Ağdamda zəncirvari yol qəzası baş verib

Axşam saatlarında Ağdam rayonu ərazisində zəncirvari qəza baş verib.

"Report"un Qarabağ bürosu xəbər verir ki, rayonun Quzanlı qəsəbəsində qeydə alınmış qəza zamanı 3 minik maşını - "VAZ-2106", "VAZ-2107" və "Mercedes" markalı avtomobil toqquşub.

Hadisə zamanı "Mercedes"in sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı rayon polisində araşdırma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar