Dövlət orqanlarında çalışan və dövlət qulluqçusu olmayan işçilərin əməkhaqları 4 faiz artırılıb

maas almaqDövlət orqanlarında çalışan, lakin dövlət qulluqçusu olmayan işçilərin vəzifə maaşları artırılıb. Artım xadimə, bağban, gözətçi, ocaqçı, ixtisas dərəcəsi olmayan fəhlə və s. işçilərə şamil edilib.

“Report” xəbər verir ki, bu barədə qərarı Baş nazir Artur Rasi-zadə imzalayıb.

Qərara görə, əməkhaqqı artımı 4 faiz təşkil edib. Yəni, bunadək 125 manat alan sözügedən vəzifə sahibləri yanvarın 1-dən etibarən 130 manat alacaqlar.

Bu qərar 2018-ci il yanvarın 1-dən qüvvəyə minir.

635x100

Şərhlər

mühəndis 2018-02-10 01:37:21

Ölkəmizd nə qədər anlaşılmaz qaydalar tətbiq olunur? Bir diqqət edin:" dövlət orqanlarında çalışan,amma dövlət qulluqçusu sayılmayan". Bu necə anlaşıla bilər.Deməli dövlət orqanında çalışırsan.amma dövlət qulluqçusu deyilsən.Belə də mücərrəd anlayış olar? Bunu hansı "ağıllı" icad edib?

Uveys 2018-02-10 01:37:21

5 manat? GULEK YOXSA AGLAYAQ?

şəfəq xanım 2018-02-10 01:37:21

Cox sagolun artur məlim 1 gündə siz 150 manata yaşayin yeriniz olagak gənnət.

Son yazılar