GENERALLARIMIZIN SAYI ARTDI - Mayıl Şahverdiyev kimdir? (Yenilənib)

Prezident İlham Əliyev Mayıl Şahverdiyevə general-mayor ali hərbi rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Mayıl Seminar oğlu Şahverdiyevə general-mayor ali hərbi rütbəsi verilsin.

"AzPolitika.info"nun məlumatına görə, Mayıl Seminar oğlu Şahverdiyev Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin rəisi, general-polkovnik Bəylər Eyyubovun bacısı oğludur.

Qeyd edək ki, Mayıl Şahverdiyev təxminən 4 ay əvvəl -  ötən ilin oktyabr ayının sonlarında  Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəis müavini vəzifəsinə təyin edilib.  Buna qədər isə  M.Şahverdiyev Xidmətin Göygöl rayon şöbəsinin rəisi olub.

AzPolitika.info

635x100

Şərhlər

emin 2018-02-12 20:42:42

hakimiyeti ...

Valeh 2018-02-12 20:42:42

Men hec bele adam tanımırdım bu hardan vıxdı hakimyetin sehirli cubugu varmış xebermiz yoxdu

pesionere yazan 2 -ye 2018-02-12 20:42:42

Nooldu ekebala,sen niye ozunu lezvaladin!Duz yazir pensioner,agilli ol,eyer olmasan senede general rutbesi verecekler.

insan 2018-02-12 20:42:42

duz deyirlar

pensionere 2018-02-12 20:42:42

Tamamile duz soz KEMİYYETCE COX KEYFİYYETCE YOX GENERAL TOPLUMU YAZMAYİBLAR Kİ İSİNE GORE YAXİBLAR Kİ QOHUMUNA GÖRƏ

Pensıonere 2018-02-12 20:42:42

Boş boş yazı xetrıne populıst şeyler yazma....nece yanı ....şalvarı kresloya sürterek... ????....ve saıra...ele buna göre bu güne qalmışıq....bıldıyını de yazırsan bılmedıyını de...ne olub? Yazmaq fursetı verıbler????

Мири 2018-02-12 20:42:42

О ахы кимин гохумудур. Идайет муеллимин)))

Abit 2018-02-12 20:42:42

Pensioner qağa düz deyir ,yeqin ki Arzu Rehimovu evezleyecek.

pensioner 2018-02-12 20:42:42

General rütbəsini "voenkomat"da şalvarı kresloya sürtərək yox,səngərdə güllə altında əsgər ilə eyni "kotelok"dan yemək yeyərək vuruşmaqla almaq lazımdır.

R-n 2018-02-12 20:42:42

Roberte ne vaxt general verilecek?Bele getse,ele tekce generallar sengerde doyushecek....

Dövlətçiliyimizi sevən 2018-02-12 20:42:42

Yüksək vəzifədə adamın yoxdursa,sənin yüksək vəzifəyə çatmağın mümkün deyil ? Əfsuslar olsun ki,Azərbaycanda qohumbazdıq,dostbazdıq və yerlibazdıq hökm sürür.Belə hallar Vətəndaşları dövlətdən narazı salan hallardır.Azərbaycanımızın inkişfını istəyiriksə birinci növbədə yerlərdə qanunların işləməsi mexanizminə nəzarət sistemi olmalıdır,çünki "kiçik padşahlar" Qanunlarımızın aliliyinə riayət etmirlər və aidiyyatı qurumlarda onların qanunsuz hərəkətlərinə göz yumurlar.

Son yazılar