QARIŞIQDIR HƏLƏLİK MİLLƏTİN İSTEDADI…

Dərc olunub: 13/02/2018 - 19:00
|
Bölmə:
824 dəfə baxılıb

SÖZ

cesaretCәsarәt ӘLİYEV

Orfoqrafiya qurumunun yeni yazı qaydaları sosial mediada gәlmә sözlәrin dilimizdә necә yazılması ilә bağlı söz dartışmasına yol açdı. Belә dillәşmә bizi dil qaranlıqlarında sonu görünmәyәn bir cığıra sürüklәmirmi? Bumu toplum üçün dil probleminin qoyuluşu? Dil problemi dedikdә nә anlaşılır? Bu işin çözülmәsi üçün hansı konsepsiya işlәnib? Akademik vә elliklә çözülmә üçün hansı yollardan yararlanmalıyıq? Necә kirli danışdığımıza göz qoyuruqmu? Baxırıqmı danışanda vә yazanda işlәtdiyimiz әlmә vә öz sözlәrimizin payı nә qәdәrdi?

Cox böyük vaxt kәsiyindә özgürlüyünü itirmiş toplumlarda xaqanlıq qanunları, sosial hәyat, onlarla birgә dil dә pozulur. Bir tәrәfdәn itirilmiş, yad dillәrdәn gәlmә kәlmәlәrin basıb çıxardığı sözlәrin aranıb tapılması (gәlmә sözlәrin qarşılığı), o biri tәrәfdәn dә sözyaranmanı anlamaqla (yad dil tәpgisindәn) yaranmamış sözlәrin axtarılması, düşünürük ki, yaxın dövr üçün çatmaq istәdiyimiz başlıca istәk olmalıdir. Bu, hamısı deyil, başlanğıcçün gәrәkli olanlardır. Әn çox işlәdilәn bir nәsnәnin – dilin bilik problemlәri isә bitib qurtaran deyil. Niyә dil işi belә önәmli? İş ondadır ki, dil-düşüncә әks-әlaqәli sistem kimi bir-birini çәkib aparmaqla yüksәk düşüncә vә dil yaranmasına nәdәn olur. Gәlmә sözlәr dil harmoniyasını pozaraq yeni söz yaratmanın qarşısını alır, dil sonsuzluğuna gәtirir. O, düşüncәnidә pozur vә әks-әlaqәli dil-düşüncә sistemi işini dayandırır. Bu, bütövlükdә dil-düşüncә sonsuzluğu yaradır. Dil kölәliyi biosistemin gen yaddaşında qoyulmş yüksәliş vә özünüqoruma kodlarının işini korlayır. Biofәrddə nә yüksәliş hissi olur, nә dә o qorxunu duyur. O, qorxuya öyrәncәli olmaqla getdikcә öz güvәnliyini vә sonda varlığını itirir. Әlbәttә, güvәnliyimizin kütlәşmәsindә dil kölәliyinin rolu böyükdü. Ona görә, dil problemlәri içәrisindә dil tәmizliyi ön yerdә durmalıdır.

Әrәb-fars sözlәrinin yazılışı – orfoqrafiyası ilә bağlı isә yalnız bunları deyәrdik. Bu olay yolların örtüklәnmәsi ilә bağlı lәtifәyә çevrilmış bir söhbәtә çox bәnzәyir: Öncә asfalt örtük çәkәk, sonra qazarıq da… Әgәr dilimizi gәlmә sözlәrdәn tәmizlәmәyә çalışırıqsa, onda onları “rәndәlәmәyә” nә gәrәk. Gәlmә sözün ilkin formasını saxlamaq gәrәkdir, amma bunu ingilislәr tәki lap öncәdәn etmәliydik. Sözün ilkin formasının saxlanması hәm onun hansı dildәn alındığını araşdırmasız bilmәyә, hәm dә anlamını asanlıqla öyrәnmәyә yol verir. Gəlmə sözün deyilişi isә dilimizin sәslәnmә qanunlarına uyğun olmalıdır. İndi isә bu, bәzi hallar deyilsә, gәlişi qaçılmaz olan yeni sözlәrlә bağlı edilsә yaxşıdır. Başqa bir nәsnә atılan yaxşı addıma qarşı da dirәniş göstәrilmәsidir. Bu, ağrı-acıya öyrәnmişin sağaltmaya qarşı durmasına oxşayır. Әlifbanın dәyişdirilmәsinә dә qarşı dayananlar az deyildi. Bizdә hamını, artıq neçәnci kәrә, Nüton qanunlarının sosial sistemdә dә doğruluğuna inandırırlar: Sistem öz әtalәt halını saxlamağa çalışır.

Problemlәr içәrisindә sözyaranmanın öyrәnilmәsini әrәb-fars sözlәrinin yazılışının dartışdırılmasından qatqat önәmli sayırıq. İkinci yolsa köhnə runi yazılarının saxlandığı qaynaqların öyrәnilmәsidir. Söz yaranmasının anlaşılması vә qaynaqların düzgün ayırd edilmәsi gәlmә sözlәrin garşılığının vә itirilmiş sözlәrin tapılmasında böyük rol oynaya bilər. Bu problemin, yəni söz yaranmasının başa düşdüyümüz (bizә belә gәlir) bir sıra tәrәflәrinә “Danışıq kodlaşmış informasiyanın sәslә açılışıdır” (“Müxalifәt”, 7 may 1997, 20 il öncә) yazısında toxunmuşduq. Yazının istәyi vә söz ardıcıllığı qısaca belәdir: İnformasiya görmә, eşitmә, dadma vә başqa duyğu vasitәlәrilә әldә edilir, işlәnir, beyindә kodlaşdırılır vә dil-ağız oynağanının (osilyatorunun) kömәyilә sәslә, barmaqucu oynamaların kömәyilәsә yazı ilә başqalarına çatdırılır. Xәbәrin işlәnmәsi dilin (düşüncәnin), sәslә ötürülmәsi isә danışığın ortaya çıxmasına gәtirir. Hәr etnoca xas antropoloji quruluş uyğun dil-ağız oynamasını – etnik danışığı vә barmaqucu oynamaları – etnik yazını ortaya çıxarır. Canlıda әks әlaqәli düşüncә-dil-danışıq sistemi yaranır.

Dil fizikası (antropoloji unikal dil-ağız oynaması ilә qırıq-qırıq (diskret, porsiyalarla, kvantlarla) sәs buraxılması, fiziki-intelektual sahәdә söz atom vә molekullarının, informasiya qazının yaranması vә öz-özünü düzmәsi, antropoloji etnik-intellektual barmaqucu oynamalar vә yazı) vә dil riyaziyyatı (informasiya vә sözәmәlәgәlmә, mәntiqin yaranması, komutativ olmayan mәntiqli vә anlamlı elementlәr cәbri, antropoloji dil-ağız oynağanının Hamiltonianının spektral nәzәriyәsi, әks әlaqәli sistemdә dil gәlişmәsi) biliyin әn çәtin bölmәlәrindәndir vә çoxu bundan sonra yaradılmalıdır. Әgәr problem riyazi-fiziki çözülәrsә, onda hәr bir etnosun hәrf vә söz toplusu, uzun vaxt kәsiyindә keçdiyi siyasi – sosial yolla bağlı yaranmış mentaliteti tapila bilәr. Belә yanaşma gәlәcәkdә yer karbohidrat canlıları içәrisindә yaranmış vә ya hansısa nәdәndәn yaranmamış etnos vә uyğun etnik dili tam bәrpa etmәyә, itirilmiş sözlәri tapmağa yol verәcәk. Amma bu nә vaxt olacaq? O vaxta kimi nә edәk?

Dil fizikası vә riyaziyyatının nәlәr verdiyini göstәrmәk üçün bir-iki sadә misalla sözümüzә yön verәk. Eyni bir dil dәstәsindә olan iki etnosun, osmanlı vә azәri türklәrinin dillәrindә eyni anlam verәn fәrqli iki sözә baxaq: kaplumbağa vә tısbağa. Hәr iki ad altında eyni canlı anlaşılır. Az qala bir-birini tam başa düşәn iki toplumda nәdәn üst-üstә düşmәyәn adlandırmalar yaransın? Söz necә yaranır axı? Osmanlı türkcәsindә qapalı bağa anlamı verәn kaplumbağa sözü informasiyanin görmә ilә alınması, işlәnmәsi vә kodlaşdırılması ilә yaranıb (insan qapalı olan bağanı görüb vә ona ad qoyub). Azәri türklәri isә canlıya tısbağa adını onun çıxardığı sәsә görә veriblәr (tısbağanın tısıldadığını eşitmәmisinizmi?). Obyekt haqqında informasiyanın iki fәrqli yolla, görmә vә eşitmә ilә alınması iki qohum etnosda iki fәrgli adqoymaya gәtirib. Bu olay bu iki toplum üçün tәk olaymı?

Sorğumuzu cavabsız qoyub hәlәlik dil riyaziyyatı ilә bağlı başqa bir misala baxaq. “İt iliydi”, riyazi olaraq aldıq ki, çoxluğu (toplam) bildirәn sözlәr etnos gәlişmәsinin ilkin dövrlәrindә – lar vә lәr şәkilçilәrinin yaranmasından çox-çox öncә – tәkrarla yaranmalıdır, mәsәlәn, adam-adam, daş-daş vә belәcә dә, başqa sözlәr. Belә riyazi çıxarışın xeyrinә dil keçmişindә nәyinsә saxlanıb-saxlanmamasını bilmәkçün universitetdә Nizami bәylә (Cәfәrovla) görüşdüm. Etnos gәlişmәsinin erkәn dövrlәrinә aid elә әl yazmaları qalıbmı ki, orada çoxluq bildirәn sözlәr olsun – sualıma, var dedi. Burda deyirlәr ki, istәdiyin yar idi, yetirdi … Qaynaq kimi Dyakonovun kitabının adını çәkdi, dedi ki, lu-lu çoxlu adam demәkdi. Dyakonovun kitabına baxıb gördüm ki, kim-kim, şumerlәr bizim eradan 28 yüz il öncә daş üzәrindә adamlar anlamı verәn lu-lu sözünü çapıblar. Bu onu göstәrirdi ki, yanaşma doğrudur vә adi dillәr dә, riyazi dillәr (mәsәlәn, Fortran, lap çoxdu) kimi riyazi cızıla bilәndi. Riyazi yanaşma hәm dә çox aşkar göstәrir ki, dil özәylәrinin (hәrflәrin) söz içindә yerdәyişmәsi (komutasiyası) yolverilmәzdir: iki hәrfin yerini dәyişdikdә sözün anlamı itir. Belә çıxır ki, türk dil qrupunda bu qayda pozulur! Axı rp – pr yerdәyişmәsi topraq-torpaq, yapraq-yarpaq, köprü-körpü, kirpik-kiprik kimi sözlәrdә anlamı dәyişmir! Bütün dillәrdә ödәnilәn yerdәyişmә qadağası türk dil qrupunda pozulur, yoxsa biz problemә düz yanaşmırıq? Bәlkә kaplumbağa vә tısbağa misalında olduğu kimi, bu sözlәr dә, fәrqli informasiyalara söykәkli yaranıb?

Sual doğurduğuna görә, torpaq, yarpaq, körpü, kiprik (kirpik yox) sözlәrindәn başlayaq vә hәm dә, doğrudanmı biz dә osmanlı türkü kimi topraq, yapraq, köprü, kirpik demәliyik – kimi suala cavab axtaraq. Dili yaradan eldirsә, onda el niyә yanlış danışsın?! Danışığın yazıya oturduğu, yazının onu (deyәk ki) әydiyi, yanlış yazdığı keçmiş nә uzunluqdadırki? Azәrtürklәr o keçmişdәn öncә heç torpaq, yarpaq, körpü, kiprik (kirpik yox) sözlәrini işlәtmәyib? Yoxsa, daha çox xaqanlıq oturuşması ilә gәlәn yazı, heç yazı görmәmiş uzaq kәnd adamının da dilindә topraq, yapraq, köprü tәki sözlәri dәyişib? Belә yanaşma vә onunla bağlı söz çәkişmәsi, bizcә uğura aparan bir yoldu.

Topraq sözündәn başlayaq. Bu söz nәvaxt yaranıb?! Toplum gәlişmәsinin o dövründә Yerin top şәklindә olması kimә bәlli idi?! Burada top kökü topa, toplu, toplum, toparlanmaq, toparaq sözlәrindәki ‘topa’ ilә bağlıdır vә çoxluq, hәr yerdә olan anlamı daşıyır, hәr yerdә görünәn xәbәri ilә bağlıdır. Torpaq sözündә ‘tor’ isә başqa informasiya daşıyıcısıdır. Tor, toran, toranlıq – qara, qaranlıq anlamı daşıyır. Boş yerә deyil ki, sinonim kimi ala-toranlıq la yanaşı ala-qaranlıq da işlәdilir. Torba – içi görünmәyәn, qaranlıq olan bir nәsnәdir. Torpaq qara, qaranlıq, içi, altı görünmәyәn anlamı verir vә qara boyalı vә görünmәyәn informasiyası ilә bağlıdır. Elә indi dә demirik ki, ey qara torpaq. Dünyasını dәyişmiş insanın qaranlıq, görünmәyәn yer altına yola salınması doğurmayıb ki bu sözü? Bizim dildә el torpaq deyib, topraq yox.

Yapraq, doğrudan da, osmanlı türkünün dilindә yapı, yastı, yaprixan anlamı verir. Bәs bizim yarpağın anlamı yoxdu? Yarı, yarıq sözlәri kәsilәni, nazik bölünәni bildirir. Yarpaqdan da nazik kәsik?! Çox nazik kәsilәnә, bölünәnә oxşadılıb yarpaq vә indi dә çox ensiz doğranmışa yarpaq demirikmi!? Kök ‘yarı’dı. Söz sәslәşmәsi, uzlaşması ı -nı hәm yapıraqdan, hәm dә yarıpaqdan salıb. Hәr iki söz, yapraq da, yarpaq da görmә ilә gәlәn xәbәrdәn yaradılıb. Daha çox osmanlı türkcәsindә işlәdilәn yarın (ertәsi gün, qaranlığın yarılıb işıqlılığa keçilmәsi), yarğan, yarmaq sözlәri dә yarpaq kimi eyni anlam verәn kökdәn yaranıb. Yap-yastı, yap-yaşıl, yap-yaxşı sözlәrindәki ‘yap’ güclәndirmә kimi işlәnir vә bu işi başqa sözlәrdә qıp, qap, göm, sap vә b. görür (mәsәlәn, qıp-qırmızı, qap-qara, göm-göy, sap-sarı, bax “Danışıq kodlaşmış informasiyanın sәslә açılışıdır”, “Müxalifәt”, 7 may 1997).

O ki qaldı kiprik sözünә, burda bizә aydın olmayan bir nәsnә var. Bizim dildә kirpik yox kiprik deyilib. Osmanlı türkü kirpik deyib vә bu da bir çoxlarına әl verib ki, osmanlının düz, bizimsә yanlış danışdığımızı vurğulasın. Doğrudan da ‘kirpi’yә bәnzәtmә kirpik sözünün anlamını asanlaşdırır. Ola bilsin ki, bu, bizim toplumda çoxlu yazılı әsәrlәrdә vә opfoqrafiya sözlüyündә kirpik yazılmasına nәdәn olub. Özbәk türklәri dә, kiprik deyir. Kiprik sıx biz-biz ox anlamı verir. Hәm kirpik, hәm dә kiprik görmә ilә yaranan adlandırmalardı. İnanmıram ki, “Kipriklәrin oxdu” söz düzümündә kiprik yerinә kirpik deyilsin. Deyilibsә, qınaqdan çәkinmә içdәn gәlәn sәsi boğub. Hә, biz dә belә düşünürük ki, kiprik sözlüyә qaytarılmalıdır.

Köprü yoxsa körpü? Yәni biz dә, osmanlı türkü kimi köprü demәliyik? Öncә göstәrәk ki, osmanlı türkünün köprüsünün kökü heç dә qabarıq, köpük anlamı verәn ‘köp’ sözü deyil. İnsanlar köpmüş qabarıq daş körpü salmazdan öncә iki sıldırım yalı biri-birinә kәndirlә bağlayıblar. Belә kәndirli körpü daha çox çökük, sallaq olub, nәinki qabarıq. Demәli, tәkcә qabarıq anlamı verәn söz adqoyma üçün bәs deyil. Belә söz adi görmә ilә yarana bilәrdimi? Göbәk (bәlkә dә göbbәk, köbәk, köbbәk, köppәk, köpәk) iki canı – ana vә övladı bir-birinә bağlayan bir nәsnә anlamı verir. Osmanlı türkcәsindә hәrflәrin, sözlәrin bir-birilә sәslәşmәsinә daha çox köpbәk vә köpәk uyğun gәlir. Әlbәttә ki, iki dağ, ya da çay yalını bir-birinә bağlayan köprünün kökü köpbәk dәki ‘köp’dü. Olsun ki, bağlı it – köpәk dә belәcә yaranıb. Bәs bizim körpü? Buna bәnzәr heç bir sözümüz yoxmu ondan açar kimi yararlanaq? Körpә sözü bizә heçnә demir? O, atayla ananı bir-birinә bağlayandır. Kiçik, balaca anlamını sonralar alıb. Yenә dә, körpünün birbaşa anlamına gәldik: bağlayıcı. Kör vә gör sözlәri özlәrindә bağlantı informasiyasını daşıyır. Görmә canlı ilә obyekt arasında işıqla bağlantı yaradır. Görüş obyektlәr arasında birbaşa qarşılaşmayla bağlantı qurur. Hәm osmanlı, hәm dә azәri türkü körpünü intellektual görmә ilә yaradıb vә bu söz, bağlayan anlamı verir. Köprü vә körpü sözlәrinin bağlantı anlamı ilә bağlı araşdırmanı bitmiş saymaq olarmı? Yox, әsla! İntellektual görmә vә onunla sözyaratma nәvatın işidirki? O, toplumların sosial gәlişmәsinin hansı dövründә ortaya çıxıb? Insan öncә şişmanlıq bildirәn köpük vә göbәlәyi görüb vә ad qoyub. Olsun ki, sosial yaşanış vә adqoyma intellektual görmә ilә köpmüş qarından bağlantı anlamı verәn göbәyi (köpbək, köppək ) yaradıb. Bizim körpü ilә bağlı belә bir problem yoxdur. Görüş sözündәki gör bağlantı xәbәrinin birbaşa daşıyıcısıdır.

Belәliklә, türk dil qrupunda da, hәrf yerdәyişmәsilә bağlı riyazi qadağa doğru olaraq qaldı. Topraq-torpaq, yapraq-yarpaq, köprü-körpü, kirpik-kiprik kimi eyni anlam verәn sözlәr pr -rp yerdәyişmәsindәn doğmayıb vә eyni obyektә aid xәbәrlәrin hәr bir etnosa xas düşüncә tәrzi ilә fәrqli işlәnmәsindәn yaranıb.
Demәli, el düz görüb, düz eşidib, düz anlayıb. El, düz danışıb düz yazır.

Dil el düşüncәsinә çox yer edәn, onu silkәlәyәn, oynadan vә oyadan bir nәsnәdir. Әlifba dәyişikliyi kimi bu işin dә yuxarıdan ortalığa atılması yaxın Azәrbaycan keçmişi üçün görünmәmiş bir olaydı. Bu, toplumda uzun illәr yolçuluq edәsi düşüncә, bilik, yaşanış cevrilişidir. Problemlәr akademik vә hamılıqla çözülmә üçün sıralanmalıdir. Dartışdırılan hәr bir söz didişmәyә yox, doğruya aparan söz gülәşinә, dillәşmәyә nәdәn olmalıdı. Gәlin problemlәri düzgün qoyaq ki, iş kampaniya xarakteri alaraq başlanmamış bitmәsin. Türkiyәdә başladılan dil tәmizlәnmәsinin yarımçıq dayanması ‘bәyaz saray’‘kedi’ kimi sözlәrin dildә özünә yer etmәsinә gәtirib cıxardı.

Demirsiniz dilyaratma el işidir, onu yalnız akademizmin ixtiyarına buraxmaq olmaz, onda qoşulun. Xaos qorxudur? Xaos-qayda, başqa sözlә, qarmaqarışıqlıq-düzlәnmә dәqiq bilik alanıdır, o, xaosdan düzlәnmәyә vә әksinә olan qarşılıqlı keçidi öyrәnir. Әks-әlaqәli sistemdә bu gәlişmә öz-özünü düzmә (idarәetmә, sürmә, fırlatma) ilә dayanıqlı hala keçir. Deyәk ki, kimsә (lap çoxumuz) dәqiq biliklәrdәn, xaosun dayanıqlı hala necә oturuşmasından xәbәrsizdi. Onda, heç olmazsa yüz ildi sәslәlәn Sabir sәsini eşidәk. İyirminci yüz ilin … riyaziyyatçısı … Mirzә Әlәkbәr Sabir sistemin bulanmadan (xaosdan) keçmәklә özünә gәlmәsini vә yerindәnoynamanın (hәyacanlaşmanın, sinonimi – özündәnçıxma, yerindәnçıxma) durulmaya (bu deyilәn halda strukturlaşmaya) gәtirmәsini iki sәtirdә belә yazıb:

Çalxalandıqca, bulandıqca zaman nehrә kimi,
Yağı yağ üstә çıxır, ayranı ayranlıq olur!
Hә, bizim ‘nehrә’ni lap bәrk çalxalamaq gәrәkdi. Sabir demişkәn,
Qarışıqdır hәlәlik millәtin istedadı,
Әlәnirsә, safı bir yan, tozu bir yanlıq olur!

Gәnclәrin bu işә qoşulması çox önәmli. Bu, onlara dil üstә düz dayanmağı, solaxay düşünmәyi aşılar.
Problem 1: Tanrı sözünün anlamı nә? Tofiq Hacıyev “Azәrbaycan әdәbi dilinin tarixi”ndә (I bölüm, Bakı, 2012, 101-ci yarpaq) bunu belә yozub: Tanrı = tanq (göy vә ilahi mәnasında) + rı (şәkilçi). Amma … bizim dildә nә tanq (vә ya tenq) sözü var, nә dә tanqla bağlı göy vә ilahi anlamı verәn başqa sözlәr. Doğrudanmı tanqla bağlı bütün sözlәr dilimizdәn silinib?

Açar: Hәlә ki, Orhun-Yenisu (Orxon-Yenisey) yazılı qaynaqlarına qaçmayın. Dәdә Qorquddan başlayın. Tapsanız, dilimizә baxışınız tamam dәyişәcәk. Bizim toplumun tenqri deyәn başqa türk toplumlarından fәrqli yaşam keçirdiyini, vaxtilә heç bir qohum vә ya yad toplumun dil kölәsi olmadığıni ğörәcәksiniz. Yeni bir düşüncә gözlüyü әldә edib indiyә qәdәr deyib-danışdıqlarınıza başqa gözlә baxacaqsınız. Alınsa gizlәtmәyin, axı bu, iti görümlü, topluma gәrәkli bir insanın ortaya çıxması demәkdi. Bu, dilinә sayğı göstәrәnlәrә örnәk olub bir axının yaranmasına nәdәn olar.
Problem 2: Orhun-Yenisu yazılı qaynaqları ayrıca danışıq alanıdır. Runi yazılarının oxunmasının danimarkalı Tomsenlә başlanan uğurlu açılışı sovet dövründә S. Malov vә başqalarının araşdırmalarıyla davam etdirilmişdir. Bu günә kimi ilkin açılışın nә qәdәr doğru olduğuna toxunan olmayıb. Bizim dilçilәrin dә (bizә bәlli) araşdırmaları bu sırada. İlkin baxış göstәrir ki, bir çox hallarda hәrf vә sözlәrin açılışı birqiymәtliliyin vә sәslәnmә harmoniyasının (qismәn) pozulması ilә aparılıb. Mәsәlәn, “Gül-Tekin” daşyaddaşındakı “kiçik cızma”da bir yazı belә oxunub:

“Tangrı tag tangrıdә bolmuş türk bilgә kağan bu ödka olurtum”,

vә rus dilinә belә çevrilib:

“Небоподобный, неборожденный (“на небе” или “из неба возникший”)
тюркский каган, я нынче сел (на царство)”.

Qaynaqda son “olurtum” sözündә r hәrfi yoxdur. Yazının açılışında “türk” sözü dә quramadı. Araşdırmaçıların özlәrinin tapdıqları hәrf yazılışına uyğun, amma birqiymәtlilik vә mәntiq gözlәnilmәklә oxunuşsa belәdir:

“Tengrı tek tengrıde(n) boyolmuş Törә Bilәgә(n) Kağan bu ödiki ölütüm” ,

çağdaş oxunuşda (Törә sözünün Adil, Әdalәtli, Qanuni vә Bilğәnin Aqil, Müdrik anlamı daşıdıqlarını, ödiki -nin vaxt, dövr, yeri gәldikdә isә yer (oda) anlamı verdiyini bilmәklә)

“Tanrı tәk tanrıda(n) doğulmuş (və ya gəlmiş) Adil (vә) Aqil Kağan bu dövrdә (bu yerdә) ölüb (burada basdırılıb)”.

Başdaşı üstündәki yazının belә başlanması hәm dә mәntiqә uyğundur. “Tanrı tәk tanrıda(n) doğulmuş” kәlmәsindә “tanrıda(n)”ı ona görә saxladıq ki, dolayısı ilә I Problemin hәlli verilmәsin.

Çoxlu sayda hәrf vә sözlәrdәn yaradılmış cümlәlәri heç bir açar vә şәrt verilmәdikdә düzğun oxumaq çox çətindir. Belә problemlәr riyazi correct qoyulmamış problemlәr sırasındadır vә bizcә, bütün bu edilmişlәrә yenidәn baxılmasına dәyәr. Buyurun. Bu hәm dә, itirilmiş sözlәrin qohum dillәrdә tutuşdurma ilә tapılmasına yardımçı olar. Mәsәlәn, erkәn yazılı abidәlәrdә qanlan mәdәniyyәt anlamında işlәdilir. Elә bugün dә “F…s çox qanacaqlı adamdı” demirik?!

P. S. Yeri gәlmişkәn, bunları da deyәk.

1. Bir televerilişdә deyildi ki, dilimizdә ‘rozetka’nın yerinә nә deyәk? Bu rus sözünü (?) saxlamaq gәrәkdi. Rozetka rus sözü deyil. Rus dilinә dә yәqin ki, latından yox ingilisdәn gәlib – rosette. Elektrikә aid heç bir anlamı yoxdu. Yaraşıq, bәzәk anlamı verәn yastı bir nәsnә başa düşülür. Sözün qısası, rozetka vә vilka sözlәri üzmәsin sizi, yeri gәldikdә dili oyuğa keçirib yükaxınını (cәrayanı) işlәdiciyә buraxın.

2. Başqa bir televerilişdә sanatoriya sözünün yazılışından danışıldı. Sanatoriya sözü dilimizә rus dilindәn gәlib. Rus dilinә dә, ingilis dilindәn alınıb. Orjinaldakı sanatorium sözünә rus dilindә санаторий qarşı qoyulub. Necә ki, aluminium – алюминий vә belәcә başqa sözlәr rus dilinә çevrilib. İngilis dilindә bizim sanator(i)ya, deyilişә (tәlәffüzә) görә toplam bildirir, sanatoriumlar demәkdi (ingilis dilindә – sanatoria). Qaydaları belәdi, cәmdә mediumu media tәki (kütlәvi informasiya vasitәlәri ilә qarışdırmamalı), colloquiumu colloquia kimi yazırlar. Niyә dilimizdә orjinaldakı alüminium, kalium -u saxlayırıq, amma sanatorium yerinә yanlış sanatoriya yazırıq? Hәlә demirik ki, orjinalı qoyub bu sözü rus dilindә yazıldığı kimi (sanatoriy) dilimizә gәtirmәk istәyirdilәr. Dildә belә nәsnәlәrә yol vermәkmi olar?! Olmaz ki, sağlamlıq ocağı yazana kimi, elә orjinaldakı sanatorium saxlanılsın?

Bu iş tәkcә bununla bitmir. Baxmayaraq ki, latında ‘mathematica, physica, botanicum, philologia’ sözlәri vә uyğun peşә yiyәlәrini bildirәn ‘mathematicus, physicus, ?, philologus’ sözlәri fәrqli yazılır, rus dilinin qrammatikа qaydaları onları eyni görkәmә salır: ‘математика, физика, ботаника, филология’ vә ‘математик, физик, ботаник, филолог’. Bizim dlimizә bu sözlәr hansı dildәn, latın yoxsa rus dilindәn gәtirilib?! Rus dili vә dilimiz hansı dil qruplarındadır ki, ‘fizik, botanik, filolog’ kimi sözlәr dilimizdә rus dilinin qrammatikasına uyğun yaradılsın. Dilimizin qrammatikası hansı prinsiplәrә söykәkli yaradılır? Dilimizә başqa dillәrin hәmdә qrammatik baza olmasının “min” vә “yetmiş” illiyi ötmәdimi?

Әlbәttә, dilimizdә yeriş, yürüş, yüyürmә, yeyin, gediş, qaçış sözlәri olduğu halda (tәcil yerişin yeyinliyi deyilmi?!) sürәt vә tәcil kimi sözlәrin apostrofunda ilişib qaldıqda belә nәsnәlәr baş verәcәk.


loading...




Fikrinizi bildirin