Şeyx dindarları İlham Əliyevə səs verməyə çağırdı - "Nəzarət edəcəyik..."

"Xalq, cəmiyyət yekdillikdə Prezident İlham Əliyevin namizədliyini dəstəkləyir".

Trend-in məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə prezident seçikiləri ilə bağlı Azərbaycan dindarlarının toplantısında deyib.

A.Paşazadə bildirib ki, İlham Əliyevin prezidentliyi dövründə Azərbaycanda iqtisadiyyatın bütün sahələrində böyük uğurlar əldə edilib.

Şeyxülislam vurğulayıb ki, həm ulu öndər Heydər Əliyev, həm də Prezident İlham Əliyev Azərbaycanda dindarlar üçün hər cür şərait yaradıb:

“Ona görə də öz növbəmizdə biz dindarlar Prezident İlham Əliyevin namizədliyini dəstəkləyirik. Bütün dindarları İlham Əliyevin namizədliyini dəstəkləməyə çağırırıq. Bir Azərbaycan vətəndaşı kimi bunu yerinə yetirməyə borcluyuq”.

Allahşükür Paşazadə qeyd edib ki, Sovet İttifaqı dövründə müsəlmanlar əziyyət çəkib, yalnız müstəqillikdən sonra rahat ibadət edilməyə başlanılsa da, Heydər Əliyevin yenidən hakimiyyətə gəlişi ilə müsəlmanlar birləşməyə başlayıb: "Bu gün biz Azərbaycanda dindarlara yaradılan şəraitdən narazılıq etsək, Allaha da xoş getməz. Ona görə də şükr edək. Mən ölkə müsəlmanlarını İlham Əliyevə səs verməyə çağırıram. Məscidlərdə, xütbələrdə siz dindarlar öz haqq sözünüzü deməlisiniz. İnsanlar həqiqətləri bilməlidirlər. Biz nəzarət edəcəyik buna, bu, bizim bir vətəndaş borcumuzdur."

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar