MƏTBUAT ŞURASININ SƏDRİ KİM OLACAQ? – Əflatun Amaşov qərarını açıqladı

“Kimin qalmalı, kimin getməli olduğuna qurultay qərar verəcək”

Azərbaycan jurnalistlərinin martın 10-da keçiriləcək VII qurultayında Mətbuat Şurasının sədri və İdarə Heyətinin üzvləri seçiləcək.

“AzPolitika.info”nun məlumatına görə, xeyli vaxtdır mətbu çevrələrdə Mətbuat Şurasının fəaliyyətdə olan sədri Əflatun Amaşovun yenidən sədrliyə namizəd olub-olmayacağı haqda müzakirələr gedir. Belə ehtimallar var ki, Ə.Amaşov namizədliyini verməyəcək və Mətbuat Şurasının sədri dəyişəcək.

Ə.Amaşov “Yeni Müsavat” qəzetinə müsahibəsində bu barədə sualı cavablandırıb, Mətbuat Şurasının rəhbərliyindən getmək niyyətində olmadığını bildirib. Sitat: “Kimin qalmalı, kimin getməli olduğuna qurultay qərar verəcək. İstefa vermək niyyətim yoxdur”.

Qeyd edək ki, indiyədək yalnız Azər Həsrət MŞ sədrliyinə iddiasını açıqlayıb. O, Əflatun Amaşovun bu postdan getməli olduğunu bildirib.

Müşahidələrə görə, Ə.Amaşov könüllü geri çəkilməyəcəyi halda Mətbuat Şurasının sədrliyi uğrunda rəqabət ciddi xarakter almayacaq. Lakin eyni sözü İdarə Heyətinin üzvlüyünə seçkilər haqda demək çətindir. Belə görünür ki, İdarə Heyəti üzvlüyünə iddialıların sayı kifayət qədər çoxdur və artıq indidən gərgin rəqabət var.

V.Nəsibov

AzPolitika.info

635x100

Şərhlər

elcin 2018-02-14 16:55:37

eflatun amasov ziyali ve edaletli iysandir-onu ]emiyyetin butun tebeqeleri qebul edir-ona uqurlar

azer 2018-02-14 16:55:37

Amaşov getsə yaxşıdır

SUAL 2018-02-14 16:55:37

ADİ ƏN SAVADSİZ JURNALİSTİN MƏTBİAT ŞURASİNİN SƏDRİNƏ SƏS VERƏNLƏR NƏDƏN İNDİ AMAŞOVUN NAMİZƏDLİYİNİN USDUNDƏN XƏTT CƏKİRLƏR.? BƏLK AMAŞOV HƏMYERLİSİ ZƏLİMXAN YAQUBUN DEPUTAT SCKİLƏRİNDƏKİHƏYATİNİ YAŞAYİR? NOVBƏ KİMİNDİR BU SULALƏDƏN?

G.M 2018-02-14 16:55:37

Alternativ namizədlər hafiz hacıyev,q həsənquliyev......Tural Abbaslı olsa Amaşov yerində qalacaq.Sədr olaraq qalacaq.Çünki,seçicilər məcbur olacaqlar ki,yoldaş Amaşova səs verəcinlər.

николай 2018-02-14 16:55:37

Bu nə ədəbsiz zualdır, əlbəttə Əflatun olacaq, Şura Sədri ömürlük vəzifələrdəndir.

t.ədalət 2018-02-14 16:55:37

"Mətbuat Şurası" deyilən qurumun olması bizim jurnalistikaya bir xəyanətdir.Elə bilirəm ki,bu qurumu ləğv etmək,onun əvəzində mətbuata və jurnalistlərə mənəvi yardım təşkilatı yaratmaq daha yaxşı olardı."Şura" sözü özü əngəlli bir ifadədir.Odur ki,ondan xilas olmaq gərəkir.

Son yazılar