“Qarabağda irimiqyaslı müharibə gözlənilir” - ABŞ Milli Kəşfiyyatının direktoru

Dağlıq Qarabağ ətrafında gərginlik  2018-ci ildə Azərbaycanla Ermənistan arsında irimiqyaslı hərbi münaqişəyə keçə bilər. Virtualaz.org xəbər verir ki, bu barədə ABŞ Milli Kəşfiyyat Agentliyinin direktoru Daniel Koats tərəfindən dərc edilmiş “Təhdidlərin ümumdünya dəyərləndirməsi” adlı ənənəvi illik məruzədə bildirilir.

Sənəddə 2018-ci il ərzində ABŞ üçün yarana biləcək milli təhlükəsizlik təhdidləri nəzərdən keçirilir. Məruzənin Qarabağa həsr edilmiş hissəsində göstərilir ki, tərəflərin “kompromislərə getmək arzusunun olmaması”, kənardan təzyiqlər, Azərbaycanın həyata keçirdiyi stabil hərbi modernləşmə, Ermənistanın Rusiyadan yeni silahlar alması 2018-ci ildə irimiqyaslı hərbi əməliyyatlara gətirib çıxara bilər.

Məruzəyə əsasən Kreml keçmiş sovet respublikalarının ərazisində öz təsir imkanlarını daha da genişləndirəcək. Bu məqsədlə “aqressiv və opportunist xarici siyasət” yürüdüləcək.

ABŞ Milli Kəşfiyyatı Gürcüstanın da vəziyyətinin mürəkkəb olaraq qaldığını, bunun mənbəyinin Rusiyanın Tiflisin Qərbə inteqrasiyasını əngəlləmək səyləri olduğunu bildirir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar