“Real” PSJ-yə, “Porto” “Liverpul”a qarşı – Çempionlar Liqası

Dərc olunub: 14/02/2018 - 20:13

CEMPIONLAR LÇempionlar Liqasında 1/8 final mərhələsinin oyunları davam edir.

Qol.az-ın məlumatına görə, bu gün daha 2 qarşılaşma keçiriləcək.

Əsas diqqətlər Madridə yönələcək. Burada ÇL-in son qalibi “Real” cari mövsümün favoritlərindən olan PSJ-ni qəbul edəcək. Bu görüşü Ronaldo – Neymar qarşıdurması kimi də təqdim edirlər.

Günün digər qarşılaşmasında isə “Porto” İngiltərə təmsilçisi “Liverpul”la üz-üzə gələcək.

Qeyd edək ki, 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində daha 4 qarşılaşma gələn həftə keçiriləcək.

14 fevral

Çempionlar Liqası

1/8 final mərhələsi, ilk oyunlar

23:45.”Porto” (Portuqaliya) – “Liverpul” (İngiltərə)

23:45.”Real” (İspaniya) – PSJ (Fransa)

13 fevral

“Yuventus” (İtaliya) – “Tottenhem” (İngitərə) 2:2

“Bazel” (İsveçrə) – “Mançester Siti” (İngiltərə) 0:4


loading...




Fikrinizi bildirin