Kriptovalyutalar barədə növbəti xəbərdarlıq - "Çoxunun dəyəri sıfra düşəcək"

Ripple-ın İcraçı direktoru Brad Garlinghouse, çox sayda kriptovalyutanın dəyərinin sıfra düşəcəyini bildirib.

"Marja" xəbər verir ki, "Goldman Sachs" Texnologiya və İnternet Konfransında danışan Ripple XRP-nin banisi Garlinghouse, çıxışında əksər kriptovalyutanın bir dəyər yaratmadığını və yalnız spekulyativ məqsədlərlə alış-satışının aparıldığını bildirib.

Garlinghouse-a görə, Bitcoin bu pullardan fərqlidir və uzun müddət dövriyyədə qalacaqdır. Digərlərinin yox olacağının isə çox sadə bir səbəbi var: Bu pullar alınıb-satılmaqdan başqa bir işdə istifadə olunmurlar və uzun perspektivdə mövcud olmaları üçün bir səbəb yoxdur.

Yanvar ayında 3,31 dollara yüksələn Ripple, bu dəqiqələrdə 1 dollardan aşağı ticarət olunur. İstifadə etdiyi Ripple ödəmə sistemi sayəsində investorların diqqətini çəkən bu kriptovalyuta, banklararası ucuz və sürətli əməliyyat aparmaq üçün ortaya çıxıb.

Ripple, hazırda ən böyük bazar həcminə malik üçüncü kriptovalyutadır. Bazardakı ümumi Ripple-ların dəyəri 40,1 milyard dollardır.Bu pulların böyük hissəsi şirkətin ehtiyatında saxlanılır. Bu səbəbdənə şirkət tənqid edilir.

Garlinghouse, Bitcoin-in Ripple ilə müqayisədə "fərqli bir problemi" həll edəcəyini də vurğulayıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar