Rusiyaya məxsus təyyarə tüstülənmə səbəbindən təcili eniş edib

Moskva-Surqut marşrutu ilə uçan “Boeing” sərnişin təyyarəsi “Vnukovo” hava limanına dönərək təcili eniş edib.

APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, buna sərnişin salonundakı tüstülənmə səbəb olub.

Təyyarənin göyərtəsində 130 nəfər olub. Hadisə nəticəsində zərərçəkən yoxdur. İnsidentin səbəbləri araşdırılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar