«Deyəsən, həyatları boyu Osmanlı yumruğu yeməyiblər!» - Ərdoğan ABŞ-ı rüsvay elədi...

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyip Ərdoğan bəyan edib ki, Amerika Birləşmiş Ştatları (ABŞ) Suriyada İŞİD terrorçularına qarşı mübarizə adı altında oynadığı və sonradan Türkiyəyə qarşı yönəltdiyi «teatr»ı dayandırmalıdır!

ABŞ-ın, Suriyadakı PKK qolu olan PYD terrorçu qruplaşmasına dəstək verməsi səbəbilə, Türkiyə-ABŞ münasibətləri yüksək böhran həddinə çatıb. Vaşinqton isə öz hərəkətlərini «İslam dövləti» terrorçularına qarşı mübarizə aparması ilə əsaslandırmağa çalışır və eyni vaxtda Suriyada, İraqda İŞİD-i darmadağın etdiyi ilə öyünür. Bu nədir? Darmadağın olunmuşla mübarizə?!

«Bizim Suriya ilə 911 kilometr sərhədimiz var. Onların (ABŞ-ın) Suriya sərhədi il hansı əlaqəsi var? Artıq onlar YPG-yə 550 milyon dollar xərcləyiblər, indi də bu rəqəmi 3 milyard dollara çatdırmaq istəyirlər. Siz deyirsiniz ki, İŞİD ilə vuruşursunuz. Bəs, siz İŞİD-in neçə üzvünü məzv etmisiniz? İŞİD ilə döyüşənlər, indi Türkiyəyə qarşı vuruşurlar. Heç kimin ixtiyarı yoxdur ki, İŞİD-i bəhanə kimi istifadə etsin. İŞİD ilə bağlı teatra son verməyin vaxt çatıb, maskaları soyunmaq vaxtıdır» - deyə, Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasından olan deputatlar qarşısındakı çıxışı zamanı bəyan edib.

«Bizə deyirlər: əgər bizi vursalar, biz sərt cavab verəcəyik. Bunu deyənlər, həyatları boyu Osmanlı yumruğu yeməyiblər. Deyəsən, onlar Türkiyəni başqaları ilə səhv salıblar. Bunun belə olmadığını çox yaxınlarda görəcəklər” - deyə, Prezident əlavə edib.

R.T.Ərdoğan vurğulayıb ki, Türkiyənin Suriyadan çıxmağını istəyənlər, əvvəlcə oradakı tunellərə, silahlara diqqət etməlidirlər: “Bütün bunların Türkiyəyə qarşı olmadığını söyləyənlərə deyəcək sözümüz yoxdur. Bu NATO-da bərabər hüquqlu müttəfiqlikdir. NATO-nun nizamnaməsinə Türkiyə qədər ABŞ-da əməl etməlidir. NATO üzvlərinin hamısının hüququ ABŞ-la eynidir. Terrorçu PYD ilə müttəfiqlik edirlər. NATO-nun nizamnasəninə əsasən, ABŞ belə terrorçulara qarşı çıxmalıdır”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar