Rusiyada qəzaya uğrayan təyyarənin bir "qara qutusu" tapılıb

Rusiyada qəzaya uğramış "An-148" sərnişin təyyarəsinin "qara qutu"larından biri tapılıb.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu yerli Fövqəladə Hallar Nazirliyinin Moskva vilayəti üzrə Baş İdarəsinin rəisi deyib.

Göyərtəsində 65 sərnişin və 6 heyət üzvünün olduğu təyyarə Moskvanın Domodedovo aeroportundan havaya qalxdıqdan iki dəqiqə sonra radarlardan itib. Təyyarə "6W 703" saylı reys ilə Moskvadan Orenburq vilayətinin Orsk şəhərinə uçub.

Aktiv transponderlər vasitəsi ilə təyyarələrin yerdəyişməsini izləyən "FlightRadar24" xidmətinin məlumatına görə, təyyarə Bakı vaxtı ilə 15:26-da birdən-birə yüksəkliyi itirib.

Qəza yerinə gələn ilk xilasedicilərin bildirdiyinə görə, təyyarənin hissələri bir-birindən təxminən bir kilometr məsafədədir.

Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko bildirib ki, faktla bağlı cinayət işi açılıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar