MDB PA Azərbaycanda keçiriləcək prezident seçkilərini müşahidə edəcək

Dərc olunub: 13/02/2018 - 10:51

azerbaydzhanMilli Məclisin spikeri Oqtay Əsədov Azərbaycanda keçiriləcək prezident seçkilərini müşahidə etmək üçün MDB Parlamentlərarası Assambleyasının Şurasının sədri Valentina Matviyenkoya dəvət göndərib.

APA-nın MDB PA-nın saytına istinadən verdiyi xəbərinə görə, Parlamentlərarası Assambleya ona üzv ölkələrdən olan nümayəndələr, o cümlədən MDB PA Şurası katibliyinin əməkdaşlarından və üzv ölkələrdə demokratiyanın inkişafı, parlamentarizm və vətəndaşların seçki hüquqlarına əməl etmə üzə beynəlxalq Monitorinq İnstitutunun ekspertlərindən ibarət heyət formalaşdıracaq və seçkiləri müşahidə etmək üçün Azərbaycana göndərəcək.

Qeyd edək ki, Azərbaycanda prezident seçkiləri aprelin 11-də keçiriləcək.


loading...




Fikrinizi bildirin