Bərdə sakinindən külli miqdarda narkotik maddə aşkarlanıb

Bərdə rayon sakinindən külli miqdarda narkotik maddə aşkarlanıb.

"Report"un Qarabağ bürosuna DİN Mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Bərdə rayon sakini Müşfiq Ələkbərov Rayon Polis Şöbəsinin Növbətçi Hissəsinə zəng edərək ona məxsus evin həyətinə oğurluq niyyəti ilə naməlum şəxslərin daxil olduğu barədə məlumat verib.

Məlumatla əlaqədar əməliyyat qrupu dərhal hadisə yerinə gəlib. Əməliyyat-axtarış tədbirlərinə başlayan polis əməkdaşlarının peşəkarlığı və çevikliyi nəticəsində naməlum şəxs evə daxil olmaq istəyərkən saxlanılıb. Araşdırmalarla onun Bərdə rayon sakini, əvvəllər məhkum olunmuş İlqar Babayev olduğu müəyyən edilib.

Polis şöbəsinə gətirilən İ.Babayevin üzərinə baxış zamanı 7.68 qram marixuana və kağız bükülüdə 0.35 qram heroin aşkarlanaraq götürülüb. Əməliyyat-axtarış tədbirlərinin davamı olaraq onun evinə də baxış keçirilib. Evdən sellofan torbada çəkisi 560 qram olan marixuana və sellofan bükümdə çəkisi 1.58 qram olan heroin aşkarlanaraq götürülüb.

Faktla bağlı RPŞ-nin istintaq bölməsində cinayət işi açılıb, araşdırmalar aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar