Yaroslav vilayətində həyacan siqnalı! - Səhv, yoxsa məşq?

«AzPolitika.info»-nun Rusiya KİV-ə istinadla verdiyi xəbərə görə, çərşənbə axşamı Rusiyanın Yaroslav vilayətinin sakinləri guya, səhv olaraq radioaktiv təhlükə barədə xəbərdar ediliblər.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) bölgə İdarəsi bəyanat yayıb.

Belə ki, həmin gün səhər saat 09:00 radələrində vilayət ərazisində yayımlanan mərkəzi televiziya və radio stansiyalarının efirində radioaktiv zəhərlənmə təhlükəsi barədə xəbər yer alıb. Belə hallarda necə hərəkət edilməli olduğu barədə sakinlərə təlimat təqdim edilib.

FHN-də bildiriblər ki, bu yazı proqram təminatında sistem pozuntusu səbəbilə, efirə avtomatik olaraq çıxıb, Yaroslav vilayətində radioaktiv fon isə hazırda norma daxiindədir.

Xatırlayırsınızsa, bir neçə gün bundan əvvəl analoji «səhv» Amerika Birləşmiş Ştatlarının (ABŞ) Havay adalarında baş vermişdi. Həmin vaxt ərazidə yaşanmış həyacana görə, yerli qubernator əhalidən üzr istəmişdi...

Bu nədir, hər iki nüvə nəhənginin «nüvə hücumundan müdafiə sistemi» köhnəlib sıradan çıxıb, yoxsa nüvə müharibəsi astanasına gəlib yetişmiş nəhənglər, sadəcə nüvə zərbəsi sonrası yaranacaq vəziyyəti məşq edirlər? Hər-halda, bu «iki səhv» bəşəriyyətə yaxşı heç nə vəd etmir...

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar