ABŞ Sisiyə 1 milyard dollar verəcək! - Fələstin xəyanətinə görə...

Netanyahu-and-General-el-Sisi-of-Egypt-333-x-248«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Vaşinqton Misirə 1 milyard dollar vəsait ayırıb - guya, terrorçuluğa qarşı mübarizə məqsədilə. Bu barədə Amerika Birləşmiş Ştatlarının (ABŞ) dövlət katibi Reks Tillerson Misirin xarici işlər naziri Sameh Şükrü ilə keçirdiyi birgə mətbuat konfransında bəyan edib.

«Biz, terrorla mübarizədə Misirin tərəfindəyik və terrorçuluqla mübarizə işində sıx əməkdaşlığımızı davam etdirəcəyik» - Tillerson qeyd edib.

Misir və ABŞ həm də «iki plyus iki» formatı üzrə ikitərəfli əməkdaşlıq mexanizminin yaradılması məsələsində razılığa gəlib. Bu mexanizm iki ölkənin xarici işlər nazirlərinin müntəzəm məsləhətləşmələrinin gedişi prosesində formalaşacaq.

Məlumat üçün bildirək ki, ABŞ-ın Misirə illik rəsmi elan olunan hərbi köməyi təxminən, 1,3 milyard dollar təşkil edir. Mənbələrin məlumatına görə, tarixi «Kemp-Devid» separat sülh müqaviləsinin məxfi maddəsinə görə isə bu rəqəm 5,0 milyard dollar təşkil edir və «əməkdaşlıq» olaraq, təməli hazırkı «terror dövrü»ndən xeyli əvvəl qoyulub.

Bütün bunlara söykənib də, iddia etmək olar ki, ABŞ hazırkı 1,0 milyard dolları əslində, terrorla mübarizə üçün Misirə yox, gerçəkdə Misirin Prezidenti Sisiyə «Fələstin xəyanəti»nə, Suriya qətliamına yönəlik xəyanətkar «susqunluq» mövqeyində dayandığına görə «əta edir»...

635x100

Şərhlər

ARİF 2018-02-13 01:24:51

SATQIN OLDUĞUNA GÖRƏ.

Son yazılar