“KİM ŞİKAYƏT EDİR MƏNDƏN? QANUNSUZ İŞ GÖRMƏMİŞİK!” - Fazil Məmmədovdan SƏRT AÇIQLAMA

fazil-memmedov

Ötən il hüquqi şəxslərdən və sahibkarlardan daxil olan 278 şikayətdə vergi, hüquq-mühafizə, şəhər və rayon icra hakimiyyəti orqanlarının, ayrı-ayrı vəzifəli şəxslərin sahibkarların işinə maneələr yaratmasından narazılıq bildirilib və kömək istənilib.

Bu barədə Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş Şöbəsinin müdiri Süleyman İsmayılov məlumat verib.

Onun sözlərinə görə, sahibkarlar bəzi hallarda vergi orqanlarının onlara əsassız olaraq külli miqdarda borc yazmasından, buna görə fəaliyyətlərini dayandırmağa məcbur olduqlarından, Vergilər Nazirliyinin Bakı Şəhəri Lokal Gəlirlər Departamenti tərəfindən bank hesablarının bloklanmasından, qanunsuz sərəncamların tətbiq edilməsindən və digər məsələlərdən narazılıqlarını bildirdiklərini qeyd edib.

"AzPolitika"nın məlumatına görə, Prezident Administrasiyasına edilən şikayətlərlə bağlı "Bizim Yol" keçmiş vergilər naziri Fazil Məmmədovdan münasibət öyrənib. Keçmiş nazir heç bir halda qanundan kənar iş görülmədiyini bildirib:

“Kim şikayət edib məndən? Bu nədir yazırsız… Heç kimin hesabı qanunsuz dondurula bilməz. Heç kimə əlavə borc yazıla bilməz. Kimə nəsə yazılıbsa, o da qanun çərçivəsində yazılıb. Kiməsə qanundan kənar nəsə yazılıbsa, bundan mənim xəbərim yoxdur. Kim edib cəzasını almalıdır”.

Xatırladaq ki, dünən hazırki Vergilər naziri Mikayıl Cabbarov da əvvəlki rəhbərliyin fəaliyyətini tənqid etmiş, vergi ödəyicilərindən qanunsuz ödənişlər tələb olunduğunu bildirmişdi. Fazil Məmmədovun bu açıqlamasını müəyyən qədər onun M.Cabbarova da cavabı kimi qiymətləndirmək olar. 

V.Nəsibov

635x100

Şərhlər

Abit 2018-02-14 18:16:56

Normal dövletde çoxdan içeride idin,hele durub danışırsan da.Senin quldurlarının elinden ne qeder obyektler bağlanıb?

GEMBER GULI 2018-02-14 18:16:56

Fazil memmedov sayesinde cogu biznesmenler islerini bagladi xarice getdiler nazir hele naqil danisir..... Fazil muellimin sayesinde vergide isleyen memurlar Azerbayan biznesmeninden cok.Kimse galmadi magazalar baglanir kafe bar olir tikinti islerinde isleyenler Rusya Gurcistana gettiler ...

İ.Mustafaoğlu 2018-02-14 18:16:56

Fazil müəllim sizin rəhbərliyiniz dövründə bütün SC-in Səhmdarları dividentsiz qalıblar?Çünki SC-də qazanılmış gəlirlərin 90%-i xüsusi ciblərə daxil olub,bilirsinizmi ? Misal üçün deyə bilərəm ki, Şəki-Bazar ASC-i ildə ən azı 500,0 min manat vergidən yayınır,dəfələrlə sizin ünvanınıza rəsmi müraciət etməyimizə baxmayaraq,ünvanımıza şablon xarakterli cavab məktubu göndərməklə öz vəzifənizi yerinə yetirmiş hesab etmisiniz. Deyirsiniz qanunsuz iş görməmişəm ?.....

mebud 2018-02-14 18:16:56

fazil muellim bes bu habilnen nesimi otelleri bakida ve moskvada ne ile aliblar 1000 manat maashli he hormetli fazil

Sahibkar 2018-02-14 18:16:56

Audit binasinda her ikisinde sahibkarlar pul verende de novbeye dururdular.O qeder cox sahibkar oldugu ucun.Amma insafli idiler,hem cay teklif edirdiler hem de qezetler verirdiler ki, darixmayaq.Yeqin bunlardan hormetli Fazil muellimin xeberi olmayib.Inanan lap dasa donsun.

vergi ödyicisi 2018-02-14 18:16:56

Cücəni payızda sayarlar.

qasim 2018-02-14 18:16:56

verğшler naziri mikayil cabbarov tehsil naziri olanda dedim ki bakidaki 194 sayli mektebin direktoru eliyusifi cixartsa demek ciddi islahatlar baslayib-ancaq eliyusif daha da yerinin berkitdi/cammat dedi ki direktor qalmaq ucun nazirlikde bezi adamlarla danisiqlara qedib- hette bu danisiqlardan sonra evini satdiqa qoyub/ nece deyerler qaz gelen yerden toyuq esirgenmez

Cavanşir 2018-02-14 18:16:56

Vergidə buraxılan qanunsuzluqlar sistemin yanlışıdır.F.Məmmədov başqa cür edə bilməzdi.Belə və buna bənzər hallar bütün nazirliklərdə,İcra hakimiyyətlərində və hətta xırda dövlət idarələrində mövcuddur.Məsələn,Rabitə,Təhsil,MTN, Nəqliyyat və digərləri. Ümumi sistemin pozqunluğunu bir şəxsin üzərində tamamlamaq fdoğru deyil.

Azad 2018-02-14 18:16:56

Fazil müəllim ildə bir dəfə, hətta elədə olurdu ki ildə iki dəfə müəssisələrdən dövriyyənin 8-12% (baxırdı kim tapşırır), mənfəətin 3-5%-nin alınması hansı qanunda yazılıb??

Azər 2018-02-14 18:16:56

əsas da audit millətin anasını ağlatdı bu illərdə.

Cahib 2018-02-14 18:16:56

ÖLKƏNİN PREZİDENTİ 2 DƏFƏ MÜŞAVİRƏDƏ QEYD ELƏDİ Kİ,VERGİ ƏLAVƏ HAQQ QOYUR,KRIŞALIQ EDİR,RÜŞVƏT ALIR. MİLYON BÖYÜKDƏN KİÇİYƏ HEÇ NƏ BİLMİR, BAŞA DÜŞMÜR BƏS ÖLKƏNİN PREZİDÜNTİNİN ölkənin yiyəsinin dediykləri də DEDİKLƏTİ? VERGİ ÖZÜNÜ REKET KİMİ APARIRDI. OFİSLƏRƏ İDARƏLƏRƏ GİRƏNDƏ QULDUR KİMİ GİRİRDİLƏR. qIŞQIRTI BAĞIRTI,XOF YARADIRDIRDILAR. HARINLAMIŞDILAR!!!!! İlham Əliyev: "Vergilər Nazirliyi, hüquq mühafizə orqanları haqq qoyurlar, "krışalıq" edirlər" - VİDEO https://news.milli.az/politics/356657.html

R-n 2018-02-14 18:16:56

Mushavirede yaxshi bashladin,amma davam etmedin.Yazibsan,onu demek isteyirdin.Ganunla tesbit olunmush vergi ile yanashi ayri bir hesaba da hemin meblegin kocurulmesini teleb edirdiniz....

Mehdi 2018-02-14 18:16:56

Hayasızlığa bax e bu Fazildə. Sahibkarların anasını ağladıb, dövlətin vergilərini cıbınə yığıb, indi isə deyir qanunu pozmamışam. Daha sözüm yoxdur sənə.

Oxucudan. 2018-02-14 18:16:56

Bismillahir-Rəhmanir-Rəhim. Hazırki Vergilər naziri Mikayıl Cabbarov özündən əvvəlki nazirin fəaliyyətini tənqid etmiş.Məncə, M.Cabbarov diqqətsizliyə yoi verib. Keçmiş vergilər naziri Fazil Məmmədov düz münasibət bildirib.Kim edib cəzasını qanuna uyğun verın.Hörmətli nazir M.Cabbarov, bizim dəyişən dünyamızda düz deyiblər "döymə taxta qapımı, doyərlər dəmir qapını"....Həmd olsun Allaha!

İLHAM 2018-02-14 18:16:56

CƏNAB FAZİL MƏMMƏDOV. SAHİBKARLAR SİZDƏN YOX SİZİN GOSDƏRİ.İNİZ OLDUĞUNU QEYD EDİB SAHİBKARLARİN HƏLƏ 2020-CİİLƏ QƏDƏR VERGİ ODƏMƏLƏRİNİ TƏLƏB EDƏN HABİL MƏMMƏDOVDAN, ONUN .... MUAVİNİ NƏSİMİDƏN ŞİKAYƏTCİDİLƏR. DEDİM BLƏSİZ. BƏLKƏ XƏBƏRİNİZ YOXUYDU EY DEDİM...HƏR KİKSİNİN BAKİNİN MƏRKƏZİNDƏ HƏLƏKİ AZUR VƏ MEQAFUNDA 2500 KM MƏNZİLİNİ DƏ DEYİM. DEDİM Kİ BİLƏSİZ.BƏLKƏ BİLMİRDİZ.

müəllim 2018-02-14 18:16:56

Kurasiyasında olan nazirliyin işindən xəbəri olmayıbsa,onda o necə nazir sayılar?Qohum-əqrabanı başına yığanda nəzarət unudulur .Əfsus ki,bu hal çox nazirlik.Jomitə və dövlət idarələrində davam etməkdədir.QAnunun bu maddəsi unudulub.

G.M 2018-02-14 18:16:56

Fazil mallım boş ver))..Mikayıl mallım bir az zarafatcıl adamdır.Təhsil nazirliyində də hərdən beləcə ciddi görsənən zarafatlar edirdi.

məmmədqulu 2018-02-14 18:16:56

Ə, Pribaltikada sürünən ətəklərini bir az geniş aç ki, buradakı binəvalar "namaz" qıla bilsinlər. P.S, Bir az səbr elə sən də minnətçi üçün başqa XX-1 axtarararsan!

Son yazılar