BAYIL YENİDƏN SÜRÜŞDÜ, 4 EV DAĞILDI - "Vəziyyət ciddidir..." + FOTOLAR

Xəbər verdiyimiz kimi Bayıl yamacında sürüşmə zonasında aktivlik müşahidə edilir. Bayılda sürüşmə baş verən ərazidən köçürülən sakinlərlə görüşdə Səbail rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov deyib: "Bayıl yamacında sürüşmə sahəsində vəziyyət ciddidir, hazırda ərazidə təhlükəsizlik tədbirləri görülür".

APA-nın xəbərinə görə, icra başçısı bildirib ki, hazırda danışıqlar gedir, gələn həftənin əvvəlində evlərindən köçürülən sakinlərə kirayə pulları veriləcək.

Onun sözlərinə görə, sakinlər bir illik kirayə pulu ilə təmin olunacaq.

E. Əzizov yaşamaq üçün yeri olmayan sakinlərə orta məktəbdə yer ayrıldığını, onların gündə 3 dəfə isti yeməklə təmin olunduğunu da açıqlayıb.

Səbail RİH başçısı Bayıl yamacının aşağı hissəsində, sürüşmə sahəsində yaşayan digər sakinlərin də ərazidən köçürülməsi üçün göstəriş verib.

Əraziyə yaxin məsafədə yaşayan sakin Elməddin Muradlı musavat.com-a bildirib ki, sürüşmə teleqüllədən 200-300 metr aşağıda baş verib. Nəticədə yamacdakı evlərdən bəziləri yararsız hala düşüb, işıq dirəkləri aşıb: "Hazırda əraziyə Səbayel Rayon İcra hakimiyyətinin əməkdaşları, polislər və digər müvafiq qurumların əməkdaşları cəlb olunublar. Əhali isə təhlükə olduğu üçün yaxına buraxılmır".

“Bayıl yamacında sürüşmə prosesində aktivlik müşahidə edilir”. Bunu APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov deyib.

R.Həsənov bildirib ki, hazırda aidiyyatı qurumların, o cümlədən 

Bayıl yamacında baş verən sürüşmə nəticəsində 4 ev tamamilə dağılıb.APA-nın xəbərinə gərə, bunu Səbail rayon İcra Hakimiyyəti başçısının müavini, Fövqəladə hallar komissiyasının sədri Abid Əliyev deyib.

O bildirib ki, dağıntılar yola tökülüb: “Hadisə nəticəsində xəsarət alan yoxdur. Çünki 15 gün əvvəl bütün evlər boşladılmışdı. Ərazidə yaşayış yoxdur”.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov APA-ya bildirib ki, Bayıl yamacında sürüşmə sahəsi aktiv fazadadır.

Onun sözlərinə görə, hazırda əraziyə baxış keçirilir: “Çatlarda dərinləşmə 5-6 metrə çatıb. Əlavə məlumat veriləcək”.

Ərazidə sürüşmə prosesi davam edir.

 

635x100

Şərhlər

GM 2018-02-10 18:15:13

E.Əzizov abutalıbovun başqa formasıdır.Bu adam bəlkə də nə baş verdiyini hələ də bilmir...Onları düşündürən bu fəlakətdə ayrılacaq ``Vəsaitin`` özününküləşdirmə variantıdır.

Cəmşid İrzaquliyev 2018-02-10 18:15:13

İndi bu kəpazəliyin sorumlusu kim olacaq. Bu sürüşmə zonasını yükləyəndə dövlət qurumıları hara baxırdı. Neçəlki, ölkədə məmur cəzasızlığı höküm sürür, bu belə də davam edəcək. İnanaq ki, bu seçgilərdən sonra nəhayyətdə ölkə başçısı, bütün bunılara bir son gətirəcəkdir.

Son yazılar