«Ukraynada növbədənkənar seçkilər keçirilə bilər» - ABŞ kəşfiyyatı proqnoz edir...

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbrə görə, Ukraynada yaranmış vəziyyət növbədənkənar prezident və parlament seçkilərinə gətirib çıxara bilər.

Bu barədə Amerika Birləşmiş Ştatları (ABŞ) Milli kəşfiyyatınvn direktoru Den Koutsun «ABŞ kəşfiyyat xidmətləri tərəfindən qlobal təhlükələrin qiymətləndirilməsi» adlı məruzəsində söhbət açılır.

Məsələn, sənəddə qeyd olunur ki, növbədənkənar seçkilərin riski «əhalinin islahatların ahəngindən narazı olmasından, həyat standartlarının pisləşməsindən, korrupsiyanın güclənməsi barədə fikirlərdən və siyasi qarşıdurmanın kəskinləşməsindən şərtlənir».

Belə problemlərin fonunda, məruzə müəllifinin fikrincə, əhalinin narazılığından müxalifət liderləri istifadə etməyə cəhd göstərirlər ki, «Ukrayna Prezidenti Pyotr Poroşenkonu və hakim koalisiyanı 2019-cu il seçkiləri astanasında zəiflətsinlər».

ABŞ kəşfiyyatı hesab edir ki, bütün bunlar Ukraynanın iqtisadi cəhətdən baş qaldırmasını təhdid altına və onun xarici siyasətində dəyişikliklərə gətirib çıxara bilər.

Xatırladaq ki, Ukraynada prezident və parlament seçkiləri 2019-cu ilə planlaşdırılıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar