisədən sonra gedib Aydın Rəfiyevi evindən götürüb. Aydın Rəfiyev yerin altını da, üstünü də bilən adamdır. Sürücü maşına oturur, görmür ki, maşının arxa şüşəsində deşik var? Sonradan Aydın Rəfiyev də maşına minir. Amma bunların heç biri maşının arxa şüşəsindəki deşiyi görmürlər? Ağzından qan axdığını görmürdülər? Bu uşaq nağılına oxşayır. Yalandan da deyirlər ki, elə bildik ki, ürəyi tutub. Onu vaxtında hospitala çatdırmayıblar. İbrahim Tatlısəsin də başına atəş açdılar, amma sağ qaldı. Çünki vaxtında həkimə çatdırmışdılar. Amma bunlar nə ediblər? Qəsdən ora-bura sürüyüblər, vaxt uzadıblar”.

Rahilə Rzayeva Aydın Rəfiyev və digərilərinin onun seyfindən oğurladıqları 200 min avronun da onlara qaytarılmadığını açıqlamışdı.
Sitat: “Həmin 200 min avronu ailəyə qaytarmırlar. Qanunla həmin pul vərəsələr arasında bölünməlidir. Pulu Aydın Rəfiyevdən prokurorluq alıb. Oradan-buradan sənədlər də yığıblar ki, guya Rail Rzayevin borcu varmış, guya pullar həmin borclara veriləcək. Bu gülünc söhbətdir. Atam gedib “Nasosnı”da borcu olan adamların borclarını bağlatdırırdı. Öldürüləcəyini bilən, özünə qəbir qazdıran adam borcları olsaydı verməzdimi? O, borc alan adam deyildi. Bir şikəstin, bir atası qətlə yetirilən qızın pulunu yemək kimə lazımdır? Yetimin payını yeməzlər! Mən xaricdə təhsil almaq istəsəm, həmin pulu ödəyib təhsil ala bilərəm. Bu pulu götürüb ailəyə qaytarmayanlar elə bilirlər qazanc əldə ediblər? Bizim atamız pulu kişi kimi qazanıb. Biz heç kimin yanında gözükölgəli deyilik”.

Картинки по запросу eldar mahmudov rail rzayev

General-leytenantın qətlindən sonra ortaya xeyli versiya çıxmışdı. Sifarişin tikinti mafiyası, narkoticarət, xarici qüvvələrdən gəldiyi haqda çeşidli məlumatlar vardı. Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu qətllə bağlı qəzetimizə açıqlamalarından birində çox maraqlı bir məqama toxunmuşdu. Demişdi ki, Rail Rzayev qətlə yetirildi və Azərbaycanın hərbi əməkdaşlıq vektoru da dəyişdi. Mərkəz rəhbəri demişdi ki, Azərbaycan-İsrail hərbi əməkdaşlığında Rail Rzayev əsas fiqurlardan olub. Azərbayacanın Rusiyadan kənar bir dövlətlə əməkdaşlığı aydın məsələdir ki, MDB məkanını öz maraq dairəsində görən şimal qonşumuz üçün heç bir halda məqbul deyildi. Rail Rzayevin qətlinin başlıca səbəbləri arasında onun qətlindən sonra nələr dəyişməsinə də diqqət yetirilməlidir…(musavat.com)


loading...




Fikrinizi bildirin