Masallı polisi 7 il əvvəl itkin düşmüş qadını axtarır
Baxiş sayı:
Dərc olunub:
13/02/2018 - 10:25
Masallı sakini itkin düşüb.
APA-nın cənub bürosunun məlumatına görə, rayonun Təklə kəndində doğulmuş, hazırda Xoşçobanlı kəndində qeydiyyatda olan Məmmədova Ramilə Əsədxan qızı 2011-ci ilin oktyabr ayında yaşadığı evdən çıxıb, indiyədək geri qayıtmayıb. Yaxınları əvvəlcə onun Rusiya Federasiyasına getdiyini zənn etsələr də, sonradan belə olmadığı məlum olub.
Ramilə Məmmədovanın əlamətləri belədir: Boyu 148 sm, orta bədən quruluşlu. Evdən çıxarkən əynində ağ-qara rəngli ətək, mavi rəngli köynək və qara rəngli yay ayaqqabıları olub.
Onu tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Masallı Rayon Polis Şöbəsinə 025-215-39-42 şəhər nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.
Son yazılar
20:45
“BU HƏBS ŞOYQUDAN XİLAS OLMAQ CƏHDİDİR” - “Onlar müharibənin bitməməsini istəyirlər, çünki...”
20:42
"Landmark"ın sahibi ilə bağlı müəmmalı olaylar - Xanımı ölkəni tərk etdi, özünə "stop" qoyulur
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.