Krım hakimiyyəti «Valentin günü»nə qadağa qoydu

«AzPolitika.info»-nun Rusiya KİV-nə istinadla verdiyi xəbrə görə, Krım hakimiyyəti yarımadanın təhsil müəssisələrində «Müqəddəs Valentin günü»nün qeyd olunmasına qadağa qoyub.

Heç bir təbrik açıqcası-«valentincik», məktəb və institutların divarlarında heç bir sevgi etirafı olmayacaq.

İki gün əvvəl yarımadanın təhsil, elm və gənclər nazirliyinin Krımın uyğun idarələrinə ünvanladığı sənəddə bildirilir ki, «Müqəddəs Valentin günü» münasibətilə tədbirlərin keçirilməsi Krım xalqının ənənələrinə uyğun gəlmir və bu «gün» təhsil müəssisələrində keçirilməsi tövsiyyə olunan bayramlara aid deyil.

Sənəd Krımın təhsil naziri Natalya Qonçarova tərəfindən imzalanıb. O, başqa tarixi - iyulun 8-də ailə, məhəbbət və sədaqət gününü bayram etməyi məsləhət görüb.

Krım hakimiyyəti ilk dəfə deyil ki, «Valentin günü»nə qarşı çıxır. Hələ bir il bundan əvvəl Krımın başçısı Sergey Aksyonov faktiki olaraq, yarımadanın təhsil müəssisələrində bu günü «bayram etməyi» qadağa altına alıb. O, «Müqəddəs Valentin günü»nü «ucuz mənəvi saxtakarlıq» adlandırıb. Aksyonovun fikrincə, bu «bayram»ın xristianlığın pravoslav qolu ilə heç bir əlaqəsi yoxdur. Krımın digər məmurları isə bu «bayram»ı vakxanaliya (Vakxın - üzüm və şərab allahı Dionisin şərəfinə «ley-pey-maç-quç» bayramı!) adlandırıblar.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar