Pentaqon Kalininqraddakı «İsgəndər»lərə reaksiya verdi - «Sabitliyi pozur»

isgender«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Pentaqonun nümayəndəsi Conni Maykl bəyan edib ki, Rusiya Kalininqrad vilayətində «İsgəndər»  operativ-taktiki raket kompleksləri (OTRK) yerləşdirməklə, bölgədə sabitliyi pozur.

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Müdafiə Nazirliyi (MN) mətbuat xidmətinin verdiyi məlumata görə, Vaşinqtonda yaxın məsafəli ballistik raketlərin hücum xarakterli olduğuna işarə edilir. Ştatların narahatlığına bu da səbəb olur ki, həmin raketlər NATO üzrə müttəfiqlərdən bir neçəsinin lap yaxınlığında yerləşdirilib.

Bununla eyni vaxtda, Maykl etiraf edir ki, «İsgəndər»lərin yerləşdirilməsi ABŞ və Rusiya arasındakı sazişi pozmur. Amma Pentaqon nümayəndəsi onu da qeyd edir ki, bu raketlərin yerləşdirilməsi «Moskva və qonşu ölkələr arasında gərginliyin artmasına səbəb olur».

Litva hakimiyyəti fevralın 5-də bəyan edib ki, Rusiya Kalininqrad vilayətində «İskəndər» raketləri yerləşdirib. Vilnüsdə ehtiyatlanırlar ki, Moskva orada OTRK-ni daimi əsaslarla yerləşdirmək niyyətindədir. Bu zaman Litvanın Prezidenti bəyan edib ki, «İskəndər»lər təkcə Litvanı yox, eyni zamanda, Avropa ölkələrinin yarısını təhdid altına alır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar