Qaradağ rayonuna Heydər Əliyevin adının verilməsi təklif edilir

Dərc olunub: 13/02/2018 - 17:16

SONY DSCBakının Qaradağ rayonuna Heydər Əliyevin adının verilməsi təklif edilir.

Trend-in məlumatına görə, bu təkliflə deputat Aydın Hüseynov Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxış edib.

A.Hüseynov qeyd edib ki, həm ulu öndər Heydər Əliyevin, həm də Prezident İlham Əliyevin Qaradağ rayonunun sosial-iqtisadi inkişafında önəmli rolu olub. Bunu nəzərə alaraq A.Hüseynov ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illiyi ilə əlaqədar Qaradağ rayonunun Heydər Əliyev rayonu adlandırılmasını təklif edib.


loading...




Fikrinizi bildirin