"Oliqarxik idarəçilik tezliklə başa çatacaq" - Saakaşvili

Ukraynadan Polşaya deportasiya edilən Gürcüstanın sabiq prezidenti və Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili həm Ukrayna, həmdə Gürcüstana qayıtmaq niyyətində olduğunu bəyan edib.

APA-nın xəbərinə görə, bu barədə Mixail Saakaşvili “Rustavi-2” telekanalına müsahibəsində bildirib.

“Mən Ukraynaya qayıdacağam, çünki mənim orada yaşamaq üçün legitim hüququm var. Mən həm də Gürcüstana qayıdacağam. Oliqarxik idarəçilik tezliklə başa çatacaq”, - deyə Saakaşvili telekanala bildirib.

Onun sözlərinə görə, hazırkı şəraitdə hər iki ölkəyə qayıdıb vəziyyəti dəyişmək gərəkdir, - deyə M.Saakaşvili qeyd edib.

Xatırladaq ki, fevralın 12-də Ukrayna Dövlət Sərhədi Mixail Saakaşvilini Ukraynadan Polşaya göndərib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar