SAAKAŞVİLİNİ SAÇLARINDAN SÜRÜYÜB APARDILAR! - Saxlanılma anları + VİDEO

İnternetdə Gürcüstanın sabiq prezidenti, Ukraynanın Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvilinin Kiyevdə saxlanılması anının videogörüntüləri yayımlanıb. Virtualaz.org xəbər verir ki, bu videonu “Facebook” səhifəsində Saakaşvili özü yerləşdirib.

Kadrlardan göründüyü kimi, güc strukturlarının maskalı təmsilçiləri restorana daxil olurlar və bir neçə nəfəri üzüaşağı yerə uzadırlar. Bundan sonra dörd nəfər Saakaşvilini avtomobilə tərəf aparır, onlardan biri sabiq prezidenti saçlarından tutaraq dartır.

Saakaşvili videoya şərhində bildirib ki, onu döyərək hədə-qorxu gəliblər.

Xatırladaq ki, Ukraynadan Polşaya deportasiya edilən Mixail Saakaşvili elə həmin ölkədən Ukrayna ərazisinə ötən ilin payızında sərhəd qoşunlarının və daxili orqanların əməkdaşlarının səddini yararaq keçmişdi.

635x100

Şərhlər

Emin 2018-02-13 13:21:42

Saakaşvili kişidir, düzgün və təmiz adamdır,ona qarşı bu cür amansız hərəkətə görə Paraşenkoya AR OLSUN!!!!

Abit 2018-02-13 13:21:42

... kak budto tertorist zaderjali.Poraşa slabıy,eta ne domokratnıy.Saakaşvili mujik,silneyşiy

G.M 2018-02-13 13:21:42

Əgər Saakaşvilini saçından tutub sürütmə çəkirlərsə,deməli jirinovski Kiyevə barmağını soxa bilib.Çünki Saakaşvili Rusiya avtoritarizmini,Rus İmperiyasını qəbul etməyənlərin kadrıdır.

x 2018-02-13 13:21:42

Bizde qadinlara qarsi bele emeliyyat kecirir qehreman polislerimiz

oxucu 2018-02-13 13:21:42

Mixail Saakaşvili rəngli inqilabların Leninidir. Axar.az xəbər verir ki, bunu Vesti FM-ə müsahibəsində Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski söyləyib. “Ona təəssüflənmək lazımdır. Saakaşvili bütün rəngli inqilabların təşkilatçısıdır. Onun nəzəriyyəçisi Şarp bir müddət əvvəl öldü, Saakaşvilini isə Nobel mükafatına təqdim etmək lazımdır. O praktikdir, o, rəngli inqilabların Leninidir”, – deyə o bildirib.

Son yazılar