FIRILDAQ LAYİHƏ HACI İBRAHİMDƏN ALINIB? - Talanan 100 milyonları kim qaytaracaq?

Haci Ibrahimİş adamı Beynəlxalq Banka olan borcu ilə bağlı sualları cavablandırmır: “Mən bu barədə danışmaq istəmirəm”

2015-ci ilin martında Cahangir Hacıyev Beynəlxalq Bankın direktoru vəzifəsindən uzaqlaşdırılandan az sonra məlum oldu ki, Azərbaycanda çoxlu sayda iş adamı bankdan yüz milyonlarla manat kredit götürüb qaytarmayıblar.

Fakt üzrə qaldırılmış cinayət işi çərçivəsində onlarla sahibkar DİN Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsi (MCQMBİ) tərəfindən saxlanıldı. Onların bir çoxunun əmlakı kredit müqabilində əllərindən alınmışdı. Məsələn, “AzMeCo” şirkətinin sahibi Nizami Piriyevdən inşa etdirdiyi metanol zavodu məhkəmə qərarı ilə alınaraq hərrac vasitəsilə SOCAR-a satıldı. Bir çox sahibkarlar özləri əmlaklarını sataraq qısa müddətə kredit borclarını bağladıqları üçün azadlığa buraxıldılar.

“Beynəlxalq Bank işi” adını alan proses çərçivəsində MCQMBİ tərəfindən saxlanılan iş adamlarından biri də “Avesta” konserninin rəhbəri, Diaspora ilə iş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun  qardaşı "Hacı" İbrahim Nehrəmli idi. "Hacı" İbrahim 2015-ci ilin mayında MCQMBİ tərəfindən saxlanılsa da, sonradan krediti ödəmək öhdəliyi götürərək azadlığa çıxmışdı. Maraqlıdır ki, iş adamı Beynəlxalq Banka olan borcunun məbləğini mümkün qədər gizli saxlamağa çalışırdı. Belə ki, ilk zamanlar o, banka cəmi 57 milyon manat, daha sonra 78 milyon manat borcunun olduğunu açıqlamışdı. 2015-ci ilin avqustunda isə mətbuata verdiyi müsahibədə Beynəlxalq Banka ümumilikdə 450 milyon manat kredit borcu olduğunu söyləmişdi. Bildirmişdi ki, Beynəlxalq Bankdan nümayəndə heyəti onun 5 obyektini qiymətləndirib: “Həmin 5 obyektə bankın qoyduğu qiymət 1.5 milyard manat oldu. Əgər bank mənim borclarımı ödəməyimi istəyirsə, gəlib həmin obyektlərimi ala bilər. İki gündən bir ”Bandotdel" tərəfindən çağırılmağım doğru deyil. Mən bankı buna görə məhkəməyə verməyə hazırlaşıram".

Amma biq qədər sonra məlum oldu ki, "Hacı" İbrahimin banka nə az, nə çox - düz 800 milyon manat borcu varmış. Bu borcu onun məşhur “Xəzər Adaları” layihəsi üçün götürdüyü deyilir. Qeyd edək ki, “Xəzər Adaları” Xəzər dənizində, Bakıdan 25 km cənubda yerləşən, 41 adadan ibarət, 3000 hektar sahəni əhatə edən süni arxipelaq şəhərinin salınmasını nəzərdə tutur. Tikinti işlərinə 2011-ci ilin mart ayında başlanılıb.

Layihə “Avesta” şirkətinin təşəbbüsü nəticəsində ortaya çıxıb. Layihənin dəyəri 100 milyard dollar hesablanırdı. Burada 1 milyon nəfərin yaşaması üçün şəhər salınması planlaşdırılırdı. Eləcə də 150 məktəb, 50 xəstəxana, bir neçə park, ticarət mərkəzləri, mədəniyyət mərkəzləri, institut kampusları, Formula-1 trası və Azerbaijan Tower ( Azərbaycan qülləsi) tikiləcəyi gözlənilirdi. Adalarda həmçinin dünyanın ən böyük məscidinin tikilməsi planlaşdırılırdı.

 

Haci-Ibrahim-_0

"Hacı" İbrahim layihənin 2020-2025-ci illərdə başa çatacağını bəyan edirdi. Müxtəlif vaxtlarda onun mətbuata verdiyi açıqlamalarda

Bu günlərdə “Yeni Müsavat”a verilən məlumatda “Xəzər Adaları” layihəsinin bütünlüklə "Hacı" İbrahimdən alındığı, dövlət tərəfindən yeni investorlara təklif olunduğu bildirilir. Verilən məlumata görə, yaxın zamanlarda yeni inverstorlar layihənin icrası prosesini davam etdirməyə başlayacaqlar.

Məsələ ilə bağlı "Hacı" İbrahim Nehrəmlinin özü ilə əlaqə saxladıq. O, layihə ilə bağlı hər hansı yenilik olmadığını, yaylan məlumatın həqiqətə uyğun olmadığını dedi: “Yalan söhbətdir, belə bir məsələ yoxdur”.

"Hacı" İbrahimdən Beynəlxalq Banka olan borcunu ödəyib-ödəmədiyini də soruşduq. O, suala cavab vermək istəmədiyini bildirdi: “Mən bu barədə danışmaq, müsahibə vermək istəmirəm. Müsahibə vermək istədikdə özüm sizlərə xəbər edəcəm”(musavat.com).

635x100

Şərhlər

cəngərlik sakini 2018-02-10 11:03:18

LAP YAXŞI EDİB.BİZƏ BU DA AZDIR.QUL BAZARINDAN BİRİ ƏLİNDƏKİ LOMU .... DESİN Kİ MƏNƏ ÇATAN PULLARI NİYƏ DAĞITMISAN.KİMƏ ZÜLM EDİRLƏR GEDİB ÖZÜNÜ YANDIRIR,ASIR.BU DÜNYASINDANDA O DÜNYASINDAN DA OLUB.

Ə BƏƏƏ NƏƏƏOLDUUU, HIYYY 2018-02-10 11:03:18

HƏR KƏS ÖZ SƏVİYYƏSİNƏ GÖRƏ İŞ GÖRƏ BİLİR...

əhməd 2018-02-10 11:03:18

Nə qədər ki biz qarabağdakı erməniləfə QULDUR SEPARATÇI demirik və nə qədər ki banklardan pul götürüb bir iş görə bilməyən dələduzlara İŞ ADAMI DEYİRİK O VAXTA KİMİ BİZ BU GÜNDƏ YAŞAYACAĞIQ İŞ ADAMI İŞ GÖRƏR

gm-a yazana 2018-02-10 11:03:18

Azərbaycan ona görə bu gündədir ki,Qeybətçiylə siyasətçinin,binesmenlə məmurun yeri səhv düşüb.Guya kimslərsə dəyişsə Avropadakı kimi yaşayacağıq..əsla yox,iki ilin içində onlara da yaltaqlanıb əvvəlkilərə çevirəcəyik.Hələ görmədim ki..kimsə öz əmilinə düzgün qiymət versin Sizə də pul təklif olunsa dönüb H.Hacıyev olacaqsız.

Oxucu 2018-02-10 11:03:18

Düzgün buyurdunuz ancaq nə üçünsə saytlar nəhəng oliqarxların kredit fırıldaqları haqqında çoxlu yazılar dərc edirlər.Lakin CAHANGİR HACIYEV və DÜNYAMİN XƏLİLOVUN fırıldaqlarının qurbanı olmuş insanlar haqqında məlumat verilmir.

Tələyədüşən 2018-02-10 11:03:18

Ola bilər İbrahim Nehrəmli biznes plan hazırlayıb .Bank işçiləri bəyəniblər və bu nəhəng layihəyə kreditlər ayırıblar.Ancaq ABB işində daha çox adı hallanan hazırda cəzaçəkmə müəssisəsində cəzasını çəkən keçmiş deputat DÜNYAMİN XƏLİLOV yüzlərlə ailəni üç ilə yaxındır ki, sağalmaz dərdə salıb.Cüzi əmək haqqı verməklə adlarını müəssisə rəhbəri yazdırıb və külli miqdarda kreditlərə qol çəkməyə məcbur edib.

g.m-ya 2018-02-10 11:03:18

muellim,by hadiseler hansi olkede baw verir,Mozambikde,yoxsa senin siyasetcilerinin olkesinde?

Tələdəkinə 2018-02-10 11:03:18

Əsas D.Xəlilovlar deyil! Qol çəkən 1-2 mln. alanlar heç 50-lərin əsas payı hara-kimə çatıb? Dənizə tökülənin sifarişçisi və icraçısı da məlum: "İtə ataram bu xalqa qıymaram!" Qalanı haradadır? Hədsiz 1/10000 şişirtmə hasilat və çəkiliş xərcləri illərlə haraya oturur, smetası ilə heç sorulmur da?

samir 2018-02-10 11:03:18

Siz bilmirsiniz ki, bu Nehrəmliyə söz verilib ki, vurun-dağıdın, istədiyinizi edən, bir kəs sizə heçnə deyə bilməz..........

Hacı Ələmdar 2018-02-10 11:03:18

Ay qardaşlar bu hacı deyil axı buna hacı deyə müraciət edirlər. Ölkənin milyonlarla pulunu yeyib, gündə də konyak içir. Hi..

G.M 2018-02-10 11:03:18

Əvvəla hacı ibrahimin orta təhsilli avantürist olmasından hamı xəbərdar idi..İkincisi də Girovsuz 100 Milyonların İbrahimə ötürülməsi,mühəndis-texniki razılaşmalar olmadan Dənizin ortasında ``şəhər salma`` ideyası...Sərmayəni qoyanın kimliyi,əqidəsi və.s nəzərə alınmırdı.Niyə ......Və.s və i.

Alim 2018-02-10 11:03:18

Belə insanlara milyon milyardlar verilib və sonda dövlətin, əhalinin pulu atılıb. Dələduz məmur və bir sıra iş adamların əlindən normal savadlı mənəvi tərbiyəli insanlar işləyə bilmir,sınır məhv olur.Kredit ancaq məmurlara və onların adamlarına verilir. Yəni krışası olanlara. Krışası olanlar da kimlərdir haralıdırlar,kimlərin adamlarıdır məlumdur. Adi insan 5min kredit götürə bilmir. Ancaq ibrahim kimisi yüz milyonlar,milyard götürür.Nəticəsi isə xalqın milardları qarət edilir,oğurlanır,atılır. Dələduzlar..

Miri 2018-02-10 11:03:18

Bankdan 1000 manat pul getyrmek istiyen halda beynalxalg bank azi bir neferin zamin ve ish yerinnen en azi 1000m maash aldigini teleb edir. Bu meseleye geldikde ise kimler ise bu lahiyeden kulli migdarda pul para gazanib. Indi menasi axi nedir? Camaat ne gazandi? Beyem bilmirdiniz ki bele olar. Bu hamisi boyuk oyunun fragmentleridi. Ne geder Ibraim , Cahangir,Fazil,Ferhad,ve bashga adam yeyenler azerbaijani idare edecekler bir o geder camaat yetim gununde yashayacag.

x 2018-02-10 11:03:18

Bu qeder de yerlibazliq olar?sorgu sualsiz olacagin bilen bunu etmez

Hesabdar 2018-02-10 11:03:18

Neft daşlarında çalışan və ya Pirallahıda yaşayan hər kəs layihə yerinin namünasib olduğunu söylərdi. Bu layihə və Fransa-2 TV ilə mübahisələr hər biri dövlətdən 2 milyard silib. Müqayisə edin: Dünyanın bir neçə şirkəti Xəzər neft layihəsinə ilk ildə bircə milyard qoymuşdu və əsrin layihəsi 2031-ə qədər 13 mlrd. dol. məbləğdə imzalanıb?

miri 2018-02-10 11:03:18

Layihənin icraçısının dəyişdirilməsi adı haldır.Coxlari bilirki, bu layihənin sahibi o yox, gizliliyini təmin etdiyi adamlardir.Yeni investorların bu işə cəlb olunub ugura gələcəyinə də ümid yoxdur. Çünki, layihədən çox avantüradir bu iş.

aysberq 2018-02-10 11:03:18

İndi də o layihələri verin "kərbəlayı İbrahimə" və sonra da ona "Şapka Mameddən 2-3 milyard verin. Xəzər adalarının adını da çevirib qoyarsınız buludlardakı "Süd yolu adaları". Əsas odur ki, arada milyardları hop edəsiniz.......

Son yazılar