“MƏNƏ "PRETENZİYA" ETMƏYİN...” - Spiker komitə sədrinə

1442218658_oqtay_esedov_mg1574341Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə ona söz verilmədiyi üçün narazılıq edib.

“Report”un xəbərinə görə, Milli Məclisin bu gün keçirilən plenar iclasında bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsinin müzakirəsi zamanı A.Rəhimzadə deyib ki, ədliyyə nazirinin müavini Vilayət Zahirovun bələdiyyələrlə bağlı məruzəsindən sonra ona söz verilməli idi: “Çünki bu məruzə parlamentin Regional məsələlər komitəsinin müzakirə olunub, müzakirələrlə bağlı məlumat verməli idim. İstəmirsinizsə, heç danışmayım”.

Parlamentin sədri Oqtay Əsədov isə bildirib ki, A.Rəhimzadə komitə sədri kimi müzakirələrdə iştirak etmək istəyirdisə, bu barədə əvvəlcədən məlumat verməli idi: “Nə vaxt istəyirdinizsə, deyərdiniz, çıxış edərdiniz. "pretenziya" etməyin”.

Sonra söz deputat Əli Məsimliyə verilib.

635x100

Şərhlər

oxucu 2018-02-13 13:06:23

MASHALLAH, Oktay oz ana dilinde danisha bilir, amma,Artur Rasizade Azerbaycan dilinde danisha bilmirler, AZAL-in rehberi danishanda rus - Azerbaycan sozlerini "VINEQRET - QARISHDIRIB", danishir..., .........

Xanlar kişi 2018-02-13 13:06:23

Arif rəhimzadəyə düz edib söz vermirlər. O....savadsız və dolaşığ danışır. əvəllər çox danışıb. bir çoxları kimi onun da danışmağ xatirinə lazımsız zəhlətökən danışığı adamı bezdirir.

G.M-ya 2018-02-13 13:06:23

Allah Sizi güldürsün...Kefsiz ee..))))))))))

Ədəbiyyat müəllimi 2018-02-13 13:06:23

Ali məclisinin sədri niyə Azərbaycan dilini mükəmməl bilmir? "Pritenziya" nə vaxtdan Aərbaycan leksikonuna daxildir? Əgər daxildirsə onda "irad" kəlməsi niyə leksikonda qalıb? Belə adamlar niyə dili korlayır? A.Rəhimzadəni isə heç qınamalı deyil.O tam başqa intonasiyada,dil qanunlarını ( sözlərin üzərində vurğu işarəsi ) bilmədən xüsusi pafoslu danışır. Sanki bu adamlar bəziləri kimi sonradan Azərbaycan dili öyrəniblər...

G.M 2018-02-13 13:06:23

Cənab Spiker siz A.Rəhimzadəni danışdırmayın.O əzəldən ikibaşlı danışandı.Sözü verin E.Nəsirova.O,çox ardıcıl,obyektiv,müalicəvi danışır.Siz də məni kimi artıq çəkidən əziyət çəkirsiniz..E.Nəsirov yoldaşın ``şirin`` çıxışı bizə də öz müalicəvi təsirini bağışlayar.

Son yazılar