Qüdrət Həsənquliyevin prezidentliyə namizədliyi irəli sürülüb

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) İdarə Heyəti aprelin 11-də keçiriləcək növbədənkənar prezident seçkiləri ilə bağlı bəyanat yayıb.APA-nın xəbərinə görə, bəyanatda bildirilir ki, BAXCP partiyanın sədri, millət vəkili Qüdrət Həsənquliyevin prezidentliyə namizədliyini irəli sürdüyünü bəyan edir.

Qeyd olunub ki, bir sıra radikal müxalifət partiyalarının sonuncu seçkilərdən keçən 4 il 6 ayda nail ola bilmədiyi dəyişikliklərə son 6 ayda nail ola biləcəyini iddia edərək növbədənkənar prezident seçkilərinə qatılmadığını, bununla da bəzi xarici dairələrə Azərbaycan əleyhinə təbliğat kampaniyalarını genişləndirmələrinə zəmin yaratdığını təəssüflə qeyd edərək, seçkilərdə vahid namizədlə iştirak dair bir sıra partiyalarla aparılan müzakirələrin hələlik yekun nəticəyə varmadığını, seçkilərin rəsmən elan olunduğunu və bu səbəbdən partiyanın seçkilərdə iştirakla bağlı qərar qəbul etməsi və seçkilərə hazırlığı üçün vaxtının məhdud olacağını önə çəkərək, Azərbaycan Respublikası Prezidentinin növbədənkənar seçkilərinə öz namizədi ilə qatıldığını və partiyanın sədri, BAXCP İdarə Heyəti prezidentliyə namizədlərin öz namizədliklərini geri götürmələri üçün Seçki Məcəlləsində nəzərdə tutulmuş son müddətədək vahid namizədin müəyyənləşdirilməsi ilə bağlı müzakirələri davam etdirəcəyini bildirir.

Bəyanatda bildirilib ki, BAXCP İdarə Heyətinin bu gün keçirilən toplantısında partiyanın aprelin 11-də keçiriləcək prezident seçkilərində iştirakı ilə bağlı qərar qəbul edilib. BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevin prezidentliyə namizədliyi irəli sürülüb.

İdarə Heyətinin qərarına əsasən, partiya sədrinin müavini Elçin Mirzəbəyli BAXCP-nin səlahiyyətli nümayəndəsi, maliyyə şöbəsinin müdiri İlqar Məmmədxanov isə maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə təyin ediliblər.

Bu gün BAXCP sədrinin prezidentliyə namizədliyinin irəli sürülməsinin təsdiqi üçün sənədlər Mərkəzi Seçki Komissiyasına təqdim olunub.

635x100

Şərhlər

Qüdret beyin müellimrsi 2018-02-12 15:48:48

Adımı demek istemirem men qütret beyin orta sinif müellimi olmuşam cox medeni ve nümünevi idi indide medeni ol oglum namizetliyni verme veribsense geri götür .........

İQDİRLİ 2018-02-12 15:48:48

BƏS FAZAYİL AĞAMALİ NƏRDƏ YA? YAXUD FAZİL MUSTAFA HANSİ Kİ İQDİRDƏ ELCİBƏYİ GUNAH HESAB EDURDU Kİ KƏLƏKİYƏMİ QACİB NİYƏ?

matin 2018-02-12 15:48:48

....Heç kim Zahid Orucu, Fəzail Ağamalını, Fazil Mustafannı, Əli Əliyevi, Fərəc Quliyevi və s. bu kimiləri müxalifət kimi qəbul etmirlər.......Bu adamları Qarabağ, intihar pandemiyası, total korrupsiya, dilənçı maaşlar maraqlandırır?.....

Müfəttiş 2018-02-12 15:48:48

Təəccüblü o olardı ki, Qüdrət adətə zidd olaraq namizdliyini verməkdən imtina edəydi. ...

Son yazılar