"Fikrimiz dəyişdi...” - Əli Hüseynli

“Beynəlxalq təcrübəni öyrəndikdən və qanun layihəsinin fəlsəfi mahiyyətinə vardıqdan sonra “Ələt azad iqtisadi zonası haqqında” qanun layihəsinin milli qanunvericiliklə ziddiyyət təşkil etməsi barədə fikrimiz dəyişdi, əksinə, bu layihənin tam üstün olması qənaətinə gəldik”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin Hüquq siaysəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli parlamentin iclasında “Ələt iqtisadi zonası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib. O bildirib ki, layihə Konstitusiya və milli qanunvericiliklə qətiyyən ziddiyyət təşkil etmir: “İnvestorlar bu qanun layihəsinə, azad iqtisadi zonaya tam əsaslana bilərlər. Qəti deyə bilərəm ki, qanun layihəsi iqtisadi inkişafın indiki məqamında irəliyə atılan ən ciddi addımdır”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar