MƏRKƏZİ BANK UÇOT FAİZLƏRİNİ ENDİRDİ - "Problemli kreditlərlə bağlı qərar veriləcək"

Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti bu gün uçot dərəcəsinin 15%-dən 13%-ə, faiz dəhlizinin yuxarı həddinin 18%-dən 16%-ə, aşağı həddinin isə 10%-dən 8%-ə endirilməsi barədə qərar qəbul edib.

AMB-dən verilən məlumata görə, faiz dəhlizinin parametrləri haqda qərar faktiki orta illik inflyasiyanın birrəqəmli trayektoriyaya daxil olması, inflyasiyanın azalmasına dair proqnozlar və xarici balansın yaxşılaşması nəzərə alınmaqla qəbul edilmişdir. Bu müsbət meyllərinin davam etməsindən asılı olaraq Mərkəzi Bank faiz dərəcələrinin real səviyyəsini pozitiv zonada saxlamaqla bundan sonra da azaldılmasını mümkün hesab edir. Qiymətləndirmələrə əsasən yeni iqtisadi tsiklə adekvat olaraq neytral pul siyasətinə tədrici keçid iqtisadi aktivliyə müsbət təsir edəcək.

Faiz dəhlizinin parametrlərinın dəyişdirilməsi haqqında qərarı qəbul edərkən Mərkəzi Bankın İdarə Heyəti xarici və daxili mühitdə baş verən aşağıdakı prosesləri nəzərə alıb.

Mərkəzi Bank bundan sonra da iqtisadiyyatda və maliyyə bazarlarında baş verən prosesləri diqqətlə izləməyə davam edəcəkdir və öz səlahiyyətləri çərçivəsində sərəncamında olan alətlərlə qiymətlərin sabitliyini təmin etməyə çalışacaq.

Faiz dəhlizinin parametrləri Mərkəzi Bankın İdarə Heyətində növbəti dəfə 2018-ci ilin aprel ayında müzakirə ediləcək.

Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov bu gün keçirilən mətbuat konfransında deyib ki, Mərkəzi Bank yeni fiskal və monetar qaydalara keçəcək.

Onun sözlərinə görə, belə olan şəraitdə AMB yaranmış status-kvonu saxlamağa çalışacaq.

"Bizim bazara əhəmiyyətli dərəcədə müdaxiləmiz yoxdur. Biz valyuta hərraclarında nə valyuta alırıq, nə də valyuta satırıq. Əsas məsələ hal-hazırda banklara verdiyimiz svopların qaytarılmasıdır. Yeni fiskal və monetar qaydalara keçid çox mütərəqqi addımdır. Bu yeni fiskal və monetar siyasət qaydalı siyasətdir. Bu qaydalı siyasət həm fiskal, həm də monetar siyasətin koordinasiyasını yüksək səviyyəyə qaldıracaq. Bununla da məzənnənin iqtisadi risklərə təsirinin aradan qaldırılmasını təmin edəcəyik", - deyə E.Rüstəmov vurğulayıb.

"İqtisadiyyatda əmanətlərin dedollarizasiyası başlayıb". Bunu Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov bu gün keçirilən mətbuat konfransında deyib. Onun sözlərinə görə, fiziki şəxslərin əmanətlərində dollarlaşma səviyyəsi 80%-dən 66%-ə enib.

"Hüquqi şəxslərin əmanətlərində isə dollarlaşma qalmaqdadır. Bu dollarlaşma onların hesablarında valyuta vəsaitlərinin qalıqlarının artması, eyni zamanda ixracın şaxələnməsi ilə bağlıdır," - deyə E. Rüstəmov bildirib.

Problemli kreditlər məsələsinə toxunan Elman Rüstəmov bununla bağlı yaxında qərar qəbul edilə biləcəyini bildirib.

AzPolitika.info

635x100

Şərhlər

oxucu 2018-02-12 21:27:41

Mərkəzi Bankın rəhbəri Elman Rüstəmovun birinci devalvasiyadan bir neçə həftə əvvəl Gürcüstanın inşaat sektoruna 700 milyon manat vəsait qoyduğu məlum olub. devalvasiyadan əvvəlki məzənnə ilə bu, təxminən 1 milyard dollar təşkil edir. NIYE, Elman Rüstəmov 700 milyon manat borcunu Dovlete QAYTARMIR ?

2+2=4 2018-02-12 21:27:41

Maraqlı olan Mərkəzi bankın faiz dərəcəsi üzrə dəyişikliklərinin komersiya banklarında faiz dərəcəsinə göstərdiyi/göstərə bilmədiyi təsirlərdir. Belə görünür ki, iki tənzimləyici (Mərkəzi bank və Palata) bir sistemi fərqli istiqamətlərdə tənzimləyir....))))))))))

николай 2018-02-12 21:27:41

Sovet vaxtı bizim rayonda köhnə bir poçt, daha doğrusu poşt var idi, Milli Banka baxanda min dəfə daha işlək idi.

2+2=4 adı ilə yazana 2018-02-12 21:27:41

Bunun izahı çox sadədir: AMB-in nəzarətdə saxladığı əsas parametrlər- pul bazası və onun artımı, manatın məzənnəsi və müvafiq olaraq inflyasiya səviyyələridir. Əgər monetar inflyasiyanın səviyyəsi yüksələrsə faiz dərəcəsi yüksələr - bir mənalı; inflyasiyanın səviyyəsinin yüksəlməməsi isə tələb edir ki, məzənnə sabit qalsın (daxili bazar qiymətləri məzənnə ilə müəyyənləşir) və ehtiyat pulların səviyyəsinin artımı (daxili tələbin artımı) məzənnəyə təzyiq göstərməsin. İndi baxaq Palatanın fəaliyyətinə. Onun əsas hədəfi bank sektorunda sabitlikdir (fəallığın artımı yox, məhz sabitlik). Bütün normativlər də bu tələbdən çıxış edilərək müəyyənləşir - sərt normativlər və dayanıqlı sabitlik. Nəticədə bankların fəaliyyətinin və dövriyyələrinin genişlənməsi, iqtisadi artımın stimullaşdırılması, nə Mərkəzi bankın, nə də Palatanın maraq dairəsində müəyyənləşib. İndi, tutaqki, Mərkəzi bank iqtisadi artımın stimullaşdırılması qərarını qəbul edir və müvafiq dəyişikliklər aparır, nəzarət etdiyi parametrlər çərçivəsində. Təbii ki, bu, istər Dövlət büdcəsi üzrə (Maliyyə Nazirliyinin səlahiyyətləri), istərsə də bank sektorunun fəaliyyətinin tənzimlənmsində (Palatanın səlahiyyətləri) müvafiq dəyişiklikləri tələb edir, amma necə??? İqtisadiyyatın ümumi tənzimlənməsinin institusional strukturu buna imkan vermir. Bu səbəbdən Mərkəzi bankın faiz dərəcəsi üzrə dəyişiklikləri daha çox makro statistika üçündür, nəinki iqtisadiyyatın stimullaşdırılması üçün....)))))

Elşad 2018-02-12 21:27:41

Ne ferqi ee xalqdan yan keçecek islahatlar. Banklara xalqin xeyrine nezaret yoxdur onsuz da. Istedikleri % i alacaqlar.

Son yazılar