“HAKİM DEDİ Kİ, NƏBİYEVİ PREZİDENT TƏYİN EDİB, ONA GÖRƏ...” - "Məgər mən erməniyəm?"

Dovlet-Miqrasiya-XidmetiLənkəran rayonu Veravul kənd sakini, Qarabağ müharibəsi veteranı Qulamov Fərid Cümşüd oğlu KİV-lər vasitəsilə Prezident İlham Əliyevə şikayət məktubu ünvanlayıb. Məktubun surəti eyni zamanda I Vitse-prezident Mehriban xanım Əliyevaya, Prezident Administasiyası Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri, Məhkəmə-Hüquq Şurasının üzvü Fuad Ələsgərova, Dövlət Miqrasiya Xidmətinin rəisinin birinci müavini, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vəli Nağıyevə də göndərilib. Bir nüsxəsi “AzPolitika.info”ya daxil olan məktubu qısa ixtisarla təqdim edirik.

“70 bal toplayaraq DMX-da işə qəbul olunmuşam, müsbət nəticələr göstərmişəm”

“Möhtərəm Prezident!

Mən, Azərbaycan Respublikası vətəndaşı və müharibə veteranıyam. Test üsulu ilə 70 bal topladıqdan və 13 günlük təlim kursunu bitirdikdən sonra 05.01.2012-ci il tarixində Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisinin 26 saylı əmri ilə Lənkəran Regional Miqrasiya İdarəsi (LRMİ) İmmiqrasiya nəzarəti şöbəsinə 214 saylı müqavilə bağlanılmaqla, inspektor vəzifəsinə stajçı təyin olunmuşam. DMX rəhbərliyinin tələbi ilə öz ərizəmlə tarix müəllimi vəzifəsindən azad olunmuşam. Müsbət xasiyyətnamə alaraq 07.01-07.07.2013-cü il tarixlərində 446 saylı sınaq müddətində əmək fəaliyyətimi davam etdirmişəm. Heç bir irad, yaxud töhmət almamışam. Yerli şəraitə bələd olmağım və peşəkarlığım sayəsində qanunsuz miqrasiyaya qarşı mübarizədə ciddi nailiyyətlər əldə olunmuşdur. İdarədə və DMX Mərkəzi Aparatında əməkdaşların nəzəri bilik səviyyəsini yoxlamaq məqsədi ilə keçirilən test yoxlamalarında müsbət nəticələr göstərmişəm, “Miqrantların insan hüquqları" mövzusunda seminarda iştirak edərək, sertifikat almışam. Qanunvericiliyin tələbinə əsasən, 05.07.2013-cü il tarixində attestasiya keçirilməli olsa da, əmək müqaviləsi bitdikdən 11 gün sonra - 18 iyul 2013-cü ildə attestasiya keçirilmişdir.

17-18 iyul 2013-cü il tarixində Bakı şəhərində keçirilən attestasiyada iştirak etmək üçün LRMİ rəis müavini Səmədağa Abdullayevin imzası ilə 2 günlük 31 saylı ezamiyyət vəsiqəsi verilib. Həmin gün mənə məlum olmuşdur ki, Səmədağa Abdullayev tanış olmadığım, həmkarlar təşkilatının sədrinin imzası olmadan gizli mənfi məzmunlu xasiyyətnamə yazaraq, DMX Mərkəzi Aparatına göndərmişdir. Həmin xasiyyətnaməni qəbul etməmişəm. Sonradan xasiyyətnamə dəyişdirilərək, həqiqətə uyğun olmayan, daha da qərəzli mənfi məzmun verilmişdir.

DMX rəisinin 18 iyul 2013-cü il tarixli 82 saylı əmri ilə DMX rəis müavini Elman Əliyev attestasiya komissiyasına müvəqqəti sədr təyin edilmişdir. DMX tərəfindən 19.05.2012-ci il tarixli attestasiya komissiyasının tərkibindən 19 saylı çıxarışa əsasən, komissiya üzvlərinin sayı qanunvericiliyin tələbinə görə təkrəqəmli deyil, zidd olaraq cütrəqəmli olmuşdur.

Miqrasiya Xidmətində attestasiyada işçilərdən Makedoniyalı İskəndərin ölüm tarixi soruşulur

Attestasiya Komissiyası qeyr-peşəkar, qərəzli şəxslərdən təşkil olunmuşdur. Şəffaflığın təmin edilməsi üçün heç bir tədbir görülməmişdir. Suallar qabaqcadan tərtib olunmamış, nə qədər suallar veriləcəyi və keçid üçün düzgün cavabların sayı müəyyənləşdirilməmişdir. Qanunvericiliyin tələbinə zidd olaraq, qulluq funksiyamla bağlı olmayan suallar verilmişdir. Mənə verilmiş 10 sualdan 7 suala müsbət cavab vermişəm. Mənə verilmiş suallar əsasən işimlə bağlı olmayan qədim dünya tarixindən suallar olmuşdur. Həmin suallar aşağıdakılardır:

1.Əcnəbilərin torpaq almaq hüququ vardırmı? 2.İşğal edilmiş rayonların sayı nə qədərdir? 3.”Dövlət qulluğu” haqqında qanun kimlərə şamil edilir? 4.Makedoniyalı İskəndər dövründə onun imperiyası neçə satraplığa bölünmüşdür? 5.Satrapların adını say. 6.Makedoniyalı İskəndərin ölümündən sonra Azərbaycan ərazisində hansı dövlətlər yaradılmışdır? 7.Azərbaycanda məhkəmə hakimiyyətini kim həyata keçirir? 8.M.İskəndər neçənci ildə ölüb? 9.Kirmanşah müqaviləsinin şərtləri? 10.Dövlət Miqrasiya Xidməti neçənci ildə yaradılmışdır?

Bu cür attestasiya AR Əmək Məcəlləsinin 65.5,“Dövlət qulluğu haqqında” AR Qanunun 31.6,”Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydalarının” təsdiq edilməsi barədə AR NK-nin 23 may 2001-ci il tarixli Qərarına ziddir.

Sonradan əldə etdiyim attestasiya vərəqəsində katibin, mənim və DMX rəisin imzaladığı Qərar yoxdur. Sual və cavabların qısa məzmunu yoxdur. 3 nəfər yekdilliklə “razıyam” yazmışdır. Nədən və kimdən razıdırlar, bilinmir. Bu “İnzibati icraat” haqqında AR Qanunun 58-ci maddəsinin tələblərinə ziddir. Attestasiyadan sonra nəticələr elan edilməmişdir. Artıq başa düşmüşdüm ki, taleyimlə oynanılıb və karyerama son qoyulub.

Ertəsi gün - 19 iyul 2013-cü il tarixində Səmədağa Abdullayev mən və idarənin digər əməkdaşı İbrahim Abdullazadəni (artıq xidmətə bərpa olunub) kabinetinə çağıraraq, xidmətə xitam verildiyini bildirdi. Mən öz etirazımı bildirdim. Kadrlar İdarəsinin rəisi Vəfa Əsədovanın tapşırığı, şöbə rəisi Rəşad Əzimovun telefon zəngi ilə artıq müddəti bitmiş etibarsız xidməti vəsiqələrimiz alınaraq idarədən çıxarıldıq. Mən “Dövlət qulluğu” haqqında AR Qanunun 31.21-ci maddəsinə əsasən inzibati şikayət verdim. İnzibati şikayətlə bağlı inzibati orqan “İnzibati icraat” haqqında AR Qanunun 21,24, 28,45 və 61-ci əsasən mənim iştirakımla icraat başlamalı və xidməti yoxlama təyin edilməli olsa da, edilməmişdir. Halbuki, “Miqrasiya orqanlarında qulluqkeçmə haqqında” Əsasnamənin 116-cı bəndinə əsasən miqrasiya orqanları işçisinin xüsusi rütbəsinin, vəzifəyə və miqrasiya orqanlarına bərpa edilməsinin əsasları aşağıdakılardır: 116.1.xidməti yoxlamanın nəticəsinə dair müsbət rəy; 116.2.məhkəmənin qərarı.

Rəis məzuniyyətdə olanda saxta əmr hazırlanıb

19 iyul 2013-cü il tarixində DMX rəisi Firudin Nəbiyev 14 gün (19.07-01.08.2013) müddətində məzuniyyətdə olub. Həmin vaxt səlahiyyətləri bir gün əvvəl müvəqqəti sədr təyin etdiyi müavini Elman Əliyevə 19 iyul 361 saylı əmr imzalanaraq verilmişdir.

Attestasiya Komissiyasına müvəqqəti Sədr əvəzi və DMX rəisi sədri səlahiyyətləri verilmiş Elman Əliyev bir gündə formal və şou xarakterli keçirilən attestasiya ilə 4 nəfəri xidmətdən çıxardı. Hazırda həmin üç nəfər xidmətə bərpa olunub. 19 iyul 2013-cü ildə rəis məzuniyyətdə olanda saxta əmr hazırlanıb. Həmin 19 iyul 2013-cü il tarixli 425 saylı əmr saxta olduğu üçün rəsmi blankla deyil, çıxarış formasında verilmişdir. Əmrin üzərində heç bir qanunvericik normasına və qulluqkeçməyə əsas verən sənədə istinad olunmamışdır. 18 iyul 2013-cü il tarixində qanunvericilk aktlarında nəzərdə tutulmayan protokol hazırlanıb. Həmin protokol ilə mənim qulluq fəaliyyətimə xitam verilib. Digər şəxslər barəsində DMX rəisi qarşısında vəsatət qaldırılıb. Qaydalara görə, protokolu sədr və katib imzalayır. Bu protokol isə 4 (dörd) nəfər tərəfindən imzalanmışdır. Həmin protokolun ləğv edilməsi barədə inzibati şikayətimdə protokolla bağlı digər xüsusatları göstərəcəyəm.

Lənkəran Regional Miqrasiya İdarəsinin rəisi Səmədağa Abdullayev stajçı dövründə barəmdə xasiyyətnamə yazıb. Onunla əlbir olan DMX Kadrlar İdarəsiin rəisi, Attestasiya Komissiyası üzvü Vəfa Əsədova dəfələrlə rəsmi qaydada sorğu versəm də, həmin xasiyyətnaməni vermir. Sizə və aidiyyəti üzrə göndərdiyim məktublara DMX Kadrlar İdarəsi tərəfindən möhür, ştamp vurulmadan və nömrələnmədən 2 cümlə şablon yazıb mənə göndərirlər. Bəzən kim tərəfindən göndərilməsi məlum olmur.

"Xidmətdən çıxarılmağımın sifarişçisi rəis vəzifəsini daşıyan Səmədağa Abdullayevdir"

İdarədə işlədiyim şöbədə vakant vəzifələr olmuşdur. Qanunvericiliyin tələbinə görə işçiyə boş iş yeri təklif edilməlidir. Bütün bunlar baş verməmişdir. Mənim Xidmətdən çıxarılmağımın sifarişçisi LRMİ idarəsinin rəisi vəzifəsini daşıyan Səmədağa Abdullayevdir. Mən, tarix müəllimi işləyəndə həmin şəxs Lənkəran Təhsil Şöbəsinin müdiri olmuşdur. Pul alaraq işlədiyim məktəbə tarix müəllimi işinə qəbul etdi. Saatlarım kəsildiyindən onların təkidi ilə 3 il iki dağətəyi kənd məktəbində müəllim işlədim. Onun mənə qarşı qanunsuz əməllərinə etiraz etdiyim üçün məndən xoşu gəlmirdi. Testlə DMX-də xidmətə qəbul olundum.

"Hərbi xidmətdə olmayan Səmədağa Abdullayev necə hüquq-mühafizə orqanına xidmətə qəbul olunub?"

Həmin il S.Abdullayev Lənkəran İH Başçısının müavini vəzifəsindən qovuldu. Ancaq hansısa yolarla o, Lənkəran RMİ-nə rəis təyin olunur. Hərbi xidmətdə olmayan Səmədağa necə hüquq-mühafizə orqanına xidmətə qəbul oluna bilər?! Səmədağa Abdullayevin qardaşı DSX-də general rütbəlidirsə və qardaşlar milyonlara sahibdirsə, mən onun şəxsi istəyi ilə DMX-dən qovulmalıyam?!

Lənkəran Regional Miqrasiya İdarəsində boş yerlər olduğu halda, S.Abdullayev məni qanunsuz işdən çıxartdırıb yerimə Cəlilabad rayonudan olan, Qəbul Bölməsində inzibati vəzifə tutan və “sağ əli” hesab olunan Zamiqi test imtahanı vermədən, daxili əmrlə xüsusi rütbə verərək işə qəbul etmişdir. Eyni zamanda idarədə çavuş rütbəsində çalışan, kargüzar vəzifəsində işləyən yaxın qohumu Humayı vəzifəyə yerləşdirmişdir. Yəni, mənim yerimi boşaldaraq, qeyri-peşəkarlara satmışdır. Görünür, müharibə veteranına DMX-də vəzifə tutmağa icazə verilmir. Mənim günahım nədir?!

Sonuncu dəfə göndərilən məktubda mənə əcnəbi kimi yanaşılmışdır. DMX-dən mənə yazırlar ki, cərimə ödəməlisən. İstəyirlər məni məcbur etsinlər ki, mətbuat konfransı vasitəsi ilə Azərbaycan Respublikası vətəndaşlığı və müharibə veteranı adından imtina edim.

“Əlimdə 57 vərəqdən ibarət sübutlar olduğu halda...”

Möhtərəm Prezident!

Regionda qanunsuz miqrasiyaya qarşı ciddi mübarizə apardım. Qısa müddətdə ciddi nəticələr əldə olundu. Heç bir irad, yaxud töhmət almadım. Mənim necə işçi olmağım barədə Miqrasiya Nəzarəti Baş İdarəsinin rəisi, baş miqrasiya xidməti müşaviri Rövşən Səfərov, həmin İdarədə çalışmış Nurlan, Emin Şıxıyev, Qüdrət Məmmədovdan məlumat əldə oluna bilər. Mən qanunsuz olaraq xidmətdən çıxarılmışam. Xidmətə bərpa olunana kimi mübarizə aparacağam. Şikayətlərim əsaslıdır.

Qanunla qadağan edilməyən üsul və vasitələrdən istifadə etsəm də, 5 ilə yaxındır əlimdə 57 vərəqdən ibarət sübutlar olduğu halda dövlətin səlahiyyətli orqanlarında hüquqlarımın bərpa olunmasına imkan verilmir və miqrasiya orqanlarına xidmətə bərpa oluna bilmirəm. Bu müddətdə 100-dən çox aidiyyatı orqanlara müraciətlərim nəticə verməmişdir. Qarşı tərəf dövlətin inzibati resurslarından yararlanan, güclü maliyyə resurslarına malik olan vəzifəli şəxslər, mən isə sadə vətəndaşam. Məhkəmələrə hüquqazidd təsirlər göstərildiyi üçün məhkəmələr kütləvi surətdə inzibati işə faktlar əsasında deyil, qərəzli şəkildə ədalətli araşdırma aparmadan inzibati orqanın vəzifəli şəxslərinin maraqlarına uyğun qərarlar qəbul etmişdir. İnzibati orqanın vəzifəli şəxsləri tərəfindən faktiki xidmətə bərpa olunmağıma imkan verilməmişdir. Dəfələrlə DMX rəhbərliyinin qəbullarında iştirak edərək xidməti fəaliyyətimlə bağlı nəticələrimi, yaşımı, peşəkar kadr və Qarabağ müharibəsi veteranı olmağımı, ən əsası, qanunsuz inzibati akt qəbul edilərək xidməti fəaliyyətimə xitam verilməsini nəzərə alaraq, yeni inzibati akt qəbul edilərək miqrasiya orqanlarında xidmətə bərpa ediləcəyimə dair xahişlər etmişəm. Lakin DMX rəisi qanunsuzluğa yol vermiş şəxsləri müdafiə edir.

Şirvan Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyası və Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası inzibati orqanlara qarşı işə bərpa tələbi ilə bağlı bir iddianı belə təmin etməmişdir. AR Məhkəmə-Hüquq Şurası Sədri F.Məmmədovin tapşırığı ilə araşdırma aparılsa, yazdığım fakt təsdiqini tapar. Məhkəmələrdə DMX 99% işləri “udur”. DMX ilə bağlı Məhkəmə-Hüquq Şurasına əcnəbilərdən və yerli vətəndaşlardan çox şikayət gələn qurumdur. Sual oluna bilər, necə olur inzibati orqanlar, daha doğrusu vəzifəli şəxslər həmişə haqlıdır.

Apellasiya Məhkəməsinin hakimi Zeynal Zeynalov bildirdi ki, mənə deyiblər təmin etmə, mən də etmədim. Dedi ki, Firudin Nəbiyevi Prezident təyin edib, onun tələbini yerinə yetirməyə bilmərəm. Mən ölkədaxili müdafiə vasitələri bitdiyi üçün məcbur olub 18.11.2015-ci il tarixində Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət etmişəm.

[caption id="attachment_106872" align="aligncenter" width="702"]Firudin Nəbiyev Firudin Nəbiyev[/caption]

“Nəbiyev və komandası qanunları kütləvi pozmaqla mənim taleyimlə oynamışlar”

Möhtərəm Prezident!

3 ildir bir nəfər vəzifəli şəxs maraqlanmır ki, niyə şikayət edirsən. Məgər, F.Nəbiyev məni xidmətə qəbul edib?! Mən çox təəccüb və təəssüf edirəm ki, ermənilərin işğal etdiyi, bir azərbaycanlının yaşamadığı Dərələyəzdə doğulan şəxs, necə müharibə veteranına qarşı bu qədər aqressiv ola bilər?! Məgər mən erməniyəm? Onun peşəkarlara olan münasibəti aydındır. F.Nəbiyev və komandası qanunları kütləvi pozmaqla mənim taleyimlə oynamışlar. Yuxarıda göstərilənləri, eləcə də 2 azyaşlı övladımın olmasını, maddi durumumu, peşəkarlığımı, əməyimin nəticələrini, II qrup əlil bacıma baxmağımı nəzərə alaraq, mənim miqrasiya orqanlarına daimi qulluğa bərpa olunmağıma kömək etməyinizi xahiş edirəm. Komissiya yaradılarsa və araşdırma aparılarsa, mənim hüququmun pozulduğu, işdən qanunsuz çıxarıldlığım təsdiqlənər".

Qeyd edək1458400662786549249_1000x6691-300x225 ki, Fərid Qulamov şikayət məktubunda yazdıqlarını təsdiqləyən sənədləri də müraciətinə əlavə edib. Onların bəzilərinin fotolarını aşağıda təqdim edirik.

Onu da qeyd edək ki, hərbi xidmətdə olmayan, ixtisasca riyaziyyatçı Səmədağa Abdullayevin Dövlət Sərhəd Xidməti Maddi-Təminat İdarəsi rəisinin birinci müavini işləyən qardaşı, general-mayor Cavid Abdullayevin himayəsi ilə, rütbə verilərək, Lənkəran Regional Miqrasiya İdarəsinə rəis təyin edildiyi bildirilir.  

Vaqif

AzPolitika.info

P.S. Şikayət məktubunda göstərilənlərlə bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.

635x100

Şərhlər

Abas 2018-02-16 12:21:36

Menim Adim Abasdir.Men oxuduqum cümlelerin hamisini şer böhtan olduqunu anladim Semadaga menim mellimim olub 3 nömrelide onu kimi savadli ziyali az az olar heyatda şer böhtan atdiqva gore Ferid. Seni tapsiriram Hz.Abbasa

Abas 2018-02-16 12:21:36

Ferid deyesen sen Qaradagda olmusan Qarabag deyirsen

Fərid 2018-02-16 12:21:36

Abas görünür,Səmədağanın hərbidə olmaması və ictimailəşməsi yaman sizi yandırır.Bundan sonra çox yanacaqsınız.Tənliyi həll edə bilmədiyi halda "Əməkdar müəllim" adını alanda və peşəkarların sayəsində xeyrini görərək, işi-gücü miqrantlardan pul yığaraq "dövlət qulluğunda fərqlənmə" medalına layiq görülməsi o demək döyül vətənə xidmət edir.Yaman narahatsınız, araşdırılar, görək bunlar dövlətə xidmət edirlər,yoxsa öz şəxsi mənafelərinə.Cürəti var idi,məhkəməyə gəlib üz-üzə suallarıma cavab verərdi.

Lənkəran-Gərmətük T.C 2018-02-16 12:21:36

Bir hərbiçi ailəsi haqqında yalandan, subutu olmayan ifadələr işlətmək yaraşmaz. Abdullayevlər ailəsi 3 hərbiçi qardaş vətənə. xalqına və dövlətə vicdanla qulluq edirlər.Mən hər üçünə xidmətlərində uğurlar arzulayıram.

Fərid 2018-02-16 12:21:36

Fazil,yalandan yazana Allah min lənət etsin.Onun barəsində yazılanlar sübut və fakta əsaslanır.Hərbi xidməti DSX-nin keçmiş donuz ferması olan ərazisində, indiki həyətində keçirib?!Bir neçə dəfə otağında olmusansa işin düşüb,təmənnan olub.Yazdığınla səmimi olmadığını göstərirsən.Sübut edirsən ki, Səmədağanın adamısan.Onun diktəsi ilə yazırsan.Səmədağa Vətənə yox, cibinə xidmət edir.Onlar Vətənə xidmət etsəydilər,döyüşdə iştirak edərdilər.Nə qədər medal versinlər,əməllərinə göz yumsunlar, xeyri olmayacaq.

Fazil 2018-02-16 12:21:36

Salam Semadaga Abdullayev men taniyiram cox yaxsi biridi ve bir nece defe otaginda olmusam isinde sadiq biridir.Herbi xidmetde olub.Semadaga Abdullayev 3 qardasi var.Cavid ve Zahid 3 qardas da Vetene xidmet edibler ve layiqincede edirler.

Faiq 2018-02-16 12:21:36

Çox gülməli vəziyyət yaranıb)) Adam haqlı ola-ola öz haqqını və hüququnu bərpa etmək üçün nə qədər çalışır dövlətin orqanlarını buna heç bir reaksiya verməyir. Sonrada deyirlər ki, filankəs özünü asdı-öldürdü. Adamı bu həddə çatdıranda əlbəttə ki özünü öldürər. Nə isə görünür Səmədağa kimi vəzifəli şəxslər DMX-nin "maraqlarına" yaxşı xidmət göstərir.

Nadir 2018-02-16 12:21:36

Öz aləmlərində Səmədağanı müdafiə edənlər Onun özü kimi savadsızdılar.Yazdıqları cümlələrə el arasında" erməni budaq cümləsi" deyirlər.Ola bilsin bu rəyləri Səmədağa özü yazıb.Cünki onun dəstxətti də eynən belədir.Savadsız ,adi yazı qaydasını bilməmək.Sizə uğurlar Fərid müəllim

Lənkəranlı 2018-02-16 12:21:36

Səmədağa yolu keçən iki bacını vurub öldürüb işi atdı şoferin boynuna.Ölənlərdən biri subay idi.Evli olanın yoldaşı kapital bangda işləyirdi.Həmin bangın qabaqlar mudiri rəhmətlik Nəbi Baxşıyev idi.Nəbi Əlikram Hümmətovla əmiuşağıdır familiyaları ayrıdır.Səmədağanın anası da Nəbi ilə bir kənddəndir.Onlar Lerikin Halabın kənindəndirlər.Nəbi öz keçmiş işçisini Səməağanın xahişi ilə razı saldı.Cinayət var cəza yox.Pulu var qardaşından sui-istifadə edir bildiyin eliyir.Dövran onunkimilərindir.

AyTAC 2018-02-16 12:21:36

VƏLİ NAĞIYEV(DMX RƏİS MÜAVİNİ) MİLLİ TƏHLÜKƏSİZLİK NAZİRİNİN KEÇMİŞ MÜAVİNİ, HAZIRDA KORRUPASİYAYA QARŞI MÜBARİZƏ İDARƏSİNİN RƏİS MÜAVİNİ ƏLİ NAĞIYEVİN QARDAŞIDIR.....

Emin 2018-02-16 12:21:36

Ay Camaat görün özbaşınalığın hansı formasıdır ki, adam öz biliyi və savadı ilə testdən keçib əsassız və qanunsuz olaraq işdən çıxardıllar. Mənə çox maraqlıdır ki, bəzi bu kimi vəzifəli şəxslər niyə dövlətin idarəsini və yaxud Nazirliyini kobud kimi çıxmasın, dədəsinin obyektimi baxırlar. Hələ bu azmış kimi məhkəmələrə də qanunsuz olaraq təsirlər göstərillər. Dərdimiz böyükdür! Allah səbr versin!

nizami 2018-02-16 12:21:36

Azpolitika.info Firudin Nebiyevin adini yazmaq olar Cemil Huseynovun adini yazamaq olmaz?

Rauf 2018-02-16 12:21:36

İLLƏRDİR GÖRÜN DMX-DƏ NƏ QƏDƏR ÖZBAŞINALIQLAR BAŞ VERİR. AMMA HEÇ BİR MƏTBUAT ORQANI AZPOLİTİKADAN BAŞQA BU PROBLEMİ BU CÜR İŞIQLANDIRMAYIBDIR! ONA GÖRƏ DMX İSTƏDİKLƏRİNİ İŞƏ GÖTÜRÜR, İSƏTƏMƏDİKLƏRİNİ İŞDƏN ÇIXARDILLAR. ONDA SUAL YARANIR! BƏS HARA BAXIR AİDİYYATI HÜQUQ MÜHAFİZƏ ORQANLARI? BU GÜNƏ KİMİ DMX-NİN BU CÜR QANUNSUZLUQLARINA NƏYƏ GÖRƏ VƏ HANSI MARAQLARA GÖRƏ GÖZ YUMURLAR?

deymez 2018-02-16 12:21:36

Ay yazix bura Bakidir sənin kimi peshakar onlara lazim deyilsen cunki sen ishini bilensen. ona gore bosh ver unut getsin məhkəmədə bosh sheydi bura Bakidir

Könül 2018-02-16 12:21:36

Fərid müəllim mənim müəllimim olub.Savadlı insan idi.Fərid müəllim ən gənc vaxtlarında ermənilərlə döyüşəndə səmədağa firudun kimi qorxaqlar kol dibində gizlənmişdilər.İndi havadarlarının hesabına yüksək post zəbt ediblər.Allahın ədalətindən nə kolda nə kresloda gizlənmək mümkün deyil.Fəridin müəllimin balalarının ahı onları tutacaq.Mütləq tutacaq.

Abas 2018-02-16 12:21:36

Ferid.görulen yanan sensen day bilmirsen neynirsen ama elediklerinle hecne olmayacaq davam ele komey lazim olsa xeber ele yuxari orqanlara..

Hasan 2018-02-16 12:21:36

Firudin qanuna zidd olaraq 44 yaşında herbi xidmete çağrılıb ve kiçik leytenant herbi rütbesi verilib. 2 il 6 aydan sonra general-mayor ali herbi rütbesi alıb. Esgerlikden xesteliyine göre möhlet hüququ alıb. Evveller Xalqlar Dostluğu yarmarkasında... yataq desti satırdı. İnstitutu 12 ile qiyabı bitirib. .....

RAHİM 2018-02-16 12:21:36

İNDİ SOVETLƏR DOVRU DEYİL Kİ QAYDA QANUNA DA BAXAN OLSUN. BU BİRİNĞİ ADAMDİMİ HƏRBİ XUDMETDƏ OLMASADA YUKSƏK VƏZUFƏYƏ TEYİN EDİLSİN.AVTOYULUN SƏDRİNİN MUAVİNİ VAR HƏBU XİDMET NƏDU HEC ALİ TEHSİLİ YOXDU QUYUBLAR VƏZİFƏDƏ ŞELLƏNİR.İKİ UŞAQ ONUN UĞBATUDAN OLDU.ĞAPİB TALAMA VAXTUDU AY QƏRDEŞ NƏ QANUN NƏ QAYDA NƏ ŞİKAYET.

nizami 2018-02-16 12:21:36

miqrasiya idaresinde C... Huseynov kimi .... isciler calisir. Bu ........ miqrasiya xidmetine muraceit etmis qadini mesajla bezdirib. onunda eri gelib bu .... biyabr edib. Budur Nebiyevin kadr siyaseti.

Günahı olan ciddi cəzalanmalıdır!!! 2018-02-16 12:21:36

Çox qəribə zəmanədə yaşayırıq. Haqqlı ola-ola haqqı sübut edə bilmirsən. Yox əgər haqsızdırsa, qanun əsasında bunu da sübut etmək lazımdır. Heçdən insanları dövlətdən narazı salmaq olmaz! Günahkarlar ciddi cəzalandırılsın ki, bir də belə səhv etməsinlər. İndi ki, zəmanədə işsiz qalmaq ölümə bərabərdir! AZpolitika.info olaraq sizlər sağ olun ki, insanlara dayaq olursunuz! Çox istərdim ki, bu işin axırına kimi araşdırıb və nəticəni də öz oxucularınıza məlumat verin! Qabaqcadan təşəkkürümü bildirirəm!!!

Nizami 2018-02-16 12:21:36

Nebiyev bir cox iscileri qanunsuz olaraq isden uzaqlasdirib ve yerine hec bir qanuni esasi olmadan iscileri ise celb edib. Nebiyev ozu hec bir ali herbi tehsili olmadan cemi 5 ile general-mayor ali herbi rutbesi alib. indi hasisa kend muellimi onunla doyusmeye calishir. Bala ozunu ve zehmetine heyifdir

Son yazılar