Cəfər Cabbarlının qızı vəfat edib

Dərc olunub: 13/02/2018 - 09:53

27750729-1837026369663055-5155258993436892594-nAzərbaycanın böyük dramaturq və şairi Cəfər Cabbarlının qızı Gülarə Cabbarlı vəfat edib.

APA-nın xəbərinə görə, Gülarə Cabbarlı fevralın 12-də dünyasını dəyişib.

Qeyd edək ki, 1930-cu ildə anadan olan Gülarə Cabbarlı 1953-cü ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirib. 1968-ci ildə Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində baş elmi işçi işləyib, 1979-cu ildə C. Cabbarlının ev-muzeyinə direktor təyin olunub.

Hazırda Cəfər Cabbarlının ev – muzeyinə Gülarə xanımın qızı Qəmər Bağırova rəhbərlik edir.


loading...




Fikrinizi bildirin