"ABŞ İrəvana sanksiyalar tətbiq edə bilər" – Rəsmi

"Ermənistana qarşı sanksiyalar riski mövcuddur".

Axar.az xəbər verir ki, bunu “Aykakan Jamanak” qəzetinə açıqlamasında Ermənistan Maliyyə naziri Vardan Aramyan söyləyib.

“ABŞ qlobal iqtisadiyyata böyük təsir imkanlarına sahibdir. Sanksiyaların tətbiqində onların digər ölkələrlə hesablaşacağını düşünmək doğru olmazdı. ABŞ hətta bu məsələdə Avropa ölkələriylə də hesablaşmır. Ermənistan üçün problematik situasiya yarananda biz əyləşib danışmalıyıq. Risk hər zaman mövcuddur”, – deyə o bildirib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar