İraq hakimiyyəti ölkənin bərpasını qiymətləndirib - 88 milyard dollar...

iraq bomba«AzPolitika.info» xarici KİV-ə istinadla xəbər verir ki, İraq hökuməti müharibə nəticəsində dağıdılmış ölkənin bərpa xərclərini 88 milyard dollar həcmində qiymətləndirib. Bu barədə İraqın ticarət və planlaşdırma naziri Salman əl-Gumeyli Küveytdə potensial kreditorların iştirakı ilə keçirilən konfransda bəyan edib. Xəbəri «DW» yayıb.

Nazirin fikrincə, İraqa təcili olaraq, 22 milyard dollar lazım gələcək. Məbləğiq qalan hissəsi orta müddətli perspektivdə daxil ola bilər.

İraq hökuməti 2017-ci ilin dekabrında «İslam dövləti» terrorçu qruplaşması üzərində qələbə çaldığını elan edib. Döyüşlər zamanı ölkənin infrastruktur və sənaye obyektləri qismən və ya tamamilə dağıdılıb. Ölkə hakimiyyətinin məlumatına görə, 140 min binaya ziyan dəyib, onlardan 70 mini bərpaya gəlməz hala düşüb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar