Türkiyə ordusu Suriyada 103 terrorçunu məhv edib

Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində terrorçu PKK-nın bu ölkədəki qolu PYD-ə ağır zərbələr endirib.

"Report"un məlumatına görə, bu barədə "Haber7.com" xəbər verib.

Xəbərdə bildirilir ki, "Zeytun budağı" əməliyyatının 24-cü günündə Türkiyə hərbçiləri Afrinin qərbindəki Məhəmmədiyyə kəndini və Amara yüksəkliyini terrorçulardan azad edib. Bununla da 51 strateji mövqe düşməndən təmizlənib.

Əməliyyat zamanı 103 terrorçu zərərsizləşdirilib.

635x100

Şərhlər

Səməd 2018-02-13 09:15:03

Türk ordusunun Afrin əməliyyatı zamanı sıxışdırılan etnik qrupdan olanların sonradan bizim tərəflərə köçmək qorxusu var. Onsuzda bizim ölkədə onlar üçün hər cür şərair yaradıblar, vəzifə və pul ..... Hamı bunu yaxşı bilir, sadəcə deməyə qorxurlar. Bizim axırımız nə olacaq, Allah bilir!

Son yazılar