DADAŞ RZAYEVİN DEYİL, ZAUR RZAYEVİN NƏVƏSİ... - VİDEO

Xəbər verdiyimiz kimi, Bakı şəhərindəki 132-134 saylı Təhsil Kompleksində 11-ci sinif şagirdi 7-ci sinif şagirdinə qarşı seksual xarakterli zorakılıq hərəkətləri edib.

Faktla  bağlı Bakı Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 150.3.3-cü (Seksual xarakterli zorakılıq hərəkətləri, təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə cinayət işi başlanıb. Hadisəni törətməkdə şübhəli bilinən R.C. barəsində Səbail Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Haqqın.az saytı 7-ci sinif şagirdinə qarşı seksual zorakılıq törədən 11-ci sinif şagirdinin sabiq müdafiə naziri Dadaş Rzayevin nəvəsi olduğunu bildirib

 Ancaq  Dadaş Rzayevin xanımı Ayişə Rzayeva bunu təkzib edib: " Belə bir məlumatı paylaşmaq, yazmaq ayıbdır. Həmin məktəbli Dadaş Rzayevin nəvəsi deyil.”

Strateq.az dəqiqləşdirib ki, kadrlarda görüntülənən şəxs Müdafiə nazirinin dünyasının dəyişmiş sabiq müavini, general-mayor Zaur (Zadir) Rzayevin nəvəsidir – oğlu Siyavuşun övladıdır.

Xatırladaq ki, Azərbaycan ordusunun ilk hərbi hissəsinin komandiri olmuş Zaur Rzayev 1937-ci ilin oktyabrın 10-da Lənkəran rayonunun Şürük kəndində anadan olub. 1955-ci ildə Azərbaycan Pedaqoji Universitetin fizika-riyaziyyat fakültəsinə daxil olsa da, ailə vəziyyəti ağır olduğundan təhsilini yarımçıq qoyub. 1958-1962-ci illərdə Bakı Ali Ümumqoşun Komandan hərbi məktəbini qırmızı diplomla bitirəndən sonra leytenant rütbəsi alaraq Almaniyadakı SSRİ ordusunda xidmətə göndərilib.

Daha sonra 1971-ci ildə Moskvada M.F.Furunze adına Hərbi Akademiyaya daxil olub və 1975-ci ildə oranı bitirib. Oradan isə Zaqafqaziya Hərbi Dairəsinə alay komandirinin müavini, sonralar isə Bakı şəhərinə azərbaycanlı zabit kadrlarını yetişdirmək üçün BDU-nun hərbi kafedrasının müdir müavini vəzifəsinə göndərilib. Burada isə polkovnik rütbəsinə ucalan Zaur Rzayev kafedra rəisi vəzifəsinə təyin edilib.

1991-ci oktyabrın 9-da bilavasitə özününun şəxsi təşəbbüsiylə yaratdığı "I batalyon" kimi tanınan, Azərbacan Silahlı Qüvvələrinin ilk N saylı hərbi briqadasının komandiri kimi Qarabağ döyüş bölgəsinə gedib. 1992-ci ildə Ağdərənin 12, Laçının 40 kəndinin azad edilməsinə, eləcə də korpus komandiri kimi Beyləqan və Füzuli istiqamətində uğurlu əks-hücum əməliyyatına rəhbərlik edib.

1992-ci il oktyabrın 19-da Əbülfəz Elçibəyin fərmanı ilə general-mayor rütbəsinə layiq görülüb. Həmin ilin noyabrında Bakıya çağırılaraq II korpusun komandir müavini vəzifəsinə, 1993-cü il iyunun 16-da isə Cəbhə komandanı, müdafiə nazirinin I müavini vəzifəsinə təyin olunub.

29 yanvar 2010-cu il tarixdə Zaur Rzayev 72 yaşında uzun sürən ağır xəstəlikdən sonra vəfat edib.

****

“Xəbər çıxandan telefonlarımız susmur. Belə bir məlumatı paylaşmaq, yazmaq ayıbdır. Həmin məktəbli Dadaş Rzayevin nəvəsi deyil”.

Bunu musavat.com-a açıqlamasında sabiq müdafiə naziri, general Dadaş Rzayevin xanımı Ayişə Rzayeva deyib.

Ayişə Rzayeva bu gün Bakıda məktəbdə intim görüntüsü yayılan şagirdin Dadaş Rzayevin nəvəsi olması barədə yayılan xəbərləri təxribat adlandırıb.

Dadaş Rzayevin nəvələrinin hazırda Azərbaycanda olmadığını deyən Ayişə Rzayeva qeyd edib ki, bu hadisədən sonra özü və yaxınları narahatlıq keçiriblər: “Bütün qohumlar, yaxınlar zəng edir ki, bu nə xəbərdir? Belə bir generala qarşı bu cür hərəkət olarmı? Dəqiqləşdirilməmiş məlumatı yaymaq nə qədər doğrudur? Nüfuzlu bir generalın adına ləkə gətirmək, şəklini qoyub, nə gəldi yazmaq kimlərin marağında ola bilər?”.

Ayişə Rzayeva generalın bu məlumatlardan xəbərsiz olduğunu, səhhəti ilə bağlı ondan gizlətdiklərini söyləyib: “Dadaş müəllim insult keçirib. Belə bir vaxtda onun haqqında yalan və ayıb məlumatlar yayılması ona çox pis təsir edəcək. Bu barədə ona qəti olaraq məlumat verməmişik. Çalışıram ki, xəbər tutmasın”.

Generalın xanımı qalmaqal baş verən məktəbdə heç bir qohumlarının təhsil almadığını da söyləyib: “Ölkədə minlərlə Rzayev var. Hər Rzayevi gətirib Dadaş Rzayevlə bağlamaq olmaz axı”.

Qeyd edək ki, Bakı şəhərindəki 132-134 saylı Təhsil Kompleksində 11-ci sinifdə oxuyan R. C 2017-ci il dekabr ayının 10-da onunla eyni məktəbin 7-ci sinfində oxuyan qızla idman zalının soyunub-geyinmə otağında cinsi əlaqədə olub və bunu telefona çəkərək sosial şəbəkələrdə yayıb.

Baş vermiş hadisə ilə bağlı Bakı şəhər prokurorluğunda cinayət məcəlləsinin 150-ci (Seksual xarakterli zorakılıq hərəkətləri etmə) maddəsi ilə cinayət işi başlanıb. Səbayıl rayon məhkəməsinin qərarı ilə R.C barəsində həbs qətimkan tədbiri seçilib.

Qalmaqlada adı keçən 11-ci sinif şagirdinin Azərbaycanın sabiq müdafiə naziri Dadaş Rzayevin nəvəsi olması barədə xəbəri yerli saytlar yayıb.

***

Xəbər verdiyimiz kimi, Bakı şəhərindəki 132-134 saylı Təhsil Kompleksində 11-ci sinif şagirdi 7-ci sinif şagirdinə qarşı seksual xarakterli zorakılıq hərəkətləri edib.

Faktla  bağlı Bakı Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 150.3.3-cü (Seksual xarakterli zorakılıq hərəkətləri, təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə cinayət işi başlanıb. Hadisəni törətməkdə şübhəli bilinən R.C. barəsində Səbail Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Haqqın.az saytının məlumatına görə isə 7-ci sinif şagirdinə qarşı seksual zorakılıq törədən 11-ci sinif şagirdi sabiq müdafiə naziri Dadaş Rzayevin nəvəsidir.

***

Bakı şəhərindəki 132-134 saylı Təhsil Kompleksində 11-ci sinif şagirdinin 7-ci sinif şagirdinə qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməsi ilə bağlı Bakı Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 150.3.3-cü (Seksual xarakterli zorakılıq hərəkətləri, təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.

“Report”un əldə etdiyi məlumata görə, hadisəni törətməkdə şübhəli bilinən R.C. barəsində Səbail Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Günahı sübuta yetiriləcəyi təqdirdə onu 8 ildən 15 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir.

Hazırda istintaq davam etdirilir.

Təhsil Kompleksinin direktoru Sara Xanlarova “Report”a açıqlamasında işlə hüquq-mühafizə orqanlarının məşğul olduğunu, bu səbəbdən də geniş açıqlama vermək istəmədiyini bildirib: “Hələlik araşdırma gedir. Amma videogörüntülər quraşdırmadır. Bunun kim tərəfindən quraşdırıldığını bilmirik. Təhsil Nazirliyi də araşdırma aparır”.

Qeyd edək ki, hadisə ilə bağlı sosial şəbəkələrdə görüntülər yayılıb.

635x100

Şərhlər

Emin 2018-02-11 14:01:40

Bu söhbətlərin başlıca günahkarı Təhsil Nazirliyi və məktəbin direktorudur. Hara baxırlar? Niyə nəzarət edən yoxdur? Çünki məktəbdə düzgün nəzarət olunsaydı belə bir hadisə baş verməzdi! Neynəsinlər başları pul yığmağa qarışıbdır! Əgər çəkiliş olmasaydı qızın vəziyyəti gələcəkdə necə olacaq, kim biləcəkdi? Bax burdan yaranır fahişəlik, əxlaqsızlıq. Sonrada deyirlər ki cəmiyyət pozulubdur)

İlqarın dostu..gm yazana. 2018-02-11 14:01:40

sən get seçkilərə hazırlaş..kişi söhbətlərinə qarışma.Sədriniz özünü yenə də ``məndə varam`` deyib,gələcək Prezidenti təbrik etmək üçün ``namizəd`` verib.O da sənin kimi bilmir ``harda bişib...``elə çömçəsini uzadır.O da sənin kimi bilmir ki,Ata Türk kimdir.))))

Ehmed 2018-02-11 14:01:40

Burada men oğlanla qızın heyatını felakete aparan amilleri demek isteyirem. Esas sebeb bizim genclerimizin Allahın qoyduğu serhedleri pozmasıdır. Biz geyimimize, davranışımıza diqqet etmeliyik, qelbimizi şehvetden, günahdan uzaq tutmalıyıq ki başqalarını tehrik etmeyek, qız ya oğlan ferqi yoxdu. Valideynler de övladlarının haramlardan uzaq durmalarına çalışmalıdı, çünki Allahın heddleri insanların xoşbextliyi üçündü. İkincisi, peyğemberimiz deyib yalnız qalan kişi ve qadının 3-cüsü şeytandı. Qorunmalıyıq.

XX 2018-02-11 14:01:40

Butun mekteblerde veziyyet beledi bu hele bilinen videodu gormediyimiz o qeder bele hadiseler varki

Ehmed 2018-02-11 14:01:40

Famil beyle tam raziyam,kimlerse 801(701,ferqi yoxdur901)-de doyuwduyunu,kiminse necenci arvadinin hansi milletden olmasini, kimse muharibede topun qabaginda alt koyneyini(maykasini)cirdigini yazir,kimsede kimlerinse satqinligindan yazir,muellimler,metlebe gelin,mektebe gelin.

g.m-ya 2018-02-11 14:01:40

Yalan daniwirsan, gozunun icine kimi ag yalan,senin oz komandanin oldugu halda Ata Turku niye axtarirsan? .....

Amon 2018-02-11 14:01:40

Burda bir gunahkar var o da tehsil nazirliyidi ve tehsil sobeleridi.mektebin icinde bele bir iyrenc hadise bas verirse burda nazirlikden basqa heckimin gunahi yoxdu.nezaret yox seviyyesindedi.amma pul yiganda nezaret cox guclu olur nese

Redaktor 2018-02-11 14:01:40

GM və adina yaraşmayan yarali doyuşciyə, ona gorə ki yarali doyuşcu olmur, doyuşdə yaralanmiş hərbici olur. Bini qoyaq kənara. Sual olunur 1992-ci ildən başlayaraq Qarabağda gedən hərbi əməliyyatlar zamani Azərbaycan torpaqlari niyə və kimin hərbi komandanliği və ya hansi hərbi hissələrdə doyuşən və bu gun hərbici adlanan kəslərin vaxtinda işğal olundu və bunun məsuliyyətini qeyd etdiyiiniz doyuşməyən adamlar, ya xalq daşiyir? Kişi kimi cox qisa cavab verin.

sevda agakiwiyeva 2018-02-11 14:01:40

12 yawli uwagi nedese qinayanlarin vicdanina nehlet olsun,en yarali yerlerinden vurulsunlar,0 birsi 17 yawli ... werefsiz omur arzulayiram

Taliw 2018-02-11 14:01:40

burda mergum qehreman general pricom??? xahiw edirem bele werefsiz iwde ele leyaqetli, Azerbaycan Ordusunda Zaur Rzayev qeder ikinci xidmeti olmayan zabit adini hallandirmaq duzgun deyil.Nevesidir her kimdir qanun var qayda var cezasi ceksin , 37 ci il deyil bala ataya gore baba neveye gore mesuliyyet dawisin.

BU ÖZƏ ÇIXANDI HƏLƏ 2018-02-11 14:01:40

......ATASI-AİLƏSİ ADAMI OLMAYAN MƏZLUM VƏ YA PULA HƏRİSLİ QADINLARI GUYA MIŞKİN ƏMƏLİYAT NƏZARƏTİ ADI ALTINDA ƏVVƏLCƏ ANALARINI MASSAJ SALONLARA İŞƏ DÜZƏLDİRLƏR VƏ SONRADAN AZYAŞLI QIZLARININ FAHİŞƏLİYƏ CƏLB EDİRLƏR......! ORTA-ORTA İXTİSAS MƏKTƏBLƏRİNDƏ KOORUPSİYA TUĞYAN ETDİYİNDƏN GÖZÜKÖLGƏLİ OLAN DİREKTOR-MÜƏLLİMLƏR NARKOBİZNESİ VƏ AZYAŞLILAR CİNSİ İSTİSMARI CİNAYƏTİ GİZLƏDİLİLİR!SOS

ARİF 2018-02-11 14:01:40

MƏKTƏBLƏRİN BU GÜNƏ DÜŞMƏSİNDƏ KİMLƏR GÜNAHKARDIR.

matin 2018-02-11 14:01:40

Hiss olunur ki, bu OĞLAN belə işdə çox təcrübəlidir. 7-ci sinif şagirdi isə onun görəsən neçənci "sevgili"sidir. Bəzi məktəblər bu gündədir! ..... .....

Redaktora Keçmiş yaralı döyüşküdən 2018-02-11 14:01:40

Basıb bağlama bir azərbaycanlı kimi döyüşlər vaxtı harda olmusan,niyə vuruşmamısan onu yaz yəqin Bakıda ona buna torba tikənlərdən olmusan. yada yağlı vəzifələr üçün canfəşanlıq etmisən. Onun bunun ağzından eşidən ara qarışdıran qoca nənələr kimi danışma.

Redaktora GM. 2018-02-11 14:01:40

Səhv eləmiyin.0 vaxt hərbiçilərimizin komandanı AtaTürk olsaydı biz bu günə düşməzdik.Mən hərbidə ,Qarabağ döyüşlərində 701-də döyüşmüşəm.Adicə Zaur Rzayevin komandanlığı altında Laçın Şəhərinin ətrafına qədər irəliləyib..çoxlu kənd və Yüksəkliyi azad elədik.Ancaq Aprel döyüşlərində olduğu kimi..Koridoru bağlamağa icazə verilmədi və erməni-rus qoşunları əks hücuma keçib onlarca Qəhrəman hərbiçi Qardaşlarımızı məhv elədi.Xahiş edirəm Hərbiçi deməyin.....

Redaktor 2018-02-11 14:01:40

Redaktora yazan hərbiciyə- birincisi gərəkdirsə xatirla bu tək mənim fikrim dəyil. Bunu Qarabağ uğrunda doyuşlər zamani toplu, tankli, silahli hərbicilərin torpaqlari qoyub qacdiğini lente alan rəhmətlik Cingiz Mustafayev qeyd edib. İkincisi meyid alveri edən kamandirlərin, hərbiyə rəhbərlik edən, Rəhimlərin, Fəhminlərin hərbi məhkəmələrindən verilən repotajlar, əsgər valideyinlərinin ifadələri təsdiqləyib. O ki qaldi sənin fikrinə cox guman ki omru boyu traktordan, yedəkdən basqa duşuncə tərzin olmayib.

emin 2018-02-11 14:01:40

videoda aciq aydin gorunurki qizin oz xowu ile olub buna ne don geyindirirsiz axi? birdeki kiminse adinnan agziviza geleni yazirsiz bezi agzi goyceklerde ozunu agilli hesab eleyib deyir bu generallardan ne gozleyesen ay ...

Famil 2018-02-11 14:01:40

Qeribe yanaşmadır. Meselenin mahiyyeti kenarda qalib, geniral muzakire movzusu olub.niye mekteb direktorunun,elece de hemin mektebde telim tedrise mesul şexslerin mesuliyyeti muzakire edilmir?.Bu qeder cezasizliq muhiti olar?!. Hara gedirik biz?!şeherin merkezinde en pristijli mekteblerden birinde bele iyrenc hadise baş verirse buna ne ad vermek olar? Bundan sonra hansi valideyn oz ovladini rahatliqla mektebe buraxar?

t.ədalət 2018-02-11 14:01:40

Dadaşın birinci arvadı xristian qadındır.ermənistan tərəfindən torpaqlarımız işğal olunanda Moskvaya gedib,orda yaşayır.İndiki arvadı ilə isə sonradan evlənib..

Redaktora Keçmiş yaralı döyüşküdən 2018-02-11 14:01:40

Qoyub qaçmışıq niyə demirsən. İTv-də bir reklam var idi, on beş ildi qarabağ gedib dünya birliyi belə gəldi getdi, o kadırlarda yekə-yekə kişilərin arvad günündən qaçdığını neyə demirsən. Şəxsən sən harda olmusan və vuruşmusan bunu yaz, yoxlasan isti soba yanında külçə yeyənlərdən çıxacaqsan. Sən redaktor deyil gopa basan traktorsan. ..

Qemer x 2018-02-11 14:01:40

Teki Zimbabvede cekilmish cixsin.Nazirin ve ya supurgecini ne ferq eder.Men indiki gencliyi qinamiram.Bizim dovrumuzde bele internetler yox idi.Insanin yash dovru var ki,bezi meqamlar maraq dogurur.Yasha dolduqca hemin meqamlarin bosh shey oldugunu insan basha dushur.Kash yalan olsun.Cunki her iki gencin heyati mehv olmasin.Valideynler ucun bele xeberdense mene ele gelir olum yaxshidir.Inshaalah yalan olar.

Redaktor 2018-02-11 14:01:40

Şərəfsiz hərbicilərin hesabima Qarabağimizi itirmişik, yuzlərlə qiz gəlin erməni diğalarinin təcavuzunə məruz qalmamaq ucun ozlərini dağdan-qayadan atib intihar ediblər,doğma balalarina qiyiblar.Harinlamiş vəzifəlilərin hesabina bu gun azyaşli qizlarimiz zorlanir.Nadanlara gorə millətin dovlətə inami, biri-birlərinin qarşisinda isə qururlari tukənir.Başqa nə deyim?.Orta məktəbdə narkotik satişi, nəlayiq hərəkətlər kucə bar restoran, otellərdə isə fahişəlik baş alib gedir Başqa nə yazim?Ruşvət isə adiləşib.

t.ədalət 2018-02-11 14:01:40

Dadaş Rzayev güclü ....Qarabağa Xalq Yardımı Komitəsinə Polyaniçko tərəfindən yerləşdirilmişdi.Ağdamda onu Qasım Kərimovla birlikdə gördüm.Anti Heydər Əliyev təbliğatı aparırdı.Qarabağ hadisələri başlayan kimi .....Xocalı soyqırımı zamanı qaçıb gizlənmişdi.İxtiyarında ordu bölməsi olmasına baxmayaraq,xocalıların müdafiəsinə qalxmadı.Rusiyanın buyruqçusu idi....

ZATO ... 2018-02-11 14:01:40

GÖN-GÜNDƏN VARLANIR OLİQARXLAŞIR! MƏKTƏBLƏRDƏ KOORUPSİYA, MÜƏLLİM ÖZBAŞNALIĞI VƏ TƏHSİLSİZ CAHİL GƏNCLƏR ORDUSU YETİŞDİRİLİR!

Abit 2018-02-11 14:01:40

Kimin ...gelin gedir içeri,onu ...

İnsan övladı 2018-02-11 14:01:40

... Daha bu generallardan nə gözləyəsən...

Veteran 2018-02-11 14:01:40

Rehberliyin mudafiesini bawa duwmek olar. Qurawdirmani ise mueyyen etmek ele de cetin bir iw deyil. Ancaq her wey ola biler. Bir de gordun ekspert cekiliwin Zimbabvedeki orta mekteblerden birinde aparilmasi barede "Rey" verdi...

G.M 2018-02-11 14:01:40

Baxın Azərbaycanda ailəsi,nəvəsi ..... olan nə qədər .....məmurlarımız olub və bu gün də var.Bu millətin nə qədər günahları varmış İlahi.

buzlaq 2018-02-11 14:01:40

Ataloqu olmayan inkişaf ölkəsinin iç üzü yavaş-yavaş açılır. "İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir". Oliqarxlar da daxillərini bəyan edirlər, çünkü: burada cəzasızlıq prezumpsiyası hökm sürür. Qanunlar süngülərin üstündə dayanır.

EMİN ŞUVALAN 2018-02-11 14:01:40

AZPOLİTİKA COX XAHİŞ EDİRƏM ŞƏHRİMİ OLDUĞU KİMİ VERİN. BUTUN MƏSULİYYƏTİ OZ BOYNUMA GOTURURƏM. ............BELƏ YARAMAZ, ƏXLAQSİZ BİR NƏVƏ YETİŞDİRMİSİZ...

SUAL 2018-02-11 14:01:40

SURƏT HUSEYNOVUN DOVLƏT CEVRİLİSİNDƏ BUTUN QOŞUN NOVUNU HADİSƏ YERİNDƏN CKİB MƏQSƏDLİ .ƏKİLDƏ DAŞKƏSƏN YOLUNA APARAN MUDAFİYƏ NAZİRİNİN AQİBƏTİNİ BİNDAN BAŞQA TƏSƏVVUR ETMƏYƏ DƏYƏRMİ?

Son yazılar