Bakıda məktəbdə müəllimin vərəmə yoluxduğu təsdiqlənib – RƏSMİ

Dərc olunub: 14/02/2018 - 18:18

7befba4f-0a1c-4199-a779-b97f45cbd093_292Bakı şəhəri, 23 saylı tam orta məktəb bu təhsill qurumunda çalışan müəllimdə vərəm xəstəliyinin aşkarlanması ilə əlaqədar məlumat yayıb.

Məktəbdən “Report”a daxil olan məlumatda bildirilib ki, həmin təhsil müəssisəsinin müəllimi Q.Balayeva (ad və soyad şərtidir) ötən ilin dekabrın 26-dan “kəskin respirator xəstəliyi” diaqnozu ilə işə gəlmir: “Fevralın 9-da Nəsimi rayon Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən 23 nömrəli tam orta məktəbə göndərilən məktubda Q.Balayevada “sağ ağciyərin vərəmi” diaqnozunun təsdiq edildiyi qeyd olunub.

Dərhal Səhiyyə Nazirliyinin qurumları tərəfindən təhsil müəssisəsinin pedaqoji heyətinin və şagirdlərin müvafiq müayinəsi, həmçinin profilaktik tədbirlər həyata keçirilib və bu iş davam etməkdədir. Ötən il dekabrın 26-dan bu günə qədər şagird və müəllimlər arasında heç bir xəstəlik əlaməti aşkar olunmayıb”.








loading...


Fikrinizi bildirin