"Sadələşdirilmiş vergi dövriyyəsi qaldırılmalıdır"

“Mən hesab edirəm ki, yeni Vergilər Məcəlləsinin işlənməsinə ehtiyac var”

“Marja” xəbər verir ki, bunu “Vergilər, Şəffaffılq, İnkişaf” adlı konfransda Milli deputatı Vahid Əhmədov bildirib.

“Təklif edirəm ki, yeni Vergilər Nazirliyi tərəfindən Vergilər Məcəlləsi işlənib hazırlansın və Milli Məclisə təqdim olunsun”.

Vahid Əhmədov bildirib ki, sadələşdirilmiş vergidə dövriyyə həddi 200 min manatdan 400 min manatadək qaldırılmalıdır:

“Bu gün sahibkar sadələşdirilmiş vergi ödəyicisi kimi VÖEN açır və dövriyyə 200 min manata çatan zaman fəaliyyətini dayandırır. Sonradan yeni bir adla vergi ödəyicisi kimi fəaliyyətə başlayır. Belə olan halda vergi ödəyicilərinin sayı süni şəkildə artır. Təklif edirəm ki, sadələşdirilmiş vergidə dövriyyə həddi müzakirə edilərək 400 min manatadək artırıla bilər. Bu həddi keçən sahibkarlara 15% kimi vergi tətbiq edilməlidir”.

Vahid Əhmədov bildirib ki, Əlavə Dəyər Vergisi (ƏDV) diferensiallaşdırılmalıdır: "Nə üçün ƏDV yalnız 18% olmalıdır?! Dünyanın bir çox ölkələrində ƏDV sektordan asılı olaraq 10-25% civarında dəyişir. Tezliklə Azərbaycanda da müxtəlif dərəcələrdə ƏDV-nin tətbiqinə başlanmalıdır”.

"500 MİN MANATA QALDIRILMALIDIR"

Konfransda çıxış edən Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının sədri Məmməd Musayev bildirdi ki, sadələşdirilmiş vergi həddi 500 min manata qaldırılmalıdır.

635x100

Şərhlər

Ariof 2018-02-13 11:23:01

SƏN KASIB ƏHALİNİN XEYRİNƏ BİR SÖZ DE. GAH NALA GAH DA MIXA VURURSAN

Bəhram Cəfər 2018-02-13 11:23:01

Bütün vergi sadə olmalıdır. Hər işçi və istehsalçı ildə azı 20% (banklar heç nədən-pulla azı 20-30%) əlavə qazanmaq üçün çalışır. Bu layihədə dəqiq bəyan edilməlidir. Hər ayın hesabatı, rübün nəzarəti və ilin yekunu da tütüşdurulmalı olur. Hesabata elektron nəzarət və yayınma halının dəqiq təftişi kifayətdir! Sahibkar da, dövlət də və cəmiyyət də bu doğrunun-şəffaflığın marağındadır. Əks hallar arbitrajlıq, prokurorluq və məhkəməlikdir.

Son yazılar