Nazir pensiyaların nə qədər artırıldığını açıqladı

selim-muslimovb"Fevral ayının pensiyalarının ödənişi zamanı pensiyalar yanvar və fevral aylarındakı artımlarla birlikdə ödəniləcək".

Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov mətbuat konfransında deyib.

Nazirin sözlərinə görə, ölkədə pensiyanın həcmi 110 manatdan 116,27 manata qədər artırılacaq.

S.Müslümov bildirib ki, Dövlət Statistika Komitəsindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə daxil olan rəsmi məlumata əsasən, 2017-ci ildə ölkəmizdə orta aylıq nominal əmək haqqının illik artım tempi 5,7 faiz səviyyəsində müəyyən edilib:

“Cənab Prezidentin Sərəncamının icrası olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən respublikamızda əmək pensiyalarının ümumi məbləğinin də 2018-ci il yanvarın 1-dən hesablanaraq həmin göstəriciyə uyğun, yəni 5,7 faiz artırılması təmin ediləcək. Bununla bağlı nazirlik yanında Dövlət Sosial Müdafiə Fondu artıq müvafiq işlərə başlayıb. 1 yanvar 2018-ci il vəziyyətinə ölkədə 1 milyon 318 min 434 nəfər əmək pensiyası alır. Sərəncama əsasən əmək pensiyalarının indeksləşdirilərək artırılması pensiyaçıların 1 milyon 236 min nəfərinə və ya 94 faizinə şamil olunacaq. Dövlət qulluqçusu, hərbi qulluqçu, Mərkəzi Seçki Komissiyasının üzvü, Hesablama Palatasının üzvü, deputat və s. kateqoriyalardan olan şəxslər kimi pensiyaya çıxmış vətəndaşların pensiyalarına bu artımlar tətbiq olunmayacaq. Bundan başqa, əmək pensiyalarının sığorta hissəsinə qanunun 19-cu maddəsində mütləq rəqəmlərlə ifadə olunan əlavələrə bu artım şamil edilmir".

 

635x100

Şərhlər

Obyektiv 2018-02-10 10:52:44

Bu qepik-qurush "artimlari" illerdi qurtarmaq bilmedi de!.. Bu aci-gulunc varianti hokumetin aglina salanlara ALLAH min lenet elesin! 5-10 ilden bir bu formali tehqir idi de... Yox bir 50 qepik... (

Oxucu 2018-02-10 10:52:44

Bismillahir-Rəhmanir-Rəhim Məncə,mətbuatda və saytlarda hörmətli naziri Səlim Müslümovun şəkilini elə verirlər ki, adamda qorxu yaranır, aqressiyalı nazirə oxşadırlar. Gerçəklikdə isə əhval-ruhiyyəli və məclis əhli bir nazirdir.Xahiş bu məqalədəki ŞƏKİLƏ diqqətlə baxın.

omer 2018-02-10 10:52:44

Ayıb olsun hökumətə..

Həaəsəqulu 2018-02-10 10:52:44

Nə oldu ,əvvəl 7 faiz artırdı,sonra oldu 6,9 faiz,indi də 6,3 faiz.Heş inflasiyadan söhbət getmir......

Pensiyaçı 2018-02-10 10:52:44

bu 5.7 faizin 150 manat pensiya verdiyiniz adama təsiri nə olacaq? pespublikada gedən ( həm kommunal sferada.həm ərzaq,dərman,xidmətlərdə ) bahalaşma tempindən xəbəriniz varmı? 5.7 faizin tətbiq etmədiyi pensiyaçıların pensiya məbləği orta əmək haqqının miqdarından 5-6 və daha çox dəfə atıqdır. Bəs pensiyaçıların təminatının vəziyyəti sosial təminat adı daşıyan nazirliyi niyə maraqlandırmır? Ömrünün 40-50 ilini işləyərək dövlətə xeyir verən pensiyaçılara qarşı sayqısızlıq

Son yazılar