Prezident Administrasiyasına şikayətlər daha çox bu rayonlardan daxil olur - SİYAHI

"2017-ci ildə Prezident Administrasiyasına daxil olan müraciətlərin təhlili göstərir ki, onların sayı əvvəlki ilə nisbətən 10 minədək azalmışdır. Bu, yerlərdə vətəndaşların problemlərinə daha diqqətlə yanaşılmasından, onları narahat edən məsələlərin həllinə lazımi kömək göstərilməsindən və müraciətləri ilə əlaqədar onlara əsaslı cavab verilməsindən irəli gəlir.

Daxil olan müraciətlərin ümumi sayı Naxçıvan MR, Gəncə, Lənkəran, Mingəçevir, Sumqayıt, Şəki, Şirvan, Abşeron, Ağdam, Ağsu, Astara, Biləsuvar, Binəqədi, Cəlilabad, Daşkəsən, Füzuli, Gədəbəy, Goranboy, Hacıqabul, Xaçmaz, Xətai, İmişli, İsmayıllı, Kürdəmir, Qaradağ, Qazax, Qəbələ, Qobustan, Qusar, Lerik, Masallı, Nərimanov, Nəsimi, Nizami (Bakı), Samux, Səbail, Siyəzən, Suraxanı, Şabran, Şuşa, Tərtər, Zərdab, digər şəhər və rayonlarda daha çox azalmışdır".

SULEYMAN_ISMAILOV-MAQALA“Report”un xəbərinə görə, bunu Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov bildirib.

Şöbə müdiri vurğulayıb ki, 2016-cı illə müqayisədə müraciətlərin sayı Beyləqan, Cəbrayıl, Kəlbəcər, Laçın, Saatlı, Sabirabad, Şamaxı və digər rayonlarda artıb: "Vətəndaş müraciətlərinin təhlilində əsas göstəricilərdən biri hər bir rayon və şəhərdən əhalinin 1000 nəfərinə düşən müraciətlərin sayıdır. Bu baxımdan 2017-ci ildə Prezident Administrasiyasına daxil olmuş müraciətlərin təhlili göstərir ki, Bakı şəhərinin rayonlarından, habelə Yevlax, Ağcabədi, Ağdaş, Ağstafa, Astara, Balakən, Beyləqan, Bərdə, Cəbrayıl, Göyçay, Göygöl, İmişli, Kəlbəcər, Quba, Neftçala, Saatlı, Salyan, Samux, Şəmkir, Tovuz, Yardımlı, digər şəhər və rayonlarda bu göstərici yüksək olmuşdur.

Elə şəhər və rayon icra hakimiyyətləri var ki, vətəndaşlar öz problemləri barədə onlardan çox yuxarı dövlət orqanlarına, o cümlədən Prezident Administrasiyasına yazmağa üstünlük verirlər. Dövlət orqanlarına daxil olan müraciətlərin sayının bilavasitə yerli icra hakimiyyətlərinə daxil olan müraciətlərin sayından çox olduğu şəhər və rayonlardan Yevlax, Ağdam, Ağdaş, Astara, Bərdə, Göyçay, Göygöl, Kəlbəcər, Kürdəmir, Laçın, Neftçala, Pirallahı, Samux, Şamaxı, Tovuz, Yardımlı, Yasamal, başqa şəhər və rayonları göstərmək olar.

Müraciətlərin növlər üzrə təhlili göstərir ki, il ərzində daxil olmuş müraciətlərin 66,5 faizi ərizə, 33,2 faizi şikayət, 0,3 faizi təklifdir".

635x100

Şərhlər

naxçıvanlı 2018-02-14 11:32:45

Yeddi il ərzində işdən qanunsuz azad olmam barədə 2022 dəfə Azərbaycan Respublikasının Prezidentinə müraciət etmişəm. Bu müraciətlərin əksəriyyəti qeydə alınmayıb, qeydə alınanlara isə cavab verilməyib. Şikayətlər bir qayda olaraq hərəkətindən və hərəkətsizliyindən şikayət edilən şəxsin üstünə göndərilir. Pozulmuş hüquqlarının bərpasını inadkarlıqla tələb edən şəxsləri, yazmağı vərdiş etmiş şəxslər kimi, siyahıya alırlar. Dünyada belə siyahı ancaq Azərbaycandadır!

Kamil 2018-02-14 11:32:45

Lerik rayon icra hakimiyyətinin başçısı Nərimanov rayonu H.Murad küçəsində yaşayan qayınanası Mürvət xanıma 2 mərtəbəli ev tikib. Bu ev bütün qəsəbə sakinlərinin qarşısında İcra hakimiyyətinin texnikaları və işçi qüvvəsi ilə tikilib. Dövlətin əmlakı talanaraq şəxsi məqsədlərə istifadə olunub. Rövşən müəllim peşəkarcasına dövlətə məxsus tikinti materiallarını mənimsəyib .

Abit 2018-02-14 11:32:45

Şikayet olunmayan rayon qaldımı? Hamısı eyni şeydi.

Son yazılar