İndoneziyada qəza nəticəsində azı 27 nəfər ölüb

İndoneziyada avtobusun qəzaya uğraması nəticəsində azı 27 nəfər ölüb, 16 nəfər isə xəsarət alıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, qəza Qərbi Yava əyalətində baş verib.

Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər. Ölənlərin sayının artacağı istisna olunmur.

Qəzanın səbəbləri və təfərrüatları açıqlanmır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar