"Brent" neftinin bir barelinin qiyməti 63 dollardan aşağı düşüb

"Brent" markalı Şimal dəniz neft qatışığının qiyməti son səkkiz həftə ərzində ən minimum həddə – bir barelə görə 63 dollardan aşağı düşüb.

“Report” xəbər verir ki, bu, keçirilən elektron hərracların nəticəsində məlum olub.

Bakı vaxtı ilə 21:29-a olan vəziyyətə görə, "Brent"in aprel fyuçerslərinin dəyəri 2,9 faiz azalaraq bir barel üçün 62,93 dollar təşkil edib.

WTI markalı yüngül neftin mart fyuçerslərinin qiyməti 3,17 faiz düşərək bir barel üçün 59,21 dollar təşkil edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar